- Aypara?! - qaşlarını çatıb mənə baxırdı. Ona yaxınlaşmağa çəkinirdim, çünki həqiqətən çox pis günündə idim.
- Bağışla adın yadımnan çıxıb - gülümsədim.
- Səni kim göndərib? Toğrul? - bezmiş bir vəziyyətdə saçlarımı barmaqlarımla geriyə doğru daradım. Bu Toğrul kim idi belə? Artıq sözün əsl mənasında səbr kasam dolurdu.
- Bu Toğrul ibnəsi kimdi, mənə açıqlaya bilərsən? - Aypara işlətdiyim kiçik çaplı söyüşü gözləmədiyi üçün təəccüblənmişdi. Dediyim sözün fərqinə varanda üzr istədim.
- Sən təzə gəlmisən bizim sinifə? - başımı yelləyib sualını cavablandırdım - niyə o qədər uzaqda dayanmısan?
- Sənin Toğrulunun düşmənləri məni tualetdə it kimi çırpdılar, üstüm-başım pis haldadı, bu vəziyyətdə sənə yaxınlaşmaq hörmətsizlik olar.
- Mənim Toğrulum?... - buna elədə fikir verməyib danışmağa davam elədi - Nə əcəb döyüldüyünü boynuna aldın, - bayaqdan ilk dəfə idiki gülümsəmişdi - Normalda oğlanlar davada döyülsələrdə boyunlarına almazlar.
- Kişi adam döyülərdə, döyərdə - özümdən razı halda bunu deyəndə gülümsəməsi daha da böyümüşdü.
- Bunu sən uydurmusan?
- Yox bunu cənab Fateh Əlizadə deyib - qaşlarını çatanda gülümsəyərək ona baxdım - Qardaşım yəni..
- Yaxınlaş, otur.. – tərəddütlə ona yaxınlaşıb, ikimiz birlikdə üzü mənzərəyə doğru oturduq. Bu arada qarnım birdə ayağım çox pis ağrıyırdı - deyəsən qardaşınla aran yaxşı deyil - təəccüblə ona baxdım. İnsanların içini oxumaqda deyəsən bir nömrə idi.
- Həə..Zəhləm gedir ondan..- gülümsəyib üzünü mənzərəyə çevirdi, mənsə onun günəşin altında parıldayan sarı saçlarına baxırdım.
- Amma onun dediklərini təkrarlayırsan, yəni özünü ona oxşadırsan - qaşlarımı çatıb ona baxdım.
- Əşşi nəysə, yəqin mənim qardaşımla münasibətimi burada danışmayacağıq... Mənə Toğrulun kim olduğunu de - acı bir şəkildə gülümsəyib başını aşağı salanda anladım ki, bu Toğruldu nədi yaman can yandıran oğlandı...
- Toğrulun atasını hamı tanıyır bu ərazidə, bir neçə geyim və ərzaq dükanı var - içimdən dedim ki, nə olsun mənim də atamın hüquq şirkəti var, amma mən onun kimi reklam eləmirəm. Özünü hər şeyi var deyə göylə aparan insanlardan zəhləm gedirdi. Onu şəxsən tanımasamda məktəbin ilk günündən məndə pis təəssürat yaratmışdı.
- Hə davam elə..
- Bu məktəbdə, elə demək olar bu ərazidə olan məktəblərdəki bütün oğlanlar Toğruldan qorxur, çünki Toğrulun atası təkcə ticarətlə məşğul olmur - hövsələsiz şəkildə davam etməsini gözləyirdim - qaranlıq işlərlə məşğuldu həm də..
- Həə.. belə de.. - dodaqlarımı bir-birinə sıxıb, gözlərimi qıydım. Qız mənə baxırdı, baxışlarını anlamamışdım, amma nəsə maraqlıda gəlməmişdi.
- Səni də yəqin pul söhbətinə görə döyüblər.. - dediyinə elədə fikir verməyib beynimdə ona verəcəyim sualları toparladım.
- Bir söz soruşum...18 yaşı tamam olmamış, məktəbli uşaqları buraxmırlar axı bara, kluba ya da elə kazinoya..O necə gedə bilir bəs?
- Dedim axı..Atası bu işlərdə ustadı.. - başımı yelləyərək sözlərini təsdiqlədim.
- Toğrulun sənə də borcu var? - qız gülümsəyib üzünü mənzərəyə doğru çevirdi. Onun kimi məndə mənzərəyə baxanda uzaqdan Xəzər dənizini hələ indi görürdüm. Günəş dənizin üzərinə düşərək, suyu parıldadırdı.
YOU ARE READING
Ayparanın Pıçıltısı
Teen FictionSən qələmin vərəqdə alov kimi təsirini bilmirdin. Ona görə də sən, sənə yazdığım hər sətiri oxuyarkən külə çevrilib yalançı küləklərlə birlikdə sovruldun uzaqlara. Mən isə yenə həmin köhnə, laxlayan stolumun arxasında sənə yazılacaq son cümləmi titr...