Bölüm 9

30 11 9
                                    

1 ay sonra...

Hər şey gözəl gedirdi. Keçirdiyimiz aksiyalar artıq çox işə yarayırdı. Müxtəlif proqramlara qatılaraq problemlər haqqında müzakirələr aparılırdı. Müəllim kimi işləməyimə baxmayaraq artıq tanımışdılar məni. Sallu bir neçə dəfə xəbərdarlıq etsə də, işimi dayandırmamışdım. Bunda mənə Ranvir də çox kömək etmişdi....

Qapı açıldı.. Üzümü çevirib baxdığımda Ranvir olduğunu gördüm.
"Xoş gəldin..."-Ranvir gülüb divana oturdu. 
"İşlər necə gedir?"
"Bir neçə saytdan artıq suallar gəlib. Az sonra canlı yayım açmalıyıq."
"Deyəsən istəyinə çatırsan..."-başımı aşağı dikdim və gülümsədim...
"Rəbbimə çox Şükür... Həqiqətən də çatıram..."-Ranvir ah çəkdi..
"Mənim sənə deyəcək sözüm var..."-üzümü çevirdim.
"Nə isə olub? Bəlkə Sallu..."-başını yellədi.
"Yox onun haqqında deyil...Axşam sənə adres atacağam...Ora gəlməyini istəyirəm..."-təəccüblə baxdım. Ranvir ayağa qalxdı və qapıya doğru irəlilədim. Arxasınca mən də qalxdım.
"Hə olar...Axı sən hara gedirsən?"-üzünü çevirdi.
"Biraz işlərim var. Sən axşama hazır ol"-dedi və gülərək qapıdan çıxdı...

20:15
"Hazırsan?"

"Ranvir, hara gedəcəyimizi deyə bilərsən?"

"Sən gəl...O zaman hara olacağını biləcəksən.." -deyib telefonu söndürdü.

Taksiyə məni Ranvirin göndərdiyi adresə aparmasını dedim..

Az sonra çatmışdıq. Taksidən düşüb adresdəki böyük restorana daxil oldum. İçəri girdikdə kimsənin olmadığını gördüm.
Əvvəlcə səhv gəldiyimi düşündüm... Qayıdıb getmək istəyəndə...

"Xanım Asena...Restoranımıza xoş gəlmisiniz...Xaiş edirəm ortadakı masaya keçin.."-sanki yuxarıdan bir yerlərdən səs gəldi. Arxamı döndükdə kimsəni görməmişdim.. Dediyi kimi ortadakı masaya əyləşdim...  Daha sonra yuxarı pilləkəndən Ranvir'in gəldiyini gördüm. Mənə yaxınlaşdı. Üzü gülürdü.

"Ranvir, bura haradır? Biz niyə bura gəlmişik? Adamlar hanı? "-Ranvir qəhqəhə çəkib gülməyə başladı. Mən də ona qoşuldum.

"Niyə gülürsən Ranvir?"-Ranvir gülməyi kəsdi

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


"Niyə gülürsən Ranvir?"-Ranvir gülməyi kəsdi.

"O qədər başın iş həyatına qarışıb ki, şəxsi həyatını unutmusan...Əslində həyəcanlıyam... Bilmirəm sənə necə başa salım..."
Hər şeyi anlamışdım...Bilmədim gülüm ya nə? Birdən yadıma uşaqlıqdakı o hadisə düşdü. Qəlbimdəki həyəcanın yerini dəhşətli və iyrənc hislər bürüdü. Başımı qaldırıb Ranvirə baxdım. Necə də həyəcanlıydı.
O da üzümdəki dəyişikliyi hiss etmişdi.

"Asena.."-əlimdən tutdu..-"...səninlə tanışlığımız çox da yaxşı olmamışdı, amma...Sən çox fərqli birisən...Əminəm ki nə üçün bura səni çağırdığımı da bilirsən...Bəs sən nə düşünürsən?"-dedi məsumca üzümə baxaraq.
Gözlərim dolmuşdu. Sürətlə ayağa qalxdım. Ranvir də təəccüblə ayağa qalxdı.

ASENA|Mən Terrorist Deyiləm| DAVAM EDİRTempat cerita menjadi hidup. Temukan sekarang