Televizorda dünən baş verən hadisə artıq göstərilmişdi. Bunun üçün polislər də gəlmişdi, amma hələ ki bunları edənlər tapılmamışdı.
Evə keçdikdən sonra kompüteri açdım.
Sallu... Kimdir axı Sallu?
Adını yazdım və axtarış düyməsini basdım.
"Deməli belə..."-şəkli artıq ekranda idi.
Bu adam? Bu mənim cəzamı verəcəkdi? Mən ki bununla hardaysa yaşıd idim!
Bu başqa məsələ, amma niyə müsəlmanlara belə davranırdı ki? Nə haqqı vardı buna?
"Əclaf....Şərəfsiz...Sənə dərsini vermək mənə borc olsun..."________________
"Neyləyə bildiniz?"-əlində tutduğu iri fincanı masaya qoyub əllərini çarpazladı.
"Sallu... Deyəsən qarşımızda bir bəla var..."-üzünü çevirdi. Qaşlarını çatdı.
"Necə bir bəla?"-yanındakı digər oğlan qorxaraq dilləndi.
"Məhəlləyə gələn təzə müəllimə... Asena Kaur. Əvvəllər hüquqşünas işlədiyini dedi. İndi isə bu terrorist müsəlmanlara köməyə gəlib.O bizə problem yaradacaq. Evi yandırmışdıq ki içəridən çıxıb üstümüzə gəldi. Biz də sənin adını verdik..."
"Axmaqlar"-əlini masaya vurub qışqırdı.-"..bir işi də düzgün bacarmırsınız! Rədd olun! Çıxın..!"-oğlanlar çölə çıxdılar. Üzünü pəncərəyə çevirdi....
"Asena Kaur....Asena...."__________________________________________
Sabah hazırlaşıb yola düzəldim...Dünən ifadəmi vermişdim və onların tapılmağının üzərində qəti olaraq durmuşdum...Müəllimlər otağına keçib oturdum. Bu zaman yanıma gələn müəlliməni görməmişdim.
"Sabahınız xeyir Asena xanım.."-güldüm. Əlində gətirdiyi çaydan birini qarşıma qoydu.-"..bu da sizə..."
"Sabahınız xeyir... Çox sağ olun təşəkkürlər..."
"Doğrusu, dünən etdiyiniz qəhrəmanlığa görə heyranam! Necə də qorxusuzsunuz! Heç qorxmadınız ki sizi öldürər?""Mən canımı Yaradanımdan başqa heçkəs ala bilməz. Mən ona sığınaraq bura gəlmişəm..."-güldü. Bu vaxt zəng çaldı.-"..icazənizlə, mənim dərsim başlayır. Getməliyəm...Allaha əmanət..."-başını tərpətdi.
__________________________________________
Uşaqlar sakitcə oturmuşdu. Mən isə qarşımdakı dəftərlərə baxırdım.
"Müəllimə sizə sual verə bilərəm?"-başımı qaldırdım və təsdiq edərcəsinə tərpətdim.-"..həqiqətən biz terroristdik?"-eşitdiyim sualdan donub qalmışdım.
"Bunu sənə kim deyib?"
"Dünən anamla parka getmişdim. Oynamaq üçün uşaqlara yaxınlaşdım. Lakin, uşaqlar mənə terrorist dedilər və qorxub uzaqlaşdılar..."-başını aşağı dikdi.
"Yox Farhan... Sən terrorist deyilsən.. Müsəlmanlar terrorist deyil...Bu ağlından çıxart. Olar?"-başını tərpətdi və oturdu.________________________________________
Yolda gedərkən bu sualı xeyli fikirləşdim...Ailələr öz övladlarını müsəlman uşaqlarla bağlantı qurmağa izin vermirdilər...Onlardan qorxur və uzaqlaşırdılar... Bunun sonu necə olacaqdı?
Parka yaxınlaşdım və boş skamyalardan birinə oturdum. Hava gözəl idi. Yadıma uzun illər əvvəl gələn o hadisə düşdü. Gözlərim doldu...Göz yaşlarımı saxlamağa çalışdım, amma bacara bilmədim...
Sanki biri çiynimə nə isə atdı. Üzümü çevirdim."Ranvir?"-təəccüblənmişdim...
"Axı heç sənə yaraşmır Asena xanım!"-gəlib yanıma oturdu.-"...Sürpriz!"
"Sənin burda nə işin var? İşdən çıxmısan? Danış da!"-sadəcə üzümə baxırdı...
"Hələ də gözəl görünürsən...."
"Səninlə bu qədər yaxın olduğumu bilmirdim!"-qaşlarımı çatdım
"Üzr istəyirəm...üzr istəyirəm...Bax bilmirəm, amma məni bir qüvvə sənə sürükləyir.."
"Bax, Ranvir... Mənim arzularım var...Bunun üçün hər şeyi arxada buraxdım və başqa yol seçdim...Gəldiyimdən bəri burda çox şey gördüm...Sənin burada yaşayan müsəlmanlardan xəbərin var? Onlara necə zülm edirlər! Dünən yaşadığım evlə üzbə-üz evi yandırdılar! Qadınlarına zülm edirlər o insanların! Mən onlara yardım üçün burdayam..."
"Axı sən nə edə bilərsən ki tək?"
"Niyə axı belə düşünürsən?"
"Onu demək istəyirəm ki, mən də səninlə olmaq istəyirəm...Başa düşürsən?"
"Mənə yardım etmək istəyirsən?"
"Hə...İzin verirsən?"-təəccüblənmişdim. Ranvir müsəlman deyildi...Restoranda dediyi söz yadıma gəldi...Gözlərinə baxdım...Yox yalan demirdi. Hətta çox ciddiydi...
"Bəs harda qalacaqsan?"
"Ailəm burda yaşayır."-qalibcəsinə güldü. Başımı tərpətdim və ayağa qalxdım.
"Artıq mən getsəm yaxşı olar. Sabaha işlərim var."
"Səni evinə ötürə bilərəm..."
"Yox, özüm gedəcəyəm...Allaha əmanət..."______________________________________
"Ah! Osman gəl! Oğlumuz gəlib!"-böyük villanın həyətindəki qadın qara rəngli maşını görər-görməz ayağa qalxdı və sevincdən qışqırdı.-"..mənim əziz oğlum...Canım oğlum..."-maşın həyətdə dayandı. Ranvir qapını açıb düşdü və anasına yaxınlaşdı.
"Gözəlim...."-qucaqlaşdılar.-"...sənin üçün çox darıxmışam...""Əzizim...Axır ki gələ bildin! Gəl bura, otur..."-Ranvir anasının göstərdiyi yerə oturdu.
"Atam hanı?"
"İndi gələr...Sən nə əcəb gəlmisən?"
"Ana burda problemlərin artıdığı eşitdim...Bunun üçün də gəldim.."
"Nə problemi?"-qadın təəccübləndi.
"Müsəlmanlar haqqında..."
"Yenə bu terroristlər nə edib?"
"Ana onlar terrorist deyil..."
"Necə yəni deyil? Onlar çox əclafdırlar oğlum.. Sən haqlısan. Artıq onları burdan qovmaq lazımdır..."
"Mən onları qovmaq üçün yox, kömək üçün gəlmişəm..."
"NƏ? SƏN DƏLİ OLMUSAN?"-qadın əsəbləşərək ayağa qalxdı.
"Ana,dəli olmamışam!"
"Sən nə deyirsən? Müsəlmanlara kömək etmək? Əsla olmaz! Buna icazə verə bilmərəm!"-Ranvir ayağa qalxdı.
"Fikrimi heç kim dəyişdirə bilməz!"-iti addımlarla böyük villaya daxil oldu....Salamlar. Fikir bildirməyi unutmayın😊Oxuduğunuz üçün təşəkkürlər
KAMU SEDANG MEMBACA
ASENA|Mən Terrorist Deyiləm| DAVAM EDİR
Fiksi RemajaDil və din ayrılığının olduğu bir dünyada yaşayırıq. Asena isə həm də öz yaşadığı ölkədə yaşadığı küçədə din haqsızlığına məruz qalır. Başına gələn bədbəxt hadisədən sonra özünə qapanır və bu mühitdən uzaqlaşmaq üçün Mumbai'yə ordan İsvec'ə oxumağa...