X

26 0 0
                                    


Bəzən sevgi elə bir silaha çevrilir ki, hətta sən özün o silahla özüvü öldürməyə qadir olursan.

Elə vazkeçmək də, hər şeyi yarımçıq qoyub gəldiyin yolu geri qayıtmaq da buna daxildir. Bu ölümdür, bu sevginin ən böyük silahıdır.

Məndə nədənsə ruhdan düşmüşdüm, yorulmuşdum. Düzdür mən hələ Nuray üçün hər hansısa bir yol qət etməmişdim amma bu yol məni qorxudurdu, vahiməyə salırdı. Mən Toğrulla dirəşə bilməzdim, o qat-qat məndən güclü idi, ən azından özünə inamı var idi və qızlar özünə güvənən kişiləri sevirdilər.

Mən bu mübarizəyə daxil ola bilməzdim, mən ilk həmləmdə büdrəyib yıxılardım. Bu mənim üçün ölümün ilk zərbəsi olardı. Qarşımda, mən ölümlə üz-üzə ikən Nurayı gülümsəyərək Toğrula baxarkən görmək istəmirdim. Dedim axı, mən güclü deyiləm...

Bəzən vazkeçmək lazımdır. Axı insan hər gördüyü, bəyəndiyi şeyi istəməməlidir. İnsan həddini bilməlidir, insan əli çatan şeyi əldə etməyə çalışmalıdır ondan kənardakı ölümdür, intihardır!

Nuray mənim intiharım olmuşdu. Ona vardığım anda ölümümü qəbul etmiş olacaqdım. Mən onu istəməməliydim, bu intiharı istəməməli idim.

Bəs ideyalar, karmalar? Fəlsəfə? Ya elə kainatın özü? Alimlər hər il çıxış edib deyirlər ki, hər şey insanın əlindədir. İnsan dünyaya gəldiyi gündən kainata enerji göndərir. Bu ya mənfi enerji olur ya da ki müsbət. Yəni insanın arzuladığı şeylər onun inamına və istəyinə bağlıdır. Göndərdiyimiz enerji kainata gedir və güzgü effekti kimi bizə geri qayıdır. Bu zaman biz arzumuza çatmış oluruq.

Mən Nurayı istəyirdim, özü də dəli olacaq dərəcədə.. Bu hiss birdən-birə damdan düşən kimi ürəyimə düşmüşdü. Mən onu istiyirdim, hər an, hər saniyə. Bu istək o qədər çox idi ki, məncə mənim istəyim çoxdan Günəş sistemində bir neçə dövr etmişdi...Bəs niyə mən onun baxışlarında mənə qarşı olan hisslərini görə bilmirdim? Niyə istəklərim mənə kainatdan enerji vasitəsi ilə qayıtmırdı?

İnsan üçün həmişə əlçatmazlar şirin olur. Və məncə o amerikan alimləridə qələt eləyirdi. Çünki elə ən çox istədiyimiz şeylər həyata keçmirdi.

Toğrulun dediklərindən sonra dəhlizin ortasında eləcə donub qalmışdım. O əməlli-başlı məni mübarizəyə dəvət eləmişdi. Yəni hər nə qədər məni zəif görsədə və kəlimələri ilə bunu bildirsədə bu çağırışı baxışlarında görmüşdüm.

Udqunub kiçik addımlarla dəhlizdə irəlilədim. Piləkənin başına çatanda fikirlərimi toplayıb qabağıma baxdım.

Ayaqlarım taqətini itirmişdi, sanki bu saat yerindən qopacaqdı.

Hər pilləni endikcə evdə baş verənləri, Fatehi, Nurayı xatırlayırdım.

Pilləkənlərin sonuna çatanda ətrafıma baxdım. Bir-iki xadimədən və qapıçıdan başqa dəhlizdə heç kim qalmamışdı.

*    *    *

Yeməyimi yedikdən sonra balkonda eləcə oturmuşdum. Siqaret əlimi yandıranda xəyal dünyamda ayrılıb əlimə baxdım. Siqaretim mən hələ çəkmədən kötüyə kimi közərib bitmişdi. Kötüyü külqabıda əzib ayağa qalxdım. Qollarımı məhəccərə söykəyib məhləyə baxdım. Bugün Toğrulun məni açıq mübarizəyə dəvət etməsidə ayrı bir ironiya idi. Axı onun kimi biri necə ola bilərdi ki, məni özünə rəqib görsün? Mən heç özümü o kateqoriyada görə bilmirdim. Bir anlıq hansı hissə qapılmışdı ki, gəlib mənə meydan oxumuşdu?

Məhlədə sakitlik idi. Arabir maşınlar girir-çıxır, xalalar dükana gedir, cavan oğlanların çardaqdan gülüş səsləri gəlirdi. Yuxarıdan baxanda insanlar necə də qəribə görünürdülər. Baş barmağımla işarət barmağımın arasında məsafə qoyub sağ gözümü bağlayırdım. Heç qələm boyda deyildilər!
Bir siqaretdə çıxarıb yandırdım.
-  Hey..
Qış aylarında arzuladığımız isti kimi ya da yay aylarında arzuladığımız soyuq kimi idi bu səs. Gözlərimi bir anlıq bağlayıb məni bir daha səsləməsini istəmişdim. Amma adımla, hə mən bu qədər dəli olmuşdum!
-  Hey, Atilla..
Üzümdə yaranan xoş təbəssümü gizlədə bilməmişdim. Çevrilib ona baxdım səssizcə oda mənim baxışlarımdakı mülayimliyi görəndə gülümsədi. Dodaqlarımın arasındakı siqareti götürüb ona baxmağa davam elədim. Dodaqlarının qırmızısı ilə dərisinin bəyazlığının möhtəşəm uyğunluğu və gözlərinin kəhribar rəngi ilə saçlarının rənginin ahəngi hələ də mənim üçün qeyri-adi bir möcüzə kimi görünürdü. Ona baxmaqdan doymurdum..
- Necəsən? – siqareti dodaqlarımın arasına qoyub çəkdim. Tüstünü təmkinlə buraxıb üzünə baxdım. Elə bil nəsə onu narahat edirdi, amma anlaya bilmirdim hər zamanki kimi onu.. Lənətə gəlsinki, mən onu heç vaxt anlaya bilməmişdim.
-  Yaxşı olmağa çalışıram...Yaşamaq üçün buna məcburuq, elə deyil Aypara?!
- Sən məcbur deyilsən..Çünki mən varam Atilla..Mənə danış...
Dodaqlarının tərpənişi, gözlərində dəyişən hisslərin əksi məni valeh eləyirdi.  Toxunulmamış, hətta hələ ətri hiss olunmamış, yeni açılan gül kimi idi. Gözlərinə baxmağa belə bəzən utanırdım.
-  Bizə gəl...Evdə heç kim yoxdur.. – bunu deyib içəri keçdim. Üzünə baxmamışdım belə.. Bəlkədə verəcəyi cavabdan qorxmuşdum ya da utanmışdım. Özümdə özümü anlamırdım.

Ayparanın PıçıltısıDove le storie prendono vita. Scoprilo ora