Asenanın dilindən:
Saat: 23;04
Saat gec olsa da dərslər üzündən hələ də oturmuşdum. Səs küydən sonra otağıma çıxmışdım. Ev böyük olduğundan bizim və əmimin ailəsi bir qalırdıq.
Bu zaman qapı döyüldü.Varun
"Gələ bilərəm?"-bu Varun idi.
Gülümsəyərək içəri gəlməsini dedim.
"Hə gəl."-Varun içəri girdi
Üzümü kitablara tərəf çevirdiyimdən onu görmürdüm. Varun əmimin böyük oğlu idi və çox zaman xaricdə olurdu. Üzümü çevirdiyimdə hələ də gülürdü.
"Hə nəyə gülürsən?"-deyərək mən də qarşılıq verdim. Əlini alnına qoydu.
"Bilirsən. Çox gözəlləşmisən"
"Bəs nəyə gülürsən?"
"Sənin kimi çirkinin belə gözəlləşməsi Allahın möcüzəsi deyil də nədir?"-qəhqəhə çəkdi.-" Mənə sənin kitablarından bəziləri lazımdır."
"Kitabı neynirsən?"-kitabların üzlərinə baxmadan bir-bir alırdı.
"Sabaha oruc tutacağam. Bir neçə saat başımı qatmağa lazımdır."
"Sən və oruc tutmaq? Əminsən?"
"Əlbəttə."-qapıya yaxınlaşaraq ayağıyla açmağa çalışdı.-"Hamısını geri verəcəm.""Hə necə də yadımdan çıxıb"-alnıma vurdum.-"Sabah Ramazan ayıdır."
............................
Sabaha dərs yox idi. Ona görə də geç qalxmışdım. Əslində səsə qalxmışdım. Aşağıdan səslər gəlirdi.
Tez ayağa qalxıb otaqdan çıxdım."Axı biz necə burdan gedə bilərik? Siz nə danışırsınız? Evimizi də əlimizdən alacaqsınız?"-atam bağıraraq danışırdı.
"Sizə 4 gün vaxt verirəm. Əgər getməsəniz olacaqları görəcəksiniz!"- evdə bir neçə dəstə adam var idi. Bunu deyib danışan bandit sifətli adam əliylə atamı hədələdi.
Deyəsən, səsə tək ayılan mən deyildim. Varun da gəlmişdi.
"Nə baş verir Asena?"
"Bizim burdan getməyimizi istəyirlər."-Varun yanımdan ayrılıb aşağıya düşdü.
"Dayan..Varun dayan.."-mən də onun arxasınca düşdüm.
"Ey nə istəyirsiniz? Yenə niyə gəlmisiniz?"
"Varun, oğlum,dayan."-atam əliylə Varun'un qolundan tutdu.
"Yox əmi. Biz burdan çıxmayacağıq."-atamın əlindən qurtularaq üzünü adamlara çevirdi-"Bizimlə nə dərdiniz var hə? Sizə nə etmişik?"
"Bura bax, səsini qaldırma! Biz siz müsəlmanları istəmirik. Siz alçaq və təhqirə layiq insanlarsınız."-Varun dayana bilməyib adamın üzünə şilləylə vurdu.
"Bunu cəzasını mütləq alacaqsan. Gedək!"-əliylə üzünü tutub çölə çıxdı.
_______________________Səhərdən xeyli vaxt keçmişdi. Günortaya az qalmışdı. Evdə sakitçilik idi. Dünənki söhbətdən sonra əslində heç kimsə hazırlıq görməmişdi. Mənim kimi kimsə də getmək istəmirdi.
Birdən salonun otağı zərblə açıldı. Gördüyüm mənzərədən qışqırmağa başladım.
"Varun!"-Qaçaraq yıxılmaması üçün qolundan tutdum.
"Allahım...! Sənə nə olub belə? Bunu kim edib belə?"-üz gözü qan içində idi. Dünən etdiyinə görə, bəlliydi.
"Ata, əmi!"-səsimə atam çıxdı.-"Ata tez ol mənim gücüm çatmır"
"Asena nə olub belə?"-gələnə qədər Varunu görməmişdi-"Aman Allah bu uşağa nə olub.."-əliylə Varunun başını qaldırdı, evdəkiləri səslədi.Bir neçə dəqiqədən sonra xəstəxanadaydıq. Ciddi bir problem yox idi ama bibimin təkidi ilə həkimə aparmışdıq.
Bu anda dünən evdə atamı hədələyən bandit dəstəsiylə bizə tərəf yaxınlaşdı.
"Salam... Eşitdik ki..."-əmim hirsini cilovlaya bilmədi.
"Nəyi eşitdiniz? Onu bu hala qoyan da elə sizsiniz! Burda artistlik etmətə ehtiyyac yoxdu. Sizin məqsədinizi elə bilirdik! Xaiş edirəm daha çox problem çıxmadan tərk edin buranı!"- bandit əmimə elə məsum məsum baxırdı ki... Bu vaxt Varun'un oyana biləcəyini düşünüb içəri girdim və qapını bağladım. Hələ oyanmamışdı deyəsən. Stolda oturub biraz gözlədim.
"Oyağam narahat olmayın"-gülməyə çalışdı ama-"Aaa! Çənəm çox pis ağrıyır!"
"Bəs bilmirdin mənə ilişəndə belə olacaq?"-dünənki söhbəti yadına salaraq güldüm.
"Atam niyə belə möhkəm danışır?"Çöldəki səsləri eşitmişdi.
"Boş ver. Üstün niyə belə açıqdı?"-üstünü örtmək üçün qabağa əyildim və elə o andaca qapı açıldı.
İçəri girən həmin bandit idi. Əmim, bibim və anam da ardınca girdilər içəriyə.
"Sən burda neynirsən?"-şüphəli gözlərlə mənə baxdı.
"Bu nə sualdır belə? Siz nə deməyə çalışırsınız?"-Varun başa düşüləcək tərzdə danışmağa başlamışdı. Deyəsən çənəsinin ağrısını unutmuşdu.
"Bax siz müsəlmanları buna görə burdan rədd etmək istəyirik"-qışqırmağa başladı-"Bu nə hərəkətdir hə? Bəlkə də biz içəri girməsək nələr olacaqdı!"-dediyi sözlərdən sonra donub qalmışdım. İçimdəki qorxu qarışıq o iyrənc his ilk dəfə idi baş qaldırırdı. Varuna baxdım. O da mənə təəccüblü gözlərlə baxırdı. Bu bandit mənə şər atırdı! Elə bircə bu çatışmırdı!
Əmim bu banditin boğazından tutub divara dirədi.
"Sən kimsən ki Asena haqqında belə danışırsan. Əclaf!"-adamın rəng get gedə dəyişirdi. Mənsə hələ yerində də qalmışdım. Bunun nə demək olduğunu bilirsiniz?
Əlləriylə əmimin əlindən tutur daha bərk sıxmaması üçün əlləşirdi. Əmim sonunda əlini çəkdi.
"Cəhənnəm ol burdan! Sizin kimi əclafsız və iyrənc insanlar deyilik biz. Bütün dünyaya bizi belə tanıdan da sizin kimilərdir. Sizi və sizin kimilərin cəzasını qoy Allah versin! Rəddol!"-adam boğazını ovaraq hirsli gözlərlə mənə baxdı və otaqdan çıxdı.
Bu söhbətin uzayacağından qorxurdum. Söhbətin atama gedib çatmasını istəmirdim doğrusu.
__________________________________________________Axşam olmuşdu. Ailə üzvləri süfrəyə gəlmiş vaxtın çatmasını gözləyirdilər. Biz də mətbəxdən yeməkləri gətirib süfrəyə düzürdük. Bugün olanlar evdəkilərin əhvalını pozmuşdu ama hər kəs gülərüz görünməyə çalışırdılar.
Burada özəlliklə müsəlmanların bayramlarında xristian və hindu əhalı dinc qalmırdı. Hər cür işə əl atırdı ki, bizə ziyan gəlsin.
Təcavüz olunan qızlara və öldürülənlərə qarşı da özlərini təmizə çıxartmışdılar.
Bu böyük bir haqsızlıqdı. Ard arda bizi də sıxışdırırdılar. İn Şə Allah bunlar uzun sürməzdi.Ramazanın 2-ci günü idi. Məlumdur ki, mən də orucumu tutmuşdum. Bu gün dərs çox tez bitdiyindən evə qayıdırdım. Bizim məhəlləyə gedən yol biraz uzun və birazda dar idi.
Qarşıma bir dəstə oğlan çıxmışdı. Təbii ki başımı aşağı salıb getməyəcəkdim. Onlara da baxmayacaqdım. Belə bir işim yox idi.
Birdən dəstədəki oğlanlardan biri yola nə isə yuvarladı. Buna fikir vermədən ilişdim və yıxılacaqkən özümü tutdum.
Oğlanlar gülüşməyə başladılar. Əsəbləşmişdi.
"Yaxşı ki kişi falan yoxdu yoxsa biyabr olardım."-dedim yüksək səslə. Üzlərini görməliydiniz.
İçlərindən biri mənə yaxınlaşdı və boğazımdan tutub divara vurdu. Birazca ağrımış ola bilərdi.
"Sən balaca ləçər. Bunu bizə deyirdin?"-gözləri əsəbdən qızlarmışdı. Boğazımı yavaş sıxmasını gözləyim bir həmlə içə əlindən qurtuldum.
"Hə, sizə deyirdim.."-qolundan tutdum və ayağına vurdum. Yerdə qıvrılmağa başladı.
Orda durmadan tez qaçdım.digərləri də mənə çatmasın deyə... Birazdan arxamca qaçmağı dayandırdılar. Məndə dayandım. Qaçdığıma görə nəfəs-nəfəsə qalmışdım.
Bir neçə dəqiqədən sonra artıq evə çatmışdım.
Bu məsələni evdəkilərə deməmişdim. Məlumdur ki, qarşıda çox şey var.İçimdən bir səs bunun son olmayacağını deyirdi...
Salam😊😊Xaiş edirəm əməyə sayğı bəyənəsiniz. Ümid edirəm ki, bəyəndiniz. Fikir bildirməyi unutmayın. Təşəkkürlər.😍😍
YOU ARE READING
ASENA|Mən Terrorist Deyiləm| DAVAM EDİR
Teen FictionDil və din ayrılığının olduğu bir dünyada yaşayırıq. Asena isə həm də öz yaşadığı ölkədə yaşadığı küçədə din haqsızlığına məruz qalır. Başına gələn bədbəxt hadisədən sonra özünə qapanır və bu mühitdən uzaqlaşmaq üçün Mumbai'yə ordan İsvec'ə oxumağa...