"Sizi burda gördüyümə çox şadam xanım Asena! Məktəbimizə çox dəyər verirsiniz. Təbii ki, bu bizi sevindirir. Ümid edirəm hər şey yaxşı olar."
"Mən də çox şadam! Əlbəttə. Hər bir təhsil ocağı mənim üçün dəyərlidir. Əmin ola bilərsiniz ki, hüquqşünas olduğum qədər din dərslərini, eləcə də sizə bildirdiyim dərsləri dərindən mənimsəmişəm. Bu dərslər haqqında xeyli biliyə malikəm."
"Elə sabahdan başlamağınızı istəyirəm. Bu uşaqların sizə ehtiyacı var!"-güldüm. Bunu bilirdim. Elə bunun üçün də burda idim.
__________________________
Ailəmə hər şeyi xəbər vermişdim. Onlar da bu planıma qarışmamışdılar. Anam bunun öz həyatım olduğunu demişdi. Əlbəttə bu mənim həyatım idi!
Sabah olduqda hazırlaşıb məktəbə üz tutdum. Evim məktəbdən çox az uzaqlıqda idi. Müsəlmanların olduğu məhəllədə idi və 4-5 dəqiqə ərzində məktəbə çata bilərdim.
Qapıya çatdım. Dərin bir nəfəs aldım və qapını açdım.
Uşaqlar məni görüb ayağa qalxdılar. Gülümsədim və salam verdim.
"Otura bilərsiniz..."-özüm də oturdum və uşaqlara baxmağa başladım.
Rəbbim bu uşaqlar məsumdurlar! Axı onları niyə belə əzirlər? Niyə? Nə günahları var onların?
"Hə uşaqlar. Gəlin tanış olaq. Sizlə hər tarix dərsində bir olacağıq. Mənim adım Asenadır. Asena Kaur. İndi sizi tanıyaq."-uşaqlar sevindilər və gülümsündülər. Bir-bir qalxaraq adlarını və soyadlarını deməyə başladılar.
Bu gün çox yaxşı keçmişdi. Sadəcə fikrimi bu işimə verməyəcəkdim. Keçirəcəyim aksiya üçün də bir çox insana ehtiyacım var idi. Çünkü mənim terrorist olmadığımı hamı bilməlidir! Məni terrorist sayan hər kəs!
Evə gəldikdə isə artıq işlərimə başlamışdım.
1-2 həftə ərzində isə artıq məhəllədəki hər kəsə bunu anlatmışdım. Məhəllədəki hər kəslə də aram yaxşı idi. Qaynayıb qarışmışdıq. Uşaqlarını mənim yanıma göndərir, lazım olduqda bəzi işlərdə kömək edirdim. Bir neçə müddət sonra da anamı gətirəcəkdim bura. Əmimin durumu yaxşı idi və bəlkə o bura gəlmək istəməzdi.
Bir neçə gündən sonra yenə problemlər qalxmağa başladı.
Axşama az qalmış məktəbdən çıxdıqda toplu bir adamın orta yaşlı bir kişiyə sataşdıqlarını gördüm. Deyəsən, bu adamın problemi var idi.
"De görüm sən nəsən?"- aralarından biri qolundan tutub silkələməyə başladı.
"Dodaqlarını qabağa gətir görüm! MÜÜSƏLMAN! HƏ SƏN MÜSƏLMANSAN! ƏCLAF! TERRORİST MÜSƏLMAN!"-möhkəm itələyib yerə yıxdı.
Gördüklərim məni xeyli dərəcədə əsəbləşdirmişdi. Qışqırdım
"NƏ EDİRSƏN DAYAN!"-yaxınlaşdım və həmin adamı qaldırmağa çalışdım.
"NƏ EDƏCƏYİMİ SƏNDƏN SORUŞACAQ DEYİLƏM LƏÇƏR! NEYLƏYƏCƏKSƏN MƏNƏ? Rəqs etməyi öyrədəcəksən?"-arsız arsız gülüşməyə başladılar. Ayağa qalxdım və gözlərinin içinə baxdım.
"Rəqs etməyi deyə bilmərəm, amma yaxşı tutdurduğum doğrudur! Həm tutdururam! Həm süründürürəm!"-oğlan qəh qəhə çəkdi
"Sən kimsən ki məni tutdurursan?"
