Pəncərədən ətrafa yayılan günəş şüaları səhərin açıldığını xəbər verirdi . Yenə hər gün olduğu kimi , yaşadığım monoton həyatın bir gününə oyanmışdım .
Sevgi , güvən , mərhəmət həyatımdan çıxalı uzun zaman olmuşdu. Daşıdığım ağır yük ruhumu çox yorur , hisslərimi darmadağın edirdi .Hər günə ölümü diləyərək başlayırdım .
Vicdanın ləkələnibsə gözəl yaşam diləməyin axmaqlıqdır , doğrusu .
Yalan üzərinə qurulan bir həyatın təməli nə qədər möhkəm ola bilərsə , mənimki də bir o qədər möhkəm və sağlam idi . Bakı küləyinin yıxa biləcəyi qədər möhkəm və sağlam ....
Hər gün etdiyim kimi bu gündə yerimdən qalxmalı və həyatımda hər şey yolundaymış kimi , heç bir problem yaşamamış kimi davranmalı idim . Gün ərzində vicdan əzabımı ruhumun bir küncündə gizlətməli , üzümə saxta gülüşlər qondurmalı idim .
Gözlərimi tavana dikib , saniyələr içərisində düşüncələrin məni itələdiyi o qorxunc bataqlığa düşmüşdüm . O bataqlıq ki , hər səfərində məni bərk bərk özünə tərəf çəkirdi . Bəs mən buna əngəl olmağa çalışırdım mı ? Yox... Tam tərsi , özüm ora can atırdım deyəsən .
Açıq göy rəngdə olan tavanın üzərindəki ulduzlar , istəmsizcə fikrimin dağılmasına səbəb oldu .
Bir neçə dəqiqə yerimdən qalxmadan telefonumu tapmağa çalışdım . Və son olaraq telefonun yerə düşmə səsinə dik atıldım .
Şükür , deyəsən salamat idi . Atamın bunun üzərinə mənə yeni telefon alacağına qəti inamım yox idi .
Bir neçə saniyyəlik sol tərəfimə dönüb , kiçik bacım Aysunun məsum yatışını izlədim . Bu gecə də mənim otağımda yatmışdı . Elə gözəl yatırdı ki , ona baxdıqca vicdan əzabım öz yerini sevinc gülüşlərinə verirdi .
Saat artıq 08:00 -u göstərirdi . Qalxıb universitetə hazırlaşmağa başladım .
Yuxulu gözlərimi oyatmaq üçün ilk iş əl üzümü yumaq oldu . Daha sonra dolabın qarşına keçib rahat bir şeylər geyindim . Rahat anlayışım isə şalvar və köynək olsa gərək . Çünki hər zaman onlarla görünürdüm . Ətək geyinən qızlara bir az həsəd aparmış da ola bilərəm . Bütün günü ətəklə necə gəzirlər ? Narahat olmurlar mı ? Mənim üçün ən rahat geyim şalvar idi . Dolabımda demək olar ki , hər rəng şalvar tapmaq mümkün idi . Bu aralar qaraya üstünlük versəm belə , hər birini sevərək almışdım .
Tam hazır olduqdan sonra aşağı enib , mətbəxə daxil oldum . Əslində səhərlər yemək yeməyi heç sevmirdim. Sadəcə , hər səhər mətbəxə daxil olmaq məndə alışqanlıq halına gəlmişdi . Bəlkə iştaham nəsə çəkər deyə ...
Soyuducunun qarşısında keçirdiyim bir neçə dəqiqə bədənimə üşütmə salmışdı . Yenə heçnə istəməyən mədəm , boş gəzməyi sevirdi deyəsən . Təbii ki hər şey onun istədiyi kimi olmalı idi . Mədəmi incidə bilməzdim . Zorla nəsə bir şey yeməyim qeyri mümkün idi .
Bir şey yeməyəcəyimə əmin olduqdan sonra mətbəxi tərk edib , qapıya doğru yönəldim .Evdəki sükutu pozmamaq ümidi ilə , səssiz-səssiz addımlayarkən anamın səsindən bərk diksindim.
" Nəsə yedin ? "
Hər dəfə anama tutulmamaq üçün səssiz evdən çıxmağa çalışırdım . Çünki ona tutulmaq , yemək yemədən evdən çıxmamaq demək idi . Başımı aşağı salıb ayaqqabılarımı geyinərək :
"Yox , iştaham yoxdu . Universitetdə bir şeylər alaram ." deyib , qara çantamı əlimə aldım .
"Vaxtı keçmiş yeməkləri yemək üçün ürəyin gedir !" deyərək , sərt siması ilə üzümə baxdı .