Bölüm 1

150 77 63
                                    

..... Önündə yamyaşıl çəmənlik var idi.
Ətraf əraziləri boş idi. Sadəcə yaşıllıq. Daha uzağı görmürdü. Havada isə sanki qəribə qoxu gəlirdi. Havanın qoxusunu dərindən içinə çəkdikcə diksinir, təmiz havaya ehtiyac duyduğundan tez-tez addımlayırdı. Amma nə mənası var idi. Yenə də qoxu uzaqlaşmır, əksinə daha da artırdı. Sanki birdən göyün üzü qaraldı. Şimşək çaxmağa başlayırmış kimi göy guruldadı. Lakin, həmin mənzərə bunu göstərmirdi.
Birdən yuxudan ayıldı.

"Hə axır ki oyana bildin!"
Çöldən qışqırıq səsi gəlirdi və qoxu...Hə həmin qoxu!

"Ana yenə nə baş verir?"-təşviş içində Asena yerindən qalxdı.
"Sual verməyi dayandır və tez Sumitranı aşağı otağa apar. Çalış bu qədər səsi eşitməsin. Tez ol Asena. Uşağı otaqdan çıxart."-Asena çaşmış halda uşağı anasının qucağından alaraq aşağı otağa düşməyə başladı. Sağdakı otağa girib qapını kilidlədi.

Səslər kəsilmək bilmirdi. 16 il ərzində 3-cü dəfədir ki belə səslər eşidirdi. Çöldə nə baş verdiyindən də xəbəri var idi.

Müsəlmanları burada istəmirdilər! Onlara qatil, terrorist kimi baxırdılar.

Üzünü yuxarı qaldırıb dərindən nəfəs aldı. Yox artıq o qoxu azalmışdı. Demək olar ki gəlmirdi.
"Rəbbim bizi bu insanların şərrindən qurtar"

Bu anda qapını kimsə çəkməyə başladı. Asena əvvəlcə qorxuya düşdü. Daha sonra anasının səsini eşidib ayağa qalxdı.

"Asena qızım. Qapını aç."-Asena qapını açdı.

"Ana yenə nədir bu? Biz heç bir zaman sakit yaşaya bilməyəcəyik? Nə üçün insanları dininə görə ayırırlar? Mən, atam, sən axı biz heç kimi öldürməmişik!"-uşağına anasına verdi və qapını bağladı.

"Asena.. Dünyada bizim dinimizdən başqa yüzlərlə, minlərlə din var. Amma insanlar hər zaman 2 yerə bölünər. Biri yaxşı insanlar digəri pis insanlar. İnsanları başqa çür ayırmaq düzgün deyil."
.........................................

Səhər açılmışdı.. Asena çoxdan qalxıb hazırlanmışdı. Səhərdən burada yaşayan və hindu əhalisi məsciddəki azanı dayandırmışdılar. Bunu da dünən atası onlara demişdi. Hətta özü ilə təqvim gətirmiş, bununla namazlarını qılmağını demişdi. Məktəbə getməmişdən qabaq Asenaya diqqətli olmasını tapşırmışdılar.

Asena yola çıxıb məktəbə doğru üz tutdu. Məktəbdə belə şeylər yox idi. Heç kim heç kimin dini ilə maraqlanmazdı. Yolda rəfiqəsi Kavya ilə qarşılaşdı.

"Salam Asena"- Asena gülərək dostunu qarşıladı

"Sənə də salam"- sanki Kavya biraz kefsiz kimi idi.

"Sən yaxşısan?"

"Əslində....Dünən olanlar...Yəqin xəbərin var."

"Hə var."-Asena köks ötürdü.

"Dünən bu davanı saxlamaq istəyən 7 müsəlmanı qətlə yetiriblər. 3 qız uşağı da təcavüzə uğrayıb. Amma son anda qurtarmaq mümkün olub."-Dediklərindən Asena çox təəccüblənmişdi. Bu günə qədər belə birşey olmamışdı. Bəlkə də olmuşdu ama o eşitməmişdi.

"Kavya bunun nə demək olduğunu bilirsən? Qatil onların özləridi. Anlayırsan? Bəs necə bizə qatil deyirlər?"

"Bilirsən Asena. Hər bir insan özünə sərf edəni deyər. Və çox insan öz adını təmizləmək, imanını bəzəmək üçün başqasına böhtan atar. Bizim də bildiyimiz budur."

Az sonra dərs başlamışdı. Bu gün dərs qadın hüquqları idi. Hə hə. Deyirsiniz burda qadın hüququ pozulmaz ama təəssüf ki burda daha çoxdur. Müəllim dərsə başlamazdan əvvəl uşaqlarla sorğu keçirmək qərarına gəldi.

