Almaz

526 61 11
                                    


 Bu yazım, həyatı boyunca qadınları anlmağa çalışanlara gəlsin. Onlara söyləmək istədiklərim isə bundan ibarətdir ki; heç boşuna özünüzü yormayın. Təssüflər olsun ki, bizi heç bir zaman anlaya bilməyəcəksiniz. :)

 Bilirsiniz qadınları niyə almaza bənzədirlər? Bu dünyada ki, ən təhlükəli daşlardan biri də, almaz olduğu üçün. Almaz daşı təhlükəlidir çünki, almazı bölə bilən yenə də, bir almazdır. Qadınlarda eyni ilə belədir. Bir qadının həyatını məhv edən, arzularını, xəyallarını, sevgisini, əlindən alan yenə də bir qadındır. (Bu, hər zaman üçün keçərli deyildir əlbəttə ki.)

 Biz qadınlar bəzən çox təhlükəli ola bilir, ağıla sığmaz işlər tuta bilirik. Və o zaman, tam olaraq bir almaza bənzəyirik. Əgər bir almaza diqqətlə baxsanız, içində ki, bütün rəngləri görə bilərsiniz, lakin bir qadına nə qədər diqqət yetirsəniz də, onu yalnız istədiyi qədər tanıya bilər, xəsiyyətini o qədər anlaya bilərsiniz.




Bəzən...Where stories live. Discover now