0.2

158 5 19
                                    


Gözlərimin qamaşdığını hiss edəndə , anamın pərdəni çəkib günəş şüalarının otağıma daxil olmasına icazə verdiyini gördüm . Birdə deyinirdi deyəsən , yuxulu olduğum üçün tam anlamırdım .

"Bu gün dərs yoxdur ?" deyib , başıma çəkdiyim yorğanı qaldırdı .

"Dərs, var . Nə olub ki ?" Heçnə anlamırdım , hələ də yuxunun təsirindən çıxa bilməmişdim deyəsən .

"Heç sənin əvəzinə mən gedəcəm axı bu gün ..." anam yenə gözəl cümlələrindən birini qurmuşdu mənim üçün .

"Dərs !!?" deyib , yerimdən sıçradım . Yenə dərsə gecikəcəkdim . "Ahh , Rəşid niyə zəng vurmursan axı !!?"

Anam mənə baxaraq " Rəşid sənin üçün zəngli saat deyil ki , bir dəfə də özün qalxmağa çalış . Tənbəl !" dedi .

Heç bir reaksiya vermədən hazırlaşmağa başladım . Şükür ki , elə də vaxtımı almırdı bu işlər . Mənə rahat olan hər şeyi geyinə bilərdim . Belə daha yaxşı idi .

10 dəqiqə çəkən hazırlığ prosesi sonrası özümü qapıdan küçəyə atdım . Yolumuz yaxın olsa da , Bakının səhər tıxacını nəzərə alıb da evdən çıxmağım hər zaman daha yaxşı olurdu . Bu dəfə isə 25 dəqiqəyə çatmalı idim . Ümidvaram tıxac çox olmayacaqdı .

Yenə dar məhəllə yollarımızdan keçib avtobus dayanacağına doğru irəliləyirdim .

Bu yollar mənə nələr ifadə edirdi , nələr.... Uşaqlıqdan bu məhəllənin , bu yolların əhatəsində böyümüşdüm . Bəzən sevincdən atılıb - düşməyimə şahid oldu , bəzən də dizlərimdən axan qana səbəb oldu . O qədər xatirəni özündə saxlayırdı ki , bu küçələr ... Sevirəm buraları , çox sevirəm . Çünki , ancaq bu küçələr məni o saf , təmiz uşaqlığıma aparır . Mənə az da olsa, həyatımın nə vaxtsa gözəl olduğunu xatırladır . Ehhh uşaqlıq , uşaqlıq ... O qədər təmiz idi ki , vicdanım . Üzümdəki gülüş belə saxta deyildi . O günlər üçün darıxmaq nə verir ki bizə ? Sadəcə hüzün və özləm... Başqa heçnə . O günlər bir də geri dönməyəcək .

Dərs yenə öz axarı ilə davam edirdi . Demək olar ki , həmişə Rəşid ilə yan-yana oturardıq . Bəziləri münasibətimizi yanlış anlayırdı . Amma kənar fikirlər dostluğumuzu bitirəcək gücdə deyildi . Əksər insanlarda olan bu gərəksiz düşüncəyə rəğmən biz dostluğumuzu uşaqlıqda olduğu kimi saf və təmiz saxlayırdıq .

Rəşid yenə mənə nəsə başa salmağa çalışırdı ki , müəllim " Çölə ." ifadəsini işlətdi . Rəşid ayağa qalxıb , qapıya doğru yönələrkən , müdaxilə etmək gərəyi duydum .

" Müəllim , onun günahı deyil . Mən danışdırdım ."

"Sənə kim danışmaq haqqı verdi ?" Müəllimin sərt səsi qulaqlarımı silkələdi . Rəşidin bu sözə dayana bilməyəcəyini bilirdim .

"Müəllim , hər kəsin danışmaq haqqı var ."

Müəllimin hirsi gözlərindən od kimi yağırdı . Sanki o , püskürməyi illərlə planlamış qoca vulkan və bu gün həmin püskürmədən zərər çəkən biz .

"Mənim dərsimdə , danışmaq haqqını mən verirəm . İndi ikinizdə auditoriyanı tərk edin ! "

Artıq nəsə desək mövzu daha da dərinə gedəcəkdi . Beləki , heçnə deməyib , çölə çıxdıq .

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Mar 08, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Fədakarcasına eşq 💚💫Hikayelerin yaşadığı yer. Şimdi keşfedin