"Hüquqşünas Asena Kaur."-adımı eşitdikdə gülməyə başladılar
"Hüquqşünasmış! Bizə hüquq öyrədəcək!"
"Əgər burdan getməsəniz bu saat polisi çağıracağam!"-hirsli hirsli yerdəki adama baxdı.
"Burdakılarla hələ işim bitməyib! Görüşəcəyik..."-yanımızdan uzaqlaşdılar.
"Yaxşısınız? Kömək lazımdırsa sizi evinizə ötürə bilərəm..."
"Yox yox... Özüm gedərəm... Çox sağ olun. Minnətdaram...
Sonra yenə. Bu dəfə Məhəlləni yandırmaq istəmişdilər: SAAT 20:14
Qışqırıq səsləri ilə ayağa qalxmışdım. Bu nə idi belə? Niyə qışqırırdılar? Qaçaraq pəncərəyə yaxınlaşdım. Aman Allahım! Ev od tutub yanırdı! Qadınların və qızların səsi ətrafı bürümüşdü. Adamlar onların qolundan tutub çölə atırdılar! Yox buna izləyici olaraq qala bilməzdim!
"Dayan! Dayan əclaf! Toxunma qızıma! Burax onu! Axı bu etdiklərinizi niyə görmürlər? Allaha tapşırıram sizi! Rəbbim sizin cəzanızı versin! Bəsdirin! Dayanın!"
"Allah?"saqqallı adam gülməyə başladı.-"Əgər O varsa de ki sizə kömək etsin! Axı niyə sizə kömək etmir? Bax qızın əlimdədir. Kömək etsin görək!"
Qaçaraq aşağı düşdüm.
"Çək pis əllərini qızdan. Nə istəyirsiniz axı? Niyə əl çəkmirsiniz?"
"Ooo müəllimə xanım! Xoş gördük!"-"...eşitdiyimə görə sən də müsəlmansan! Onda sən də ölməyə layiqsən əclaf!"-qızı yerə yıxıb mənə yaxınlaşmağa başladı.
"Bir addım belə atmağı düşünmə! Mənə yaxınlaşma alçaq!"- əli ilə saçımı tutdu.
"Burax məni! Lənətə gələsən! Allah sizə lənət etsin! Çək əllərini! Burax!"-var gücü ilə itələdi. Özümü tarazlaya bilmədim və yerə yıxıldım. Qız qaçaraq mənə yaxınlaşdı.
"Müəllimə yaxşısınız?"
"Yaxşıyam.."-ayağa qalxdım..-"...bu qədər insanın günahı yoxdur. Belə də bilməzsiniz!"-gülüşdülər
"Siz insan deyilsiniz! Siz iyrənc məxluqlarsınız"-dərhal üzündəki gülüş silindi və mənə yaxınlaşdı.
"Sən kim ilə rəqs etdiyini bilmirsən!"-boğazımdan tutmağa çalışdıqda yanındakı iki oğlandan biri buna icazə vermədi.
"Dayan!"-üzünü mənə çevirdi. Sanki o da bunların olmasını istəmirdi..-"...qoy bu müəllimənin cəzasını Sallu versin!"-oğlan başını təsdiq edərcəsini salladı. Hirsli bir şəkildə əlini çəkdi və yaxınındakı maşına minərək uzaqlaşdı.....
"Sallu dedi eşitdiniz?"
"Sallu kimdir?"-mənalı tərzdə üzünə baxdım..
"Nə badə Sallu"ya ilişəsiniz...Çox qorxuludur..."-Qızın üzünə baxaraq köks ötürdüm....
Salamlar😊Bəyənməyi və fikir bildirməyi unutmayın.
YOU ARE READING
ASENA|Mən Terrorist Deyiləm| DAVAM EDİR
Teen FictionDil və din ayrılığının olduğu bir dünyada yaşayırıq. Asena isə həm də öz yaşadığı ölkədə yaşadığı küçədə din haqsızlığına məruz qalır. Başına gələn bədbəxt hadisədən sonra özünə qapanır və bu mühitdən uzaqlaşmaq üçün Mumbai'yə ordan İsvec'ə oxumağa...