IX

10 0 0
                                    




Həmin günün axşamı Fatehlə bir xeyli söhbət etdik. O hüquq oxuduğu üçün atanın işləri ilə yaxından maraqlanırdı. Mənə danışdıqlarından anladım ki, işlər heçdə yolunda getmir. Şirkətdəki vəkillərin çoxu girdikləri məhkəmə salonlarından əliboş qayıtdıqları üçün müvəkilləri tərəfindən güvənləri sarsılıbmış. Borclar üst-üstə yığılmışdı. Amma Fatehin dediyinə görə bu vəziyyətdə belə şirkəti ata yaxşı saxlamışdı, başqasının əlində olsaydı çoxdan batmışdıq.

Onu dinlədikcə anlayırdım ki, eyni evdə ola-ola mən onu heç tanımırammış. O əslində tanıdığım qədər egoist biri deyildi, əksinə incə ruhu var idi, kiçik detallar belə onun diqqətini çəkirdi. Qayğı və hörmət onun üçün demək olar ki, elə sevginin ikinci adı idi. Hisslərlə bağlı məruzə etdiklərindən anlamışdım ki, sevdiyi bir qız var amma açıla bilmir. Öz xəyal aləmimdə onun bu halına gülümsəmişdim. O təsəvvürümdəki Fatehin tam əksi idi.

Yenidən mövzu valideynlərimizin boşanmasına gələndə Fateh bu vəziyyətin hər şeyi qaydasına qoyacağını demişdi. Mən bizim nə olacağımız haqqında ona sual verəndə oda eyni mənim kimi sual dolu baxışlarla mənə baxmışdı amma sonra təxmini fikirlər yürütmüşdü. Atam bu evi və bir-iki digər yerdə satın aldığı obyektləri satıb borcların bir qismini ödəməyi düşünürmüş, onda yəqinki biz burdan xalamızın yanına köçəcəkdik. Bir anlıq həyəcanlandım. Bu qorxudan doğan həyəcan deyildi, nədənsə mən bu fikirlə razılaşmışdım və bu yaxşı hiss etməyimə, xoşbəxtlikdən həyəcanlanmağıma səbəb olmuşdu. Nə də olsa anam, xalam, mən və qardaşımla birlikdə yaşayacaqdıq. Aramızdakı buzlar əriyəcəkdi və biz keçmişdə yaşadığımız ağrılı-acılı xatirələrimizi unuta bilməsəkdə üstünü xoş xatirələrlə örtəcəkdik.

Biz bunları danışdığımız aralarda mən özəl dərsim və atamla bugünkü "xoş" görüşümdən ona danışdım. Fateh təəccüblə məni dinlədikdən sonra ayağa qalxıb şkafından məlhəm götürüb, məni yanına çağırdı. Yanına gedib çaşqın bir şəkildə ona baxanda mənə sakit tonda köynəyimi çıxartmağımı əmr etmişdi. Mən qəribə əhval ruhiyyə ilə köynəyimi çıxarıb, kürəyimi çevirib, üzüm pəncərəyə tərəf çarpayıda oturmuşdum. O məlhəmi yaralarıma sürtdükcə mən yerimdəcə qəhərdən boğulurdum. Əlimlə ağzımı tutub göz yaşlarımı saxlamağa çalışmışdım. İçimdəki ailə sevgisi, ana qayğısına həsrət sanki birdən partlayıb ortaya çıxmışdı. Fateh elə hey danışırdı. Gah universitetdən, gah da fakultəsinin necə sıxıcı amma həm də maraqlı olmasından bəhs eliyirdi.

Məlhəmi çəkib qurtardıqdan sonra əllərini salfetkaya silib qabağıma oturmuşdu. Sağ əlini çiynimə qoyub sıxanda damarlarından sanki bədənimə güvən, su kimi axıb dolmuşdu. Gülümsəyərək üzümə baxdı, nəsə demək istəyirdi və məndə üzünə yorğun bir şəkildə baxmışdım.

- Bilirəm, çox şeyi əlindən mən almışam, üzr istəyirəm Atilla..

Gözlərimi qıyıb mənim gözlərimin daha tünd forması olan mavi gözlərinə baxdım. Ciddi-ciddi üzr istəmişdi.

- Fateh... - udqunub üzünə baxdım, - sənin heç bir günahın yoxdur, günahı olan insanlarda ancaq son nəfəsində anlayacaq öz səhvlərini... Səndə mənim kimi sevgiyə möhtac birisən, sadəcə fərqimiz odur ki, sən bu sevgi üçün mübarizə aparırsan mən isə kənarda dayanıb paxıllıqla seyr edirəm. Səni yalnış anladığım üçün sən məni bağışla..

 Səni yalnış anladığım üçün sən məni bağışla

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
Ayparanın PıçıltısıМесто, где живут истории. Откройте их для себя