Mən ifadəsiz bir şəkildə qarşımda dayanan divara boş-boş baxırdım. Bir saat bundan qabaq Nurayla olduğum ağlıma gələndə olanlara inana bilmirdim. Əli yanağıma toxunanda içimdə qaynayan hisslər məni ona doğru addım atmağa məcbur etmişdi. Amma hər dəfəsində onun geri çəkildiyi kimi məndə hisslərimdən qorxmuşdum.
Mən ona aşiq olmuşdum.
Bu hissi əvvəllər yaşadığımı düşünürdüm amma sən demə yaşadıqlarım bu hissin sadəcə kopyası idi.
Mən ona tutulmuşdum.
Gözlərinə hər dəfə baxanda bunu iliklərimə kimi hiss edirdim. Mən ondan ayrı qala bilmirdim.
Gözümün qabağında hər şey sanki buxarlanıb, havaya qarışmışdı. Bircə Ayparanın parlaq, bal rəngi gözləri yoxa çıxmırdı. Sinifdə olanda mənə ilk baxışı ilə bir saat bundan qabaq olan baxışını müqayisə edirdim. Əslində nə qədər şey dəyişmişdi. O vaxtlar mənə o gözlərə bu qədər yaxından baxmaq imkansız gəlirdi.
Ayağa qalxıb otağımda o başa, bu başa vargəl eləməyə başladım. Ürəyim yerində çırpınırdı. Artıq hisslərimdən əmin olmuşdum, özümə etiraf eləmişdim. Bu məni o qədər həyəcanlandırmışdı ki, dəli kimi gülməyə başlamışdım. Özümü çox yaxşı hiss edirdim. Sanki adrenalinin son həddinə çatmışdım, ürəyim tir-tir əsirdi. Nədənsə qorxurdum, amma həmdə bununla yanaşı yaxşı hiss edirdim, özüdə çox yaxşı.
Titrəyən əllərimlə çarpayıma tulladığım telefonumu götürdüm və "Whatsapp"a girdim. Elə Aypara ilə mesajlarıma girmişdim ki, birdən otağıma atam girdi. Onu gözləmədiyim üçün içimdəki şirin həyəcan qasırğaya çevrilmişdi. Üzündə tərif edə bilməyəcəyim sərt ifadə var idi. Bir anda Aypara ilə olan xoş anlarımız, bayaq öz-özümə etiraf etdiyim hisslərimi unutmuşdum. Atamın üzündəki ifadə get-gedə daha qorxunc bir ifadə alırdı. Mən əlimdəki telefonu yavaşca çarpayıya qoyub həyəcanla üzünə baxdım.
Onun baxışlarında olan qəzəb məni hürkütmüşdü. İçimdə qaynayan hisslər ora-bura qaçışıb gizlənmişdilər. Mən yenə ən hissiz halıma bürünmüşdüm.
Atam birdən şalvarının belindəki kəməri yavaş-yavaş çıxararaq, üstümə doğru yeriməyə başladı. Gözlərim iriləşəndə, onun üzündə sanki tətmin olmuş bir ifadə yaranmışdı. Bu məni daha çox qorxutmuşdu. Uzun zamandır atamın dediklərinə qarşı çıxmırdım, uzun zamandır onunla dilləşmirdim. Çünki olacaqları bilirdim və düzünü desəm bu məni qorxudurdu. Fiziki istismar mənim ruhumu, mənliyimi alçaldırdı. Atamdan qorxmaqdan qorxurdum. Axı hansı uşaq valideynindən belə bir şeyə görə qorxardı?!
- Nə...nə baş verir? – kəkələyərək gözlərimi qırpışdırdım. Belindəki kəməri tamamilə çıxarıb əlinə aldı. Qaşlarını yuxarı qaldırıb mənə baxdı, dodaqlarında gülümsəmə yarananda içimdəki qorxu get-gedə böyüyürdü.
- Bugün nə etdiyini bir ağlına gətir..Daha doğrusu nəyi etmədiyini.. – səsi həmişəkindən daha aydın və səlis çıxmışdı.
Bütün günüm gözümün qabağından film lenti kimi keçdi. Səhər Fatehin mətbəxdə yığdığı sınıq qab-qacaq qalıqları, Nurayın gülüşü, özəl dərsim...Mən nəyi etmədiyimi xatırlamışdım, lakin artıq gec idi.
Hər şeyi qəbullanıb gözlərimi yumdum. Bunu özüm seçmişdim. Kədəri, göz yaşını, ağrını.. Dəyişmək, daha yaxşı biri olmaq istərdim. Bunun üçün şansım var idi mi?
Kəmər hər kürəyimə dəyəndə isti bir ağrı bədənimə salırdı. Daha çox ağrıdırdı, yandırırdı.
Yumub gözlərimi yerə çömbəldim. Mən işkəncədən qorunmağa çalışmırdım, sadəcə qaranlıq həmişə mənim xoşuma gəlirdi. Ona görədə yerdə sürüşərək yatağımın küncünə qısıldım. Ağrı isə davam edirdi, aram-aram və səbirsiz şəkildə..
YOU ARE READING
Ayparanın Pıçıltısı
Teen FictionSən qələmin vərəqdə alov kimi təsirini bilmirdin. Ona görə də sən, sənə yazdığım hər sətiri oxuyarkən külə çevrilib yalançı küləklərlə birlikdə sovruldun uzaqlara. Mən isə yenə həmin köhnə, laxlayan stolumun arxasında sənə yazılacaq son cümləmi titr...