Adımı bu ölkədəki,hər kəs bilir.Günahsız olduğumu,bu gün başıma gələnlərin hamısının öz günahım olduğunu belə bilirlər.Lakin,bu insanlardan heç biri mənə kömək etmək istəməz.Çünki,mən ətrafımdakı hər kəsə zərər verirəm.İlk ailəmdən başladım,sonra dostlarıma ,sonra daha kimin ölümünə səbəb olacam bilmirəm.Bütün bunlar ruhumdakı ədalət duyğusuna görə oldu.Yaşadığım dövürdə heç kimə lazım olmayan bu arzu bütün həyatımı cəhənnəmə çevirdi.İndi çarəsiz ölümümü gözləyirəm.Məni öldürəcək qatilin insafına ehtiyacım var.Müharibə bu insanları o qədər qəddarlaşdırıb ki,3 yaşındakı körpə uşağı belə öldürməyə hazırdırlar.Onları başa düşməyə çalışıram,amma nə qədər çalışsamda alınmır.Mən öz xalqına silah tuşlayan əsgərləri başa düşə bilmirəm.3-cü dünya müharibəsi ölkələrə aclıq gətirdi.Onlar illərlə guya özlərini qorumaq adına inkişaf etdirdikləri silahları istifadə edincə,bəzi ölkələr yox olmaq dərəcəsinə çatdı.Bəziləri isə ekonominin çökməsi ilə aclıq həddinə çatdılar.Bu müharibədən tək çıxarlı çıxan silah alverçiləri oldu.Aclıq insanları cinayətə,özbaşınalığa ,oğurluq etməyə məcbur etdi.İnsanların yüzillərdir yaratmağa çalışdığı mədəniyyət 3 dəqiqə içində 2 nüvə bombası ilə tarixə qarışdı.İnsanlar bu qarışıqlıqda özlərini və ailələrini qorumaq üçün silah almağa başladılar.Lakin,çox silah çox bəla gətirdi.Qatil olmaq o qədərdə çətin iş deyildi.Küçələrdə gəzmək belə cəhənnəmin qapısına yaxınlaşmağa bərabər idi.Belə olan halda kim xoşbəxt ola bilərdiki?Polis kəliməsi tarixə qarışmışdı.Artıq polislər belə canlarını qurtarmağın dərdində idilər.Kim belə bir ölkədə xidmət etmək istəyərdiki?İnsanlar əsgərlik yaşına çatmış uşaqlarını gizlədirdilər.Çünki,çox yaxşı bilirdilərki,övladları geriyə qayıtmayacaq.İşsizliyin baş aldığı dünyada torpaq sanki,insan övladından küsmüşdü.Əvvəllər yaşıl olan tarlalar indi cabar-cabar olmuşdu.Su ən qiymətli dəyər olmuşdu.Qızıldan,platindən belə dəyərli idi.O günləri heç kim xatırlamaq istəmir.Lakin,o tarixin nəticələrini biz hələdə ödəyirik.Amansız müharibələr hələdə davam edir və insanların artıq ümidi qalmayıb.
Oysa,ilk başlarda nə qədər ümidli idim.Mənə görə hər kəsi qurtaracaq gücə sahib idim.Lakin məni qanadlandıran bu gücü elə ilk günlərdən əlimdən aldılar.İndi Zkadayam.Bura sürgün olundum.Məni bura göndərənlər çox yaxşı bilirdilərki,mən burada ən çoxu 1 həftə həyatda qala bilərəm.Bu onların işinə gəlirdi.Çünki,mən onlardan nə qədər uzaq olsam,onlar öz mənfur niyyətlərinə o qədər tez çatardılar.Axı,hər şeyi dəqiqliklə bilən,xainləri tanıyan bircə mən vardım.Məni aradan götürmələri çox vaxtlarını almadı.Sadəcə bir böhtanla öz niyyətlərinə çata bildilər.Amma mənim üçün bundan böyük utanç ola bilməzdi.