"Düşüncələrim nə zaman mənfi yöndə olsa dərhal özümü xəyali aləmimdə sillələyib ağlımın başıma gəlməsini gözləyərdim. Artıq Tanrı bəndələrinin məktublarına baxmırdı, musiqilər zövqləri oxşamırdı, filmlər mənəviyyatsız ssenari ilə yazılırdı. Bu dünya artıq başqa bir dünyanın keçmişini yaşayırdı. Maraqlı idi, görəsən gələcək necə olacaqdı?! Niyə hər şey bu qədər eybəcər hal almışdı? Mən axı təsəllimi itirmişdim, niyə həyat bu dəqiqələrdə məni uda biməyəcəyim dərdlərlə yükləyirdi?!
Həyat mənim qanunlarıma əsasən işləmirdi. Mən heç bir xəyalımı həyatın axarı yönündə qurmamışdım. Mən bədbəxt idim.
Sən düz deyirdin Aypara, Tanrı bizi unutmuş, artıq özünə yeni oyuncaqlar tapmışdı..
Uşaq olanda yıxılıb dizlərimi yaralayanda məni özümü incitdiyimə görə əvvəlcə danlayıb sonrada qucaqlayıb təsəlli verən anam olmamışdı, ya da arzularımı soruşub o yolda mənim yanımda olacağını deyən atam. Qardaşıma görə mən sıxıcı idim, ətrafımızda insanlara görə isə nankor. Mən heç kimə görə yaxşı deyildim. "Sən nəyə lazımsan ki? Sən ümumiyyətlə kimsən ki?" - hə mən kiməm ki? Mən sadəcə valideynlərimin buraxdığı səhvdən ibarət idim.
Adım Atilla, 18 yaşım var. Sizə xəyallarımdan danışmayacam. Ölən xəyallarımı narahat etmək istəmirəm. Mən sizə xəyallarımın həyat hekayəsini danışacam. Danışacam ki, dillər əzbəri olsun. Unudulmasın, mən yaşada bilmədim amma başqaları o xəyalı ibrət götürüb öz xəyallarını yaşatsın.
Mən sizə ölümümdən danışacam. Hansı ki, yaşadığım illərdə hər səhər yatağımda gözlərimi açarkən dərimin cızıldamasına səbəb olan soyuqdan, ölümün, yaşarkən hiss edilən möhtəşəmliyindən danışacam.
Mən sizdən danışacam, anlayış biçiminizdən, qıtlığınızdan, sevginizdən.
Mən məndən danışmayacam, bu soyuq gecədə olmaz ruhum onsuzda bu soyuğu illərdir dadıb.
Mənim bu çiskin şəhər mənzərəsinə deyil, səmaya ehtiyacım var ümidi görmək üçün.
Mənim sabaha inanmağım gəlmir, səni görmədən.
Yuxularım qaçıb anlamadan, bilmədən..
Gözlərimi bağlayıram yenə sən, yenə sən..
Bitmir bu işkəncə, ağrıdır, içinə sovurur məni.
Mən artıq əvvəlki məni tapa bilmirəm güzgü qarşısında. Mən artıq mavi gözlərdə günəşin əksini görmürəm, mən orda səni görürəm. Əzgin və qırılmış baxışlarını gördükçə daha da ölməyim gəlir.
Bəlkə səninlə heç sevişmədik həzin musiqi sədaları altında, lakin yağışın altında ilk rəqsin mənimlə oldu. Bəlkə ilk sevdiyin mən deyildim, lakin ilk güvənini sarsmayacaq insan mən idim. Bəlkə də ilk öpüşün mənimlə deyildi, lakin ilk sirdaşın mən idim. Bədənində kimin izləri var idi bəlkə də bilmirdim, lakin son unudulmaz toxunuşlar mənə məxsus idim. Mən ilk deyildim heç bir anlamda.. Bəlkədə sənə vara bilməmişdim, dərd deyildi. Onsuzda heç kim nirvanaya çatmamışdı bu həyatda.
Mənim bəlkədə həyata bu qədər düşmən olmağım sənin üzündə bir dəfə də olsun həqiqi gülüşü görmədiyim üçün idi."
Saniyələr dəqiqələri qovaladıqca qələmim hərfləri itələyib sözləri sətirlərə düzürdü. Üşüyüb stuldan qalxdım və pəncərədən yağan qara baxdım. Gözümdən bir damla yaş düşəndə yanağım titrəyib dodaqlarımı tərpətdi sanki. Dilim dolaşıb adını sakitcə mırıldayanda gözlərimi bağlayıb ruhumu qarın səssizliyinə təslim etdim.
KAMU SEDANG MEMBACA
Ayparanın Pıçıltısı
Fiksi RemajaSən qələmin vərəqdə alov kimi təsirini bilmirdin. Ona görə də sən, sənə yazdığım hər sətiri oxuyarkən külə çevrilib yalançı küləklərlə birlikdə sovruldun uzaqlara. Mən isə yenə həmin köhnə, laxlayan stolumun arxasında sənə yazılacaq son cümləmi titr...