"Uşaqlar. Bu günkü dərs hamınıza məlumdur. Və məlum məsələdir ki bəşəriyyətin bəlalarından biri də qadın hüququnun pozulmasıdır. Baxın qız uşaqları indiyə qədər diri diri basdırılır. Kişilərin qadınlara etdikləri işgəncələr nə qədər cəmiyyət inkişaf etsə də içimizdə geri düşüncə hökm sürməkdədir. Bu haqda danışmaq istəyən var?"-Asena əlini qaldıraraq lövhəyə gəlmək istədiyini bildirdi. Müəllimin işarəsindən sonra qarşıya keçdi.

"Buyur Asena. Səni dinləyirik. Bizə bu haqda danış. Nə deyə bilərsən?"

"Əvvəla bunu demək istəyirəm ki, danışdığım zaman xaiş edirəm oturan oğlan və qızlar buna fikir bildirsin."- Asena danışmağa başladı.

"Qadın hüquqlarının qorunması üçün təşkil olunmuş fond və bəzi təşkilatlar var. Amma bir düşünək. Bu təşkilatlar nəyi azalda bilib? Yenə də televiziyada eyni şeylər eşidilmir? Qadınlar boş yerə döyülmür? Kiçik qız uşaqlarına verilən əzab. Bəs ölməsi necə? Kişilər deyəsən onları da dünyaya gətirənin qadın olduğunu unudub. Oğlan uşaqlarına verilən üstünlük? Bəs buna nə deməli?"

" Ey biz oğlanlar özümüzü qoruya bilərik. Çox şeyi etməyi bacarırıq. Bəs soyumuzun davamçısı kim olmalıdır? Qız uşağı?"-sinifdən bir oğlanın səsi yüksəlməyə başladı. Asena güldü və dərhal ciddi hal aldı.

"Sən hansı soydan danışırsan? Söylə görək bu soy bir alim vəya həkim yetişdirir? Və ya gələcəyə doğru insan. Cəmiyyət üçün yararlı insan."

"Ey sən məni təhqir edirsən?"-oğlan daha da səsini qaldırdı.

"Xeyr məqsədim bu deyil. Amma niyə fəhlə oğlu fəhlə öz soyunun davam etməsini istəsin? Bilirsən bu sadəcə arxaik düşüncələrdi. Qız uşağını öldür, qadını vur ki başa düşsün. Hə hə qadını döyməsən heç birşey anlamayacaq. Doğrudur? Yüzlərlə insan öz canından qanından bir parça arzu edir. Amma bu şükürsüz insanlar öz əlləri ilə uşaqlarını öldürür. Qadınlarına işgəncə verir. Sonra da onlara deyir ki, mənə oğul verməlisən!"

"Siz zəyif məxluqsunuz! Siz qadınlar bizimlə daş qaldırıb işləyə bilərsən?"

"Bəs sən necə? Mənimlə doğa bilərsən?"-sinifdən gülüş səsləri yüksəldi. Asena yenə danışmağa başladı.

"Qadınları döymək üçün bir səbəbiniz ola bilər!
Qurani-Kərimin Nisa surəsində belə bir ayə var:
(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və (onları yola gətirmək üçün başqa yol qalmazsa) döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!»
Qadınlarda özbaşınalıq vəya digər adını çəkmək istəmədiyim pis cəhətlər əgər pik nöqtəyə çatıbsa o zaman döyə bilərsiniz. Bu da döymək o döyməkdən deyil. Sadəcə belindən 'özünə gəl' mənasında yavaşca vurmaq. Siz belə düşünün."

Zəng vuruldu. Hər kəs yavaş yavaş sinifdən çıxmağa başladı. Amma sanki müəllim oturub Asenanı gözləyirdi.

"Asena. Bir dəqiqə vaxtın var?"

"Bəli buyurun. Sizi eşidirəm."

"Sən müsəlmansan düzdür?"- Asena başını təsdiq formasında tərpətdi.

"Kitabınızda verilmiş ayələr çox gözəldir. Belə bir misal da çəkdiyin üçün minnətdaram. Əminəm ki qarşında gözəl bir həyat var."-müəllim güldü. Asena da qarşılıq verərək gülməyə başladı.

Salam əziz oxuyucular. Həqiqətən əmək verilib yazılmışdır. Fikir bildirməyi və bəyənməyi unutmayın.😊😊😊

ASENA|Mən Terrorist Deyiləm| DAVAM EDİRWhere stories live. Discover now