Artıq Gecdir

177 8 3
                                    


 Qaranlıq küçədə tək başına yeriyir, bir saat öncə eşitdiyi sözləri və onun nəticəsində yaşadığı dəhşəti dərk etməyə çalışırdı. Aylardır çəkdiyi ağrılara önəm göstəməyərək, mənasız olduğunu düşünür və doktor yanına getməyə çəkinirdi. Lakin artıq ağrılar şiddətlənmiş, dözülməz hal almağa başlamışdı. Nəhayət qərara aldı ki, doktor müayinəsindən keçsin və xəstəliyinin nə olduğunu öyrənsin.

 Xəstəxanada eşitdiyi iki kəlmə onu əsl mənada dəhşətə saldı. Bir neçə yoxlanışdan sonra doktorun dediyi sadəcə "artıq gecdir"- sözləri oldu. "Artıq gecdir"- nə demək idi? Nə üçün gec ola bilərdi axı? Onun hələ 32 yaşı var idi. İndi ailəsinə, övladına nə deyəcəkdi? Daha gecdir, mən gedirəm?

 O, bu zamana kimi heç gecikməmişdi. İndi ailəsinə necə deyə bilərdi ki, həyata gecikmişəm? Bəlkə həyat ona gecikmişdi? Gec tutmuşdu əllərindən? Yaşamağı bu qədər çox sevərkən, niyə ona qarşı belə ədalətsizlik etmişdi Dünya? Niyə həyatının ən xoş günlərində yaşamını əlindən almağa çalışırdı... anlaya bilmirdi. Anlamağa çalışacaq qədər vaxtı olmadığınıda bilirdi. Artıq onun heç nə üçün vaxtı yox idi. Nə uzun-uzun düşünməyə, nə də ki gələcək üçün plan qurmağa. Bundan sonra tək edə biləcəyi evinə gedərək qızını doya-doya qucaqlamaq, öpmək, ona qarşı sevigisini dəfələrlə söyləmək olacaq və həyatın ona bəxş etdiyi son günlərin dəyərini bilməyə çalışacaqdı...

Bəzən...Where stories live. Discover now