III

19 1 2
                                    


Çaşqın halda onu süzürdüm. Liftin qapısı artıq bağlanacaqdıki içəri girdim. O heç yerə tərpənmirdi, çevrilib üzümədə baxmırdı. Həyəcandan düyməni basmağı da unutmuşdum, ona görədə liftin qapısı bağlanıb dayanmışdı. Dilim-boğazım səbəbsizcə qurumuşdu. Onun burada nə işi var idi? Mənə nəsə sözü olduğu üçün bura qədər məni təqib etmişdi? Niyə ağlamışdı?

Çevrilib ona baxanda sanki üzünü gizlətmək istəmişdi, halbuki onun gözyaşlarını gizlədəcək ən son adam mən idim.

- Burada nə işin var? - sanki dediklərim ayıb birşeymiş kimi çəkinmişdim ondan.

- Burada yaşayıram - sonunda üzünü çevirib mənə baxanda gözlərinin qızardığını görmüşdüm. Marağımı daha artıq onun üzərinə yükləməmək üçün üzümü liftin metal qapılarına doğru çevirmişdim. Bir-iki dəqiqəlik səssizlikdən sonra liftin düyməsinə basdım. Lift yavaşca aşağı şütüdükcə mənimdə marağım get-gedə nəzakətimi üstələyirdi. Dönüb yenidən ona baxanda donuq baxışlarla liftin sıx bağlanmış, metal qapılarına baxırdı. Bu halı nədənsə məni narahat edirdi, halbuki mən onu bugün tanımışdım.

- Nəsə olub? - susmuşdu heç bir tərpəniş heç bir reaksiya yox idi. Lift dayanıb qapılar açıldıqda ona baxdım, eyni vəziyyətdə durmuşdu. Bal rəngi gözləri dərinliklərdə bir yerdə itmişdi, çıxış yolunu tapa bilmirdi sanki.

Liftin qapısı bağlananda ikimizdə reaksiyasız liftin bağlı qapılarına baxırdıq. Nə mən danışırdım nə də o bir şey deyirdi...

- Getməyəcəksən? - diksinib ona baxdım. Üzündə boş bir ifadə var idi, qətiyyən üzünü çevirib üzümə baxmırdı - Rahat burax məni..

- Eyni hisslərlə deyəsən elə eyni üsulla başa çıxa bilirik...- nəhayət üzünü çevirib mənə baxanda qaşları çatılmışdı. Gözlərim o möhtəşəm dodaqlarını süzərək deyəcəklərini gözlədi sanki.

- Sən mənim haqqımda nə bilirsənki danışırsan?! - kəskin baxışları üzümü doğramışdı sanki. Sərt bir şəkildə liftin düyməsini basıb liftdən çıxdı. Onun arxasınca getdim, deyəsən bugün riyaziyyatdan özəl dərsimə gedə bilməyəcəkdim.

- Mən səni anlayıram - dayanıb üzümə nifrətlə baxdı. Özümdən iyrənmişdim, kimliyimdən, var oluşumdan..

- Mənə yaxın belə gəlmə! - arxasını çevirib getdi, mən isə yerimdə donub qalmışdım. Deyəsən bizim binada qalırdı, bu bir möcüzə olmalı idi, ya da təsadüf. Hər nə idisə də həmin şeyə minnətdar idim. Üzümdə acı bir təbəssüm yaranmışdı. Arxasınca elə hey baxırdım, qəribə bir pıçıltı kimi gəldi keçdi. Nə xoşbəxt ola bildim, nə də bədbəxt. Qəribə hisslər ürəyimi ələ keçirdiyi andan bilirdim ki, hər şey bu qızdan asılıdır.

Silueti gözdən itəndə başımı qaldırıb səmaya baxdım, hava qaralırdı. Nədənsə içimdəki bir hiss kişilik hisslərimi tətikləmişdi. Birdən ilərləyib məhlədən çıxdım və Ayparanın getdiyi yolu izləməyə başladım. Gözlərim ara məhlələrdə onu görəndə ayaq saxladım. Gedirdi istəmsizcə bir yerlərə, onu tək qoya bilməzdim. Sürətimi dizginləyib onu təqib etməyə başladım. Beləcə məhlələri keçdik, yollar keçdik. Ən sonunda bir marketə girib əlində içki ilə çıxanda vəziyyətin yaxşı olmadığını anlamışdım. Onu izləməyə davam edirdim. Köhnə binaların olduğu məhləyə girib bloklardan birinə girdi. Bloka yaxınlaşıb onu içəridə lift gözləyərkən gördüm. Ayaq saxlayıb, qapının qırağından onu izlədim. Ən sonunda liftə girəndə içəridə neçənci mərtəbənin düyməsinə basdığını görəndə içimi bir təlaş bürümüşdü. O ən yuxarıya, dama çıxırdı. Bəlkə intihar....

Ayparanın PıçıltısıHikayelerin yaşadığı yer. Şimdi keşfedin