Əslində ölüm cəzası alacaqdım.Lakin,şanslıydım.Mənə hələdə kimlərinsə,ehtiyacı vardı.Buna görə ölkədən mümkün olduğunca uzağa sürgün edildim.Hakimin qərarı oxuduğu zaman üzündə olan ifadəni heç vaxt unutmuram.Məni ədalətsiz gələcəyimə sürükləyərkən o,aldığı qanararın sevincini yaşayırdı.Tək dəlil mənim etirafımdı.Təbii bu etirafı necə əldə etdikləri məhkəmədə mənim bədənimin göyərmiş halından bəlli idi.Zalda ailəmdən heç kim yox idi.Buna görə sevinirdim.Məni belə vəziyyətdə görmələrinə dayana bilməzdim.2 saatlıq işgəncədən sonra etiraf etməməyimə rəğmən məmurun kağıza bir şeylər qaralaması və mənim imzamı yamsılaması hələdə fikrimdə dolaşır.Mənə cinayətkar deyirdilər,amma özləri gözlərim qarşısında qanunları pozurdular.Buna rəğmən zalda iki nəfər tanıdığım insan vardı.Əvvəllər oğullarını müharibə zonasından çıxarım,heç deyilsə, cəsədini gətirim deyə mənə yalvarmışdılar.İndi isə mən onlara qurbanın gözlərindən baxırdım.İkisidə günahsız olduğumu bilirdilər,lakin qorxu onlara güc gəlmişdi.Yenədə üzlərindəki o çarəsiz ifadə məni qururlandırırdı.Heç deyilsə,qorxsalarda kiminsə ürəyinə ədalət toxumunu səpə bilmişdim.Düzdü indi mən özüm qurduğum ədaləti ölümümlə dağıdacaqdım,yenədə bu məni azda olsa,ayaqda tuturdu.Qərarın ölüm cəzası olmadığını öyrəndiklərindəki qəribə ifadə mənə güc vermişdi.Mən artıq əmin idim.Onlar nə desələrdə xalqım mənə inanacaqdı.Bəlkədə bu məni gələcəyimdən məhrum etməyəcəkdi,amma yenədə onların etdiyi hər şeyə rəğmən məğlub olmamaları,xalqın inancını qıra bilməmələri məni sevindirirdi.Qoluma taxılan qandallardan qurtulmaq bir saniyəmi alardı,amma qaçsaydım bu inanc yox olacaqdı.Çünki,yalnızca günahkarlar qaçarlar və günahlarını da özləri ilə bərabər apararlar.Məhkəmə zalından çıxarılanda qapıda qardaşımı gördüm.Bir ailənin iki övladı idik biz başda.Tək arzumuz ailəmizə layiq ola bilmək idi.İndi mən günahsız qatil,o da bacısını həps edəcək mücahid idi.Utanırdım,gözlərinə baxa biləcək gücü özümdə tapa bilmədim.Köynəyimin qolunu aşağıya qədər çəkdim və qolumdakı yaraları görməməsi üçün dua etdim.Lakin üzümü necə gizlədəcəkdim.Görəsən o mənə inanır,yoxsa,o da bu cəfəngiyyata inanmışdı.Tək hatırladığım məni sürükləyərək aparmağa çalışan əsgərləri dayandırmağı oldu.Düz qarşımda dayandı.Heyrət mənə gözlərinə baxa biləcəyim cəsarəti vermişdi.Gözləri dolmuşdu.inanmamışdı,bəlkədə yanılırdım.Üzümü ovucladı və düz gözlərimə baxdı.Üzümün halına acımışdı.Mənə ilk dəfə belə çarəsiz baxırdı.O,bacısını ilk dəfə qoruya bilməmişdi.Bir anda halı dəyişdi və məni qolumdan tutub,divara itələdi.Hiddətlə,bağırırdı."Qoruduğun ,o şərəfsiz kimdir?"Əsgərlər onu zəbt etdilər.Çarəsizcə çırpındığını görmək istəmirdim,buna görə üzümü yerə tutdum.Mənə işgəncə verdiklərində belə ağlamamışdım.Lakin,qardaşımın bu halı ağlamağıma səbəb olmuşdu belə.Dəhlizdə irəliləyirdim.Ayaqlarım bir-birinə dolaşırdı,amma əsgərlər inadla irəliləyirdilər.Mən vətənimi belə tərk etmək istəməzdim.Oysa.nə xəyallarım vardı.Bu torpaq mənə cənnət olacaqdı.Mənsə,o cənnətdə mələk.Dəhlizin sonuna gəlmişdik,mənsə,hələdə qardaşımın səsini eşidirdim.Mən bəlkədə bir daha onu duya bilməyəcəkdim.Yenədə başa düşə bilmədim.O,mənə inanmışdı,yoxsa inanmamışdı.Yarım saat sonra mən yenə rütubətli divarların arasında idim.İllərdir buraya çox cinayətkarı salmışdım.İndi məndə burada qonaq olmuşdum.Ağrıdan sızlayan bədənimi taxta oturacağa uzatdım.Ayaqlarımı altıma çəkib,dizlərimi qucaqladım.Ancaq indi göz yaşlarımı silməyə fürsət tapmışdım.Sürgün,özüdə Zkaya.Müharibə ölkələrin adını dəyişdirmişdi.Ölkələri adlarından tanımaq olurdu.Zka ölüm demək idi.Mənası kimi ürküdücü idi.Ora gedən əsgərlər sağ qayıtmırdı.Ya aclıqdan,ya da xəstəlikdən ölürdülər.əhalisi aclıqdan yox olmaq üzrə idi.Eləki,sərhəddəki əsgərlər artıq xalqı hücumdan qorumurdu.Digər ölkələri öz xalqlarından qoruyurdular.Sərhəd ölkələr buna görə bu əsgərlərə pul ödəyirdilər.Hər il onlarca muzdlu əsgər bura gəlirdi.Indi ən məhşur sənət muzdlu əsgər olmaqdır.Mən bu ölkədə yalnızca bir həftə yaşaya bilərdim.Çünki,bilirdimki,mənim ölkədən uzaqlaşdırılmağım onların məqsədlərinə uyğun gəlməyəcək və məni öldürmək üçün əllərindən gələni edəcəklər.Mənimsə,heç vaxt özünü müdafiəyə gücüm olmayıb.Məhz buna görə,indi bu haldayam.Ay işığı pencərədən içəriyə işıq saçır,ümid kimi gələcəyimi aydınlatmağa çalışırdı.Mənimsə xatirələrin bu divarların arxasında bir-bir canlanırdı.Mənimdə hamı kimi bir ailəm var.Anam illər əvvəl bu dünyadan köçdü.Onun ölümünə səbəb müharibə olmuşdu.Müharibə,o gün tək anamı əlimdən almadı,məni həyatı sevməyə məcbur edən bütün səbəbləri apardı.Atamda mücahid idi.Müharibə onuda əlimdən aldı.İtgin düşdü.İllərlə xəbər almadım.Sonunda ondanda ümidi kəsdim.Uşaq evində olanda düşünürdüm,"Mənimdə nə vaxtsa ailəm ola biləcək?".Sonra başa düşdümki,müharibə insanları övladlarından ayırır.Belə vaxtlarda insanlar öz övladlarına belə qayğı göstərə bilmirlər.Bir başqasının uşağına necə qayğı göstərəcəklər.O gündən sonra həqiqətə alışdım.Çünki,yalanlarla özümü aldatsaydım əgər,ümidə daha çox bağlanacaqdım və sonunda qəlbim indi olduğundan daha çox parçalanacaqdı.Həqiqət həqiqətən acıdır.Onun dadını hiss etmədiyim gün yoxdur.Sonra müharibə yenə məni əhatəsinə aldı.O günlərdə mən 8 yaşında dünyanı daha yeni-yeni başa düşə bilən biri idim.Uşaq evində çox uşaq yox idi.Çoxu təxliyə edilmişdi.Geriyə qalanlarında ya qohumları gəlir,ya da çarəsizlikdən digər şəhərlərə gedən ailələrə verilirdilər.Çünki,bu şəhərin sonu bəlli idi.Orduda silah yox,əsgərə yemək yox.Əldən nə gəlirdiki?Hamı canını qurtarmağın dərdində idi.Yaşca böyük olanlara ilkin tibbi təhsili verirdilər.İynə vurmağı,yaranı sarımağı,tikməyi və bir çox biliyə sahib olmuşduq.Müdirə xanim öz vəzifəsini layiqincə yerinə yetirməyə çalışırdı.Qan görməyə alışmışdım.Çünki,xəstəxanalar dolu olduğu üçün yaralıların bəzilərini bura gətirirdilər.Yaralı əsgərlərin son ümidi olmuşduq.İlk dəfə yaralı birini gördüyümdə çox qorxmuşdum.Mən o vaxt hələdə bir insanın ölə biləcəyini düşünməmişdim.Ölüm nə deməkdir bilmirdim.Lakin,öyrətdilər.Müharibə başladığı illərdə,şəhərə onlarca yaralı əsgər gətirirdilər.Lakin,anam onları görməyim deyə gözlərimi bağlayardı.Şanşlı idim,məni ölüm düşüncəsindən,anam