Xoşbəxtliyi yaxalayıb kiminsə gözlərinə sığışdırmaq çox çətindir. Xoşbəxtliyi yalnızca damarındakı axan qan kimi hiss etdikdə o gözlərə yansıyır. Mən onun gözlərində yalnızca bir dəfə görmüşdüm bu qığılcımı. O anda əlimdəki, gitaranı atıb, oxumağı dayandırıb gözlərinə baxmağı davam etdirmək istəmişdim. Amma o an elə bir situasiyadaydıq ki, mən bunu etsəydim hər ikimizə qəribə gələrdi. Həm də o vaxtlar hələ nə yaşadığımı anlamırdım. Mən hələ hisslərimə öyrəşmə kateqoriyasında idim.
Eynilə kədəri də nə qədər gizlətməyə çalışsaqda bunu bacarmırıq. Bu hissi gözlərdə gizlətmək üçün bütün həyatın kədərlə sınaqdan keçməlidir, ustalaşmaq üçün nələrisə itirməlisən. Gözlərində nəyisə gizlətdiyi anlarda anlamırdım, o həqiqətənmi kədəri gizlədirdi ya bəlkə yalnış hisslərə qapılmamağım üçün özünü məndən uzaqlaşdırırdı?
Gözlərinin şəffaf olduğu vaxtlarda mən demək olar ki, bu hissi onun gözlərində görmədiyim an olmamışdı. Bilirdim ki, nəsə yolunda deyil, onu incidən hər nədirsə onun öhdəsindən gələ bilmir. İlk vaxtlar düşünmüşdüm ki, bəlkədə üzündə əks olunan ifadələrin tək səbəbi Toğruldur. Amma nədənsə bu dediklərim mövzusunda həmişə özümü başqa bəhanələrə inandırırdım. Aypara qapalı qutuya bənzəyirdi, bu qutunu açmaq mənə qeyri-mümkün gəlirdi.
Əllərim havada asılı şəkildə qalmışdı. Hardasa iki dəqiqə boyunca belə qaldıq. Yavaşca geri çəkilib Sevincə baxanda üzündə ki, gülüş istədiyini əldə etmiş birinin gülüşü idi. İçimdə yaranan şübhə ilə birlikdə arxama çevrilib baxanda Nurayı orada mənə baxarkən gördüm. Bilirdim, mən onu maraqlandırmırdım lakin az qalsın içimdə yaranan qorxu ürəyimi ağzıma gətirəcəkdi. Bəlkə vecinə deyildi, bəlkə münasibətimiz olduğu kimi qalacaqdı amma mən istəmirdim o Sevinclə məni yalnış anlasın. Sevincə çevrilib baxanda üzündəki gülüş bayaqkından daha aydın görünürdü. Əmin olmuşdum ki, bunu bilə-bilə etmişdi. Canının yanacağını biraz olsun belə düşünmədim, sərt bir şəkildə qolundan yapışıb özümə doğru çəkdim.
- Bir daha mənə yaxın belə durma!
- Immm, məncə bu yaxınlaşma sənində xoşuna gələcək - çatılmış qaşlarım heyrətdən yuxarı qalxmışdı. Mən anlamadan birdən Sevinc gülümsəyərək qolunu barmaqlarımın arasından çəkib qoluma girdi. Heçnə anlamadan qarşıma baxanda Nurayla Toğrulun bizə tərəf gəldiyini gördüm.
- Siz? - Toğrul əlində qəhvə stəkanlarını tutub, təəccüblə həm də gülümsəyərək bizə baxdı. Mənimsə ürəyim Nuray üçün yerindəcə keçinirdi. Bal rəngi gözləri yenə dalıb getmişdi uzaqlara. Gözlərini üzümə sabitləsədə fikrinin məndə olmadığını bilirdim. Bəzən sanki bir ağrı dalğası ürəyimi əsir alırdı. Gecə boyunca bu ağrı məni rahat buraxmırdı, tək düşündüyüm Nuray olurdu. İndi də həmin ağrı ürəyimi əsir almışdı, nəfəs ala bilmirdim.
- ...hə canım? - Sevinc qolumu çimdikləyəndə ona baxdım. Üzündəki süni gülüşə qarşılıq olaraq məndə gülümsəməyə çalışdım.
- Anlamadım?
- Toğrul deyir ki, sabah yığıncaq təşkil edirmiş, bizi də dəvət edir..
Qaşlarımı çatıb Toğrula baxanda dodağı yana doğru qaçmışdı. Üzündəki bu təbəssüm açıq aydın mənə deyirdi ki, sən məğlub oldun. Amma mən Toğrulun istədiyi kimi hərəkət etməyəcəkdim. Gülümsəyərək başımı yellədim.
- Əlbəttə olar, gedərik..- gözlərimi Toğruldan qaçırıb Nuraya baxdım. Üzündə səmimiyyətdən uzaq təbəssüm yaranmışdı.Nuray bir kəlmədə demirdi, sakitcə dayanıb məni süzürdü. Arada gözlərimiz toqquşanda baxışlarını Sevincə yönəldirdi.
- Sən neynirsən Nuray? Məktəbdə tapmaq olmur səni - Sevincin səsindəki ironiya məni belə qıcıqlandırmışdı. Ona dik-dik baxsamda baxışlarımdakı sərtliyi vecinə belə almamışdı.
ESTÁS LEYENDO
Ayparanın Pıçıltısı
Novela JuvenilSən qələmin vərəqdə alov kimi təsirini bilmirdin. Ona görə də sən, sənə yazdığım hər sətiri oxuyarkən külə çevrilib yalançı küləklərlə birlikdə sovruldun uzaqlara. Mən isə yenə həmin köhnə, laxlayan stolumun arxasında sənə yazılacaq son cümləmi titr...