Gözlərimin önünə o an gələndə gözlərimi sıx bağlayıb açırdım ki, özümə gələ bilim. Soyuq yağışda yaşadığımız o isti anlar məni qəribə əhval-ruhiyyəyə salmışdı. Qarşıma baxanda qeyd dəftərimdə səliqəsiz xətlə qaraladığım bir-iki cümlə gördüm. Qələmimin mürəkkəbi vərəqin kənarlarında ləkələr buraxmışdı.Qələmi əlimdə özümdə bilmədən sıxdığım üçün barmağımda və ovcumda göyümtül ləkələr əmələ gəlmişdi. Nuraya baxanda karandaşla dəftərinin qırağına fikirli-fikirli naxışlar düzdüyünü gördüm. Bu öpüş mənim üçün ilk deyildi amma bəlkədə Nuray üçün ilk idi. Bəlkədə buna görə bu qədər qəribə davranırdı.
Cibimdən dəsmalımı çıxarıb əlimi sildim və barmağımla qarşımda oturan Cəlili dürtdüm. Çevrilib ilk öncə Nuraya sonrada mənə baxdı.
- Qələmin ya da karandaşın olmaz? – çevrilib qələm qabından bir qələm götürüb mənə verdi. Nuraydan qələm istəmək istəməmişdim. Sanki onu narahat etmək məni qorxudurdu. Qorxurdum ki, yenə o soyuq xarakterinə bürünsün.
- Aranızda nə baş verir? – qaşlarımı çatıb ilk öncə Cəlilin breketli dişlərinə daha sonra üzünə baxdım. Elə o anda zəng vuruldu, Nuray cəld ayağa qalxdı, çantasını partanın altından götürəndə gözlərimiz toqquşdu. Sanki utanıb gözlərini çəkdi ya da mənə elə gəlmişdi. Sürətli addımlarla sinifdən çıxdı. Cəlilə baxanda hələ də mənə baxdığını gördüm.
- Mənə Toğrul barədə danışa bilərsən? – bayaq verdiyi sualı eşitməmiş kimi sakitcə bu sualı verəndə Cəlil gözlərini bərəldib mənə baxırdı.
- Sənin Toğrulla nə işin var?
- Sualıma cavab verəcəksən? – qaşlarımı çatıb ona baxırdım. Sanki bir anlıq hürküb boğazını təmizlədi.
- Toğrul Abbasovu bu məktəbdə hamı tanıyır. Atası şəhərin mərkəzində olan marketlərin və bəzi barların sahibidir. Deyilənə görə mafiya ilə əlaqəsi və qumarxanaları var, lakin bu fərziyədir. Hələki bunu dəqiq sübut edən olmuyub – ətrafa baxıb biraz daha mənə yaxınlaşdı – deyilənə görə Toğrulun şəxsi psixoloqu var və tez-tez onun yanına gedib gəlir – qaşlarımı çatıb ona baxdım.
- Hə nə olsun ki? Bəyəm kiminsə şəxsi psixoloqu ola bilməz?!
- Yox, söhbət ondan getmir. Toğrulun əməlli-başlı psixoloji problemləri var, ona görədə çox dostu yoxdur.
- Bəs Nurayla nə əlaqəsi var? – sanki soruşduğum sualı gözləyirmiş kimi gülümsədi.
- Nuray onu sevir.. – dediyi söz sanki dərimin altına işləyib məni dondurdu – Ama ki, yola getmirlər..
- Niyə yola getmirlər? – səsimi toparlayıb özümü ələ aldım. Ürəyimin döyüntüsü elə sürətli idiki sanki boğazımda atırdı.
- Onu bilmirəm, heç kim bilmir.. Düzünü desəm onları tam olaraq birlikdə görən olmayıb, birlikdə də olanda ancaq mübahisə edirlər..
YOU ARE READING
Ayparanın Pıçıltısı
Teen FictionSən qələmin vərəqdə alov kimi təsirini bilmirdin. Ona görə də sən, sənə yazdığım hər sətiri oxuyarkən külə çevrilib yalançı küləklərlə birlikdə sovruldun uzaqlara. Mən isə yenə həmin köhnə, laxlayan stolumun arxasında sənə yazılacaq son cümləmi titr...