Yuxudan oyananda ətrafıma baxdım. Balkonun açıq qapısından gələn külək açıq mavi rəngdə olan tül pərdəni yellədirdi. Gözlərimi ovuşdurub, əyilib əlimi çarpayının altına saldım, telefonumu götürdüm. Ekranı yandırıb saata baxdım. Saat səkkizin yarısı idi. Birdən gözlərimi ekrandan çəkib boş-boş tavana baxdım. Dünən atamla anamın mübahisəsini, qab-qacağın sınıq səslərini, hay-küyü, Fatehin həyəcanlı ifadəsini və ən əsasıda pianonun səsini xatırladım. Yerimdə dikəlib ayaqlarımı çarpayıdan aşağı salladım. Heçnə fikirləşmədən ayağa qalxıb, otaqdan çıxdım. Ayaq saxlayıb eləcə yerimdə boylanıb zala baxdım. Stolun üstündə küllə dolu külqabı qalmışdı. Arabir pəncərədən külək əsir, külləri yerə tökürdü. Addımlayıb mətbəxə keçmək istəyəndə qarşıma çıxan mənzərə ilə yerimdə donub qalmağım bir olmuşdu. Bütün şkafların qapıları açılmış və demək olar ki, bütün qab-qacaq yerə boşaldılmışdı.
Yerimdə quruyub qalmışdım. Dünən tam olaraq nə danışmışdılar atamla anam? Niyə bu qədər böyümüşdü bu mübahisə? Fateh niyə o qədər həyəcanlanıb qapını açmağa çalışmışdı. Birdən sanki bunları yeni dərk etmiş kimi sürətlə çevrilib Fatehin qapısına yaxınlaşdım. Qapını aralayanda onu yatağında görmədim. İçəri girib ətrafa göz gəzdirəndə Fatehi, yatağının yanında yerdə sadəcə alt paltarı ilə qıvrılıb yatdığını gördüm.
O uşaqlıqdan belə idi. Nədənsə qorxanda gedib ya yatağın küncünə qısılar ya da altına girərdi. Axı onu nə qorxutmuşdu anlamırdım. Mən uşaq vaxtı daha cəsarətli idim ondan. Eyni otaqda yattığımız üçün hər axşam Fateh tualetə ya da su içməyə gedəndə məni də oyadardı. Çox vaxt bu anlarda da atamla anamın mübahisələrinə şahid olardıq amma anam bizi tələsdirib yatağımıza göndərərdi.
Gözlərimi Fatehdən çəkib otaqdan sürətlə çıxdım amma qapını yavaşca örtdümki oyanmasın. Bəlkə də məndən fərqli olaraq o ailəmizə qarşı hiss etdiyi doğmalığı və ümidi hələ itirməmişdi və get-gedə həmin hisslərin onu tərk etdiyini anladıqca qorxurdu. Bunlar məndə daha öncədən baş verdiyi üçün onu anlayırdım.
Yarım yamalaq qalan ümidlərimlə valideynlərimin yataq otağına yaxınlaşıb qapını açdım. Yenə boş yataqla qarşılaşanda qapını bağlayıb otağıma girdim. Yəqin anam xalamgilə getmişdi. Atamı isə bilmirdim.
Əsən küləy məni titrədəndə çarpayıma uzanıb, nazik yorğanı üstümə çəkdim. Bugün özəl dərsə getmək istəmirdim, müəllimin o zəhlətökən səsinə qulaq asmağa taqətim yox idi.
Yatmaq dərdləri unutmaq üçün ən gözəl vasitə idi. Nə tam olaraq ölmüş olurdun, nə də tam olaraq oyaq. Özüdə bu həyatda edilən hər şeydən daha ucuz idi. Hə, ucuz! Ömrünüzdən sadəcə bir-iki saatınızı almaqla sizə verilirdi yuxu. O bir-iki saatı xərcləməklə elə bu saatlarda xoşbəxtliyə nail olub, düşünməkdən bezməyən beyinə də istirahət verirdin. Ömrümdən bir neçə saatı günün hansı saatında olursa olsun, yuxuya dəyişə bilərdim.
* * *
Mən yuxudan oyananda zəngli saat hələ çalmamışdı. Qab-qacağın səsini eşidib, otaqdan çıxdım və mətbəxin qapısına yaxınlaşdım.
Fateh əyilib əlindəki torbaya yerdəki qırıntıları yığırdı. Diqqətlə ona baxdığımı hiss edəndə başını qaldırıb mənə baxdı. Gülümsəməyə çalışdım. Hə mən həqiqətən gülümsədim Fatehə!
Qaşlarını çatıb mənə baxdı sonra ayağa qalxdı.
- Nəyə gülürsən?
- Vəziyyətimizə..
![](https://img.wattpad.com/cover/84671548-288-k905699.jpg)
YOU ARE READING
Ayparanın Pıçıltısı
Teen FictionSən qələmin vərəqdə alov kimi təsirini bilmirdin. Ona görə də sən, sənə yazdığım hər sətiri oxuyarkən külə çevrilib yalançı küləklərlə birlikdə sovruldun uzaqlara. Mən isə yenə həmin köhnə, laxlayan stolumun arxasında sənə yazılacaq son cümləmi titr...