Bölüm 4

66 43 19
                                    

4 il sonra
.......

"Hə ana...Son 1 həftə qalıb...Xeyr burda qalmağı düşünmürəm...Bəli...."-bu zaman qapı döyülməyə başladı.
"Asena,gəlmək olar?"
"Ana sonra danışarıq. Allaha əmanət..."-telefonu bağlayıb-"Hə gələ bilərsən Mandi"

"Necə hiss edirsən? Son 1 həftə.. Nə edəcəksən?"-pəncərənin qarşısından içəri keçib stolu qarşıya çəkdim.

"Bilmirəm Mandi. Ailəmə bu haqqda danışmamışam."

"Necə yəni danışmamışam? Asena nə danışırsan?"-gözlərimi yerə dikdim

"Mandi, anam buna icazə verməz...Bu qədər vaxtdır məndən uzaqdadır."

"Bəlkə icazə verdi? Hə Asena, zəng et və hər şeyi danış."-ayağa qalxıb pəncərənin qarşısındakı telefonu gətirdi. Mənə uzadaraq-"İndi,yanımda. Tez ol!"-telefonu alıb anama zəng vurdum.
"Səncə icazə verər?"
"Bilmirəm, çünkü anan deyiləm"-telefonu anam açmışdı.
"Ana danışa bilərik. Sənə deyəcək sözüm var idi. Məni dinləməyini istəyirəm.....Ana icazə ver sözümü deyim...Məni San-Fansisko'da iş ilə təmin etmək istəyirlər. Düzü yanlız deyiləm. Mandi də mənimlə gedəcək. İstədim səninlə də danışım.....Necə yəni?"-başımın üstündə dikilən Mandiyə baxdım.-"Ana ciddisən?....ANA SƏNİ ÇOX SEVİRƏM!......"
"HƏ BƏS DEYİRDİN İCAZƏ VERMƏZ?"
"İNANA BİLMİRƏM!"-Mandini qucaqladım.
"Allahıma çox Şükür. Dualarım qəbul olunur."
"Hə mənimdə. Çox Şükür!"-gülüşməyə başladıq.

1 həftədən sonra burda hərşey bitirdi.
Artıq bir işim olacaqdı. Sözümü tuturam və çalışacağam. Burda olduğum müddətdə problem çıxmamışdı. Gələcəkdə olanları isə kimsə bilə bilməz.
___________________________________________________

"Heçnəyi unutmamısan?"-yerimə keçib kəmərimi bağladım.
"Səncə?"-gülümsədim.-"Nəyi unutmaq olar ki? Mənə elə gəlir ki həyatımda yeni dəyişikliklər olacaq. Fərqli birşeylər."-Mandi əlini yellədi.
"Hə bəsdi görək. Burda da başlama. Qoy bu dəqiqələrin həyəcanını yaşayaq. GÖZLƏ MƏNİ SAN-FRANSİSKO MANDİRA GƏLİR!"-gülməyə başladıq.
"Yaxşı, bizi kim qarşılayacaq? Havaq işə başlayacağıq?"
"Amma da səbirsizsən!"

_______________________________________________

1-ci gün.

Yuxudan qalxıb pəncərələri açmışdım. Qaldığımız yer kiçik bir küçədə bina evi idi. Buranın özünə məxsus havası var idi. Gün işıqlarına tərəf açılmış balkonu, balkonda çiçəklər var idi. Rahat yatmışdım və bu mənə enerjimi toplamağa imkan vermişdi.
Mətbəxdən gözəl qoxu gəlirdi. Mandi yenə də öz bacarığını işə salmışdı. Otaqdan çıxıb hamama keçdim. Üzümü-əlimi yuduqdan sonra mətbəxə keçdim.

"Sabahın xeyir Mandi!"-masaya oturdum.
"NAMASTE əziz Asena! Necəsən?"-tavadakı yumurtaları əsl aşpaz kimi atıb tutur, çevirməyə çalışırdı.
"Çox yaxşıyam! Amma... Axı biz nə vaxt işə başlayacağıq?"-hər şeyi masaya yığıb özü də əyləşdi.

"Tələsmə! Bu gün özümüzə birşeylər aldıqdan sonra işə başlayacağıq. İndi isə yeməyini ye! Bismillah!"

_______________________
Günortadan biraz keçmiş özümüzə geyim almağa çıxmışdıq. İşimiz bitdikdən sonra isə şirkətə zəng edib sabah başlayacağımızı məlumat vermişdik. Saat 08:00 da orada olmağımızı bizə xəbər vermişdilər.

"Gecən xeyrə qalsın! Yuxunda məni gör olar?"-Mandi işığı söndürdü.
"Hə.. Yəqin ki olar. Allaha əmanət."

Saat 07:30 da evdən çıxmışdıq. Şirkətin qarşısında taksidən enib içəri daxil olduq. Bizə giriş üçün kart vermişdilər. İşləyəcəyimiz mərtəbəni də göstərmiş iş qrafikalarını da vermişdilər.

ASENA|Mən Terrorist Deyiləm| DAVAM EDİRWhere stories live. Discover now