Eşq nədir sənin üçün ? Çox qısa zamanda görülən yuxu mu , yoxsa bir dəfə bağlanan gözlərin bir də açılmaması mı ? Bəlkə kiçik bir qız uşağı qəhqəhəsi , bəlkə də bir oğlanın güclü duruşu .
Eşq ruhla mı yaşanar , yoxsa bədənlə ? İkisi ilə daha mı gözəl olardı ? Nə də olsa ruhsuz bədən yoxdur deyilmi ? İkisi də bir birinə məhkum ... Heç qopmamaq ümidi ilə , sonsuz məhəbbətlə ...
Eşq dediyin məfhum elə asanlıqla gözdən salınması mümkün olan şey deyil . Eşq müqəddəsdir . Eşq ucadır . Heç bir gücün məğlub edə bilməyəcəyi fərqli bir dünyadır eşq .
Əgər aşiq oldusa bir insan bütün mənliyini təslim etməlidir qarşısındakına . Sonsuz güvən verməli ki , eşqi də sonsuz olsun . Asan deyildir əlbət bunlar . Birinə güvənmək , ya da onun güvənini qazanmaq çox uzun zaman alır bəzən . Amma eşqin olduğu yerdə güvən öz özlüyündə yaranar deyirlər .
Həm də fədakarlıq istəyər eşq . Yolunda canından keçə bilməyəcəyi cana canım deməz fədakar aşiq .
Bəzən də yalan qarışar eşqə . Bir birinə yerlə göy qədər zidd olan iki məfhum ... Bax bu ən pis haldır . Bədənin vicdan əzabının verdiyi ağrı ilə sızıldayarkən sənin heçnə edə bilmədiyin hal . Sevginə yalan hopubsa , sevdiyinə qurduğun hər cümlədə vicdan əzabının verdiyi ağrını iliklərinə qədər hiss edərsən ."Rahat yatmaq istəyirsənsə , yatağa təmiz vicdanla uzan " deyirlər . Vicdanın təmiz deyilsə gündüzlər də gecə qədər qaranlıq və vahiməli olur sənin üçün . Aldığın hər nəfəsdə ölümü hiss edirsən . Qəlbin sadəcə yaşamaq üçün döyünür . Günlərin getdikcə mənasızlaşır . Sığınacağın nə bir liman qalır , nə də bir gəmi . O , liman ki , öz əllərinlə yandırmısan . O , gəmi ki öz əllərinlə batırmısan . Ulduzları sönmüş gecələrdə içdən içə məhv olduğunu duyursan ...
Salaaam dəyərli Wattpad istifadəçiləri ...😍
Bu mənim yazacağım ilk hekayə olacaq inşallah . Sizdən də yetəri qədər sevgi görsə , daha həvəslə çalışıb sevginizə qarşılıq verməyə çalışacam. Əgər hekayəmin yaxşı alınması 50% mənim əməyimdən asılı olacaqsa , 50% sizin sevginizdən asılı olacaq . Birlikdə necə gözəl hekayələrə inşallah .... Sizdən xahişim , rəylərinizi və bəyənilərinizi əsirgəməyin . 💚💫😍