Sonun başlanğıcı|Bölüm 3

90 59 6
                                    


Zaman və həyat bizi kaosa qaytarar, sadəcə qarmaşanın olduğu bir yerə.... Bu iş üçün çalışıb, lakin işə yaramadığını gördüyümüz zaman, bir itki yaşadığımızda, sevdiyimiz birinin itkisiylə üzləşdiyimizdə ya da gözəl bir xatirə ya da xəyalı itirdiyimizdə ən başa dönmək yaxşı olardı... Kiçik, mənalı söz eşitmək üçün zamana...

20:38

"Asena...Asena qızım yalvarıram danış. Ağlama danış. Səsini çıxart. Bilim ki yaxşısan...Yalvarıram sənə qızım!"- səslər eşidirdim, lakin cavab verə bilmirdim...

"Asena eşitmirsən məni? Qızım danış. Danış susma!"-anam ağlayaraq qışqırırdı.

Dodaqlarım qurumuş, sanki qanımı çəkmişdilər. Tək bir söz deyə bildim.

"Ana gedək burdan..."

Atam ürək tutması keçirmişdi. Həkimlər pis olacağını demişdilər əvvəlcə. Bundan bir neçə gün sonra da itirmişdik onu...

Dərsə getmirdim. Hamıdan uzaqdaydım. Atamın vəfatından sonra da heçnə yeməməyə başlamışdım. Evdəkilərin təkidi ilə birneçə qaşıq yemək yeyir təkrar otağıma çəkilirdim.

Özümdən incimişdim. Ətrafdakılardan küsmüşdüm...

Hər dəfə gözlərimi yumduqda olanlar yadıma düşürdü.

Axşam evə qayıdırdım. Mağaza yaxında olduğu üçün evə çatışmayan ərzaqları ordan alırdım.
Kaş getməyəydim...

Mağazada biraz ləngidikdən sonra o dar küçədən yenə keçməli oldum. Gəldikdə də zatən qorxurdum. Küçəni keçdikdə qolundan sanki biri tutdu...

"Deməli səni tutdum."-qorxmuşdum

"BURAX MƏNİ! NEYNİRSƏN?"-qolumdan neçə tumuşdusa elə də divara çırpmışdı. Başım divara zərblə dəymişdi və ağrıyırdı
Bu həmin o oğlan idi.

"İstədiyin qədər qışqır. Eşitsələr də sənə kömək etməyəcəklər! Mənə ilişməməli idin"- barmaqlarını üzümdə gözdirməyə başladı.

"Çək əlini. Toxunma mənə!"-güclə danışırdım.

"Sən həqiqətən gözəlsən"-daha da yaxınlaşmağa başladı. Tər və içki qoxususunu hiss edirdim. O hələ də danışırdı. Amma aldığım zərbədən artıq onu anlamırdım. Başımda ağrı hiss edirdim.

Və sonra da gözlərimi yumdum...

Ayıldıqda isə evdə idim. Kimin məni gətirdiyini də bilmirdim. Yanımda anam, əmimin yoldaşı var idi. Varun qapıda dayanmışdı. İçəriyə baxmırdı.

Və belə... Oyandıqda hər şeyi anlamışdım artıq. Avazım yetdiyi qədər qışqırmaq istəyirdim. Anam məni dayandırmağa çalışdı.

"Yox qızım dayan...dayan..."

"Yox ana... Mən heç kimə heçnə etməmişəm... Niyə..?"-o qədər möhkəm qışqırmışdım ki artıq öskürəklərim başlamışdı. Göz yaşlarımdan önümü görmürdüm... Əmimin yoldaşı da çox pis olmuşdu. Sanki qadın özünü itirmişdi.

Əsası o idi ki Varun içəri girmir, qapıda dayanmışdı. Üzünü çölə çevirmişdi. Reaksiya vermirdi.

___________________
Varun'un dilindən

Dünyanın ən pis mənzərəsi deyilmi çarəsizlik?

Asena'nı içəri gətirdikdən sonra qapıda dayanmışdım. İçəri girməyə cəsarətim yox idi.

Oyandıqdan sonra hər şeyi başa düşmüşdü ki çığırmağa və ağlamağa başladı...
O qədər dəhşətli idi ki... Dözülməz dərəcədə pis çığırırdı.
Göz yaşlarıma hakim ola bilmirdim. Sevdiyim birinin qarşısında çarəsiz idim.

Bir neçə saniyədən sonra səs kəsildi. Asena susmuşdu artıq. Qapıdan içəri ötəri nəzər saldıqda göz-gözə gəlmişdik. Tez gözümü çəkdim ama o hələ də mənə baxırdı.

Heçnə demədən içəridən çıxdı...

Bundan sonra əmimin vəfatı...

Sanki Asena ruh kimi evdə gəzirdi. Sadəcə otağında oturur, çölə çıxmırdı.

Bibim bu bir neçə həftə ərzində qocalmışdı sanki. Əvvəlki gülər üzü indi solmuşdu. Qızının başına gələnlərdən sonra yoldaşının vəfatı onu dərindən sarsırmışdı.

Əmim vəfat etmədən öncə bir gün yenə Asenanın yanında oturub ağladığını gördüm. Asenanı dilə tuturdu. Asena son dəfə burdan getmək istədiyini demişdi.

İmtahan günü yaxınlaşdıqda da onu mən aparmışdım.
İmtahanı uğurla vermişdi. Mumbai'dəki universitetə daxil olmuşdu. Belə olduqda biz də ora yaxın əraziyə köçməli olduq.

___________
Asena'nın dilindən

İmtahandan sonra Mumbai universitetinə daxil olmuşdum. Ama məqsədim bura deyildi. Ailəmlə Mumbaiyə köçməli olduq.

Burdaki evi satmışdıq.
Yenə də əmimin ailəsiylə qalırdıq. Mən və bacımdan başqa hamı işləyirdi. Əmim və yoldaşı anama işləməməsi üçün təkid etmişdilər, amma anam razı olmamışdı...

Burda da heç birşey dəyişməmişdi. Hər zaman olduğum kimi qalmışdım...
Unuda bilmirdim.... Çox qırılmışdım...
Mumbaiyə gəldiyimdə heçkim heçnə bilmirdi.
Bitirənə qədər də belə qalmışdı.
Universitetdə fərqləndiyimə görə digər dövlətlərdə təhsil almaq hüququnu da qazanmışdım. Anam getməyimi istəmirdi...

"Asena qızım, getmək istədiyinə əminsən?"-əmim bir neçə dəfə məndən soruşmuşdu. Mən də başımla təsdiq etmişdim.

"Əgər istəyirsənsə Varun da..."

"Yox istəmirəm!"- bir neçə müddət ərzində səsimi eşitmişdilər. Varun üzünü çevirib mənə baxdı. Gözlərimi yayındırmağa çalışdım.

Artıq getmək vaxtı gəlmişdi. Universitetin qərarı ilə İsveçdə olan universitetə gedəcəkdim. Anam hələ də mənim getməyimi istəmirdi. Amma bilirdi bu mühitdən uzaqlaşmalıyam. Yaşadıqlarımı unutmalıydım. Hər kəslə görüşdüm.
Tək görüşməyə biri gəlməmişdi...

Son dəfə anama güldüm.
"Ana, hər şey yaxşı olacaq."-dedim və anamı qucaqladım. Gözlərini sildim.
"Namazlarını unutma."-istəməsə də güldü.-"Tək olanda Rəbbinlə danış. O sənə kömək olar."
"Mütləq"-dedim və taksiyə mindim.

İsveç, Uppsala

Hər şeyə yenidən başlamaq üçün yaxşı fürsətdir.
Düzdür sevdiyin insanlarda uzaqda olmaq biraz kədərləndirici ola bilər. Amma bu fikrimi dəyişdirmək üçün vasitəçi ola bilməzdi.

"Asena hara baxırsan? Xaiş edirəm yaxına gəl. Birazdan universitetə gedəcəyik"- düşüncələrimdən ayrıldım.

Qrupdakılara qoşuldum. Burda biri də olsa mənə yaxın deyildi. Əslində onları tanıyırdım. Amma hamısından fərqlı olaraq yaxın deyildik. Onlar gülüşür söhbət edirdilər. Mən isə ətrafı seyr edirdim. Bura həqiqətən çox gözəl idi.

Taksi gəldikdə minərək universitetə doğru getdik.
Burada qeyd olunduqdan sonra otaqlarımıza yerləşdik.
Xoşbəxtlikdən otağımda kimsə qalmayacaqdı. Bu yaxşı idi.........

ASENA|Mən Terrorist Deyiləm| DAVAM EDİRDonde viven las historias. Descúbrelo ahora