XIII - Part II

24 0 0
                                    

Güzgünün qarşısında dayanmışdım. Son olaraq çarpayımın üstünə qoyduğum beyzbol kepkasını götürüb başıma taxdım. Əynimə dar, qara cins və üstümə qara, qolu uzun köynəyimi geyinib, yaxasını açıq buraxmışdım. Qara rəngi sevirdim. İnsanı həm ciddi, həm cəlbedici və sirli, həm də məğlubedilməz göstərirdi. Və mənim bu gecə belə görünməyə ehtiyacım var idi.

Telefonumun ekranında saata baxdığım anda Sevincdən mesaj gəlmişdi.

"Are u ready? ;)"

İstər-istəməz üzümdə gülüş yaranmışdı. Bu qız həqiqətən çox inadkardır, məni yorur, amma həm də əyləndirir. Bəlkə də o olmasaydı mən bu mübarizəyə cəhd etməyəcəkdim.

"I'm always ready ;)"

"Harda görüşək?"

"Birlikdə gedirik?"

"Toğrulun evini tanıyırsansa özündə gələ bilərsən -_-"

"Özündə yaxşı bilirsən ki, bilmirəm. Nədir? Mənə naz edirsən? :D"

"Biraz centlmen ol"

"Mən sənin sevgilin deyiləm"

"Bir qıza qarşı incə davranmaq üçün mütləq sevgilisi olmalısan?"

"Maraqlı yanaşmadır, lakin mən ümumiyyətlə sevgilim olmayan heç bir qızla yaxınlıq etmirəm ;)"

"Axmaq"

"Təşəkkür edirəm"

"Harda görüşək?"

"Bilirəm ki, can atırsan məni görmək üçün :D"

Ona ilişmək nədənsə xoşuma gəlirdi.

"Boş ver, mən haranı deyəcəmsə ora gələrsən. Yazaram sənə.."

Telefonu kilidə salıb, gülümsəyərək cibimə qoydum. Son dəfə özümə baxıb, kepkamı başımda düzəldib, otaqdan çıxdım.

- Hara gedirsən?

Fatehin səsini eşidəndə arxama çevrilib baxdım. Otağının qapısının eşiyində dayanıb, qapının kənarına söykənmişdi.

- Vacib işim var.

- Hava soyuqdu, çox nazik geyinmisən. Yaraların sağalıb?

Mənimlə bu qədər maraqlanması üzümdə təbəssüm yaratmışdı.

- Üstdən dəri gödəkçəmi geyinəcəm. Yaralarıma da hər gün məlhəm çəkirəm. Solub amma izləri açıq aydın şəkildə görünür.

- Evə çox gec gəlmə. Kənan bu gecə evə gələ bilər, ağlında olsun - gülümsəyib mətbəxə girdi.

- Haradan bilirsən? - arxasınca mətbəxə girdim - Onunla danışmısan?

- Hə mənə zəng etmişdi - filtrdən stəkana su töküb mənə baxdı - Bakıda deyil. Amma axşama kimi işlərini bitirsə evə gələcəyini dedi.

- Hara gedib? - sudan bir qurtum içib yenə mənə baxdı.

- Onu demədi, amma dediklərindən başa düşdüm ki, şirkətdəki işlərlə bağlıdı. Oradakı vəkillərlə görüşəcək. Yeni əlaqələr axtarır - əlindəki stəkanı dəzgaha qoyub mənə baxdı -İşlər deyəsən doğurdan yolunda getmir.

Fateh mətbəxdən çıxanda bir anlıq elə bil dünyaya sakitlik çökmüşdü. Təəccüblənmişdim, təsirlənmişdim və ən əsası necə davranacağımı bilmirdim. Mən heç vaxt ailəmə görə dərd çəkməmişdim ya da ailəmin problemlərinə şərik çıxacaq biri olmamışdım. Çünki mənim problemim elə ailəmin özü olmuşdu. O qədər soyuq və diksindirici münasibətlərimiz var idi ki, mən heç vaxt anamın, atamın ayrı-ayrılıqda nə dərdləri olduğunu fikirləşməmişdim. Tək istəyim, problemim birlikdə və xoşbəxt olmaq idi. İndi isə birdən Fatehdən belə bir şey eşidəndə nə edəcəyimi bilməmişdim. Təəssüf ki, belə mövzularda edilməli olacaq fədakarlıqlar və yaşanılmalı hisslər barədə bilmirdim. Bu keçmədiyim dərsin mövzusu idi.

Ayparanın PıçıltısıOpowieści tętniące życiem. Odkryj je teraz