Çıxılmaz|Bölüm.5

63 30 9
                                    

Varun'a adresi mesajla bildirmişdim.

Bu neçə il ərzində bir dəfə də olsun danışmamışdıq. Varunun gələcəyini anam mənə xəbər etmişdi. Düzü aramızda başqa bir söhbət keçməmişdi. Mənimlə danışmamağının səbəbi nə ola bilərdi ki? Qapının səsi məni düşüncələrimdən ayırdı

İçəriyə girdikdə bir kəlmə belə danışmamışdım. Səssizliyi özü pozmuşdu.

"Çoxdandır danışmırıq."

"Hə, bilirəm."-yavaş yavaş yeni başladığım yenəyi yeməyə başlayırdım.

"Geri dönməyi düşünmürsən? Təkrar bizimlə qalmağı?"

"Bu sənin üçün nə ifadə edir? Əgər maraqlıdırsa yox."-başını qaldırıb mənə baxdı.

"Nə isə ifadə etmədiyini düşünürsən?"

"Əgər birşey ifadə etsətdi nə üçün gedərkən gəlməmişdin? Bir dəfə də olsa danışmamışdın? Nəyi ifadə etməkdən danışırsan?"

"Burda qalmayacaqsan.."

"Bunun üçün nə səndən icazə almalıyam nə də başqalarından. Bura nəyə gəlmisən? Məni əsəbləşdirməyə? Məqsədin nədir? "

"Mən deyirəm qalmayacaqsan. Axırıncı dəfə çölə çıxdıqda başına nə gəldiyi yadındadır? Səni tapmasaydım bəlkə də nələr olacaqdı!"

Dediklərindən donub qalmışdım. Başıma gələn hadisəni zorla unutmuşdum və Varun bu iyrənc hadisəni təkrar yadıma salmışdı. Ayağa qaldı. Yaxınlaşaraq qolumdan tutub məni də ayağa qaldırdı.

"Dəli olmusan? Ey nə edirsən?"

"Başa düşmürsən? Başa düşmürsənki sənin aşiqinəm? Görmürsən səni sevdiyimi?"

"Özünə gəl! Sevməklə aşiq olmaq bir deyil."

Bu vaxt qapı açıldı. Mandi işdən qayıtmışdı.
"Bu...burda nə olub belə? Asena?"-gözləri təəccübdən böyümüşdü.

"Sənə nifrət edirəm! O pis üzünü mənə göstərdiyin üçün, keçmişimi yenidən xatırlatdığın üçün təşəkkürlər..."- sonuncu dəfə Varun'un üzünə baxıb otağı tərk etdim.

Yaşadığımız evdən biraz yuxarıda olan böyük parka gəlmişdim. Burdakı skamyalardan birinə oturdum və hər zamanki kimi düşünməyə başladım.
Hava biraz soyumuşdu. Üstümə heçnə almamışdım və üşüyürdüm.

Birdən kimsə belimə sanki birşey atdı. Əlimlə tutub baxmağa başladım. Bu ki kişi pencəyidi?
Sonra da biri yanıma keçdi. Ancaq oturanda üzünü görmüşdüm.

"Nə oldu? Yoxsa görüşə gedəcəyin adam gəlmədi? Hmm nə talehsizlik.."

"Bu səni maraqlandırmır!"-üzümə baxdı

"Sən niyə ağlamısan?"

"Bu da səni maraqlandırmır!"

"Yaxşı, yaxşı al bunu.."-üstümə atdığı pencəyi ona verdim.-"...məndəki axmaqlığa bax ki şirkətdə dediklərindən sonra hələ də səninlə danışıram. İcazənlə..."-ayağa qalxmaq istəyirdim ki biləyimdən tutdu.

"...üzr istəyirəm."

"Ciddisən?"

"Heç belə ciddi olmamışdım..."...."Söz verirəm bundan sonra səninlə işim olmayacaq."

"Çox gözəl. Şirkətdə görüşərik..."

______________________________________

Evə qayıtdığımda Varun getmişdi. Mandi evi toplamışdı və məni gözləyirdi.

"Açıqlama?"

"Mandi danışmağa halım yoxdu. Tək qalmaq istəyirəm."-başını yellədi və otaqdan çıxdı.

Bu gecə yata bilməyəcəyimi düşünürsünüzsə yanılırsınız. Çox da gözəl yatdım.

__________________________

Bu gün iş yox idi. Mən də otağı toplayırdım ki, telefona mesaj gəldi.

"Bugün necəsən?"-Ranvir?

"Daha yaxşı."

"Tanıdın? Narahat etdimsə üzr istəyirəm.."

"Hə tanıdım. Xeyr narahat etmirsən."

Telefonu söndürüb televizoru açdım. Gördüyüm xəbərlər bir neçə il əvvəl olanlar təkrar xəyalımda canlandı. Göz yaşlarımı saxlaya bilməmişdim.

"Daha bir müsəlman qız..."-televizorda müsəlman bir ailənin öldürülməsini xəbərini göstərirdilər. -.."Hadisə London'da baş verib."

"Dəhşət....Dəhşət....Dəhşət...!"-əlimlə üzümü tutmuşdum.

"Asena nə olub?- Bir gözü televizorda idi. Yanımda oturdu və televizorun səsini qaldırdı.-"...alçaqlar..."-üzünü mənə çevirdi. Haqqımda olan hər şeyi demək olarki bilirdi.
"Asena...Asena özünə gəl. Bax mənə...Üzümə bax sənə deyirəm....ağlama...ağlama gözəlim."-qucaqladı..-"...hər şey yaxşı olacaq.."

"Olmayacaq Mandi...Olmayacaq...Bu əclaflar dayanmayacaq...Axı niyə günahsız insanları öldürürlər..."-hönkürlüylə ağlamağa başlamışdım..."Allahım kömək et..."

Bu bölümü burda bitirirəm. Az yazıldığı üçün üzrlər.😊😊Ümid edirəm sevərsiniz. Bəyənməyi və fikir bildirməyi unutmayın. Fikirləriniz mənim üçün önəmlidir. Təşəkkürlər

ASENA|Mən Terrorist Deyiləm| DAVAM EDİRحيث تعيش القصص. اكتشف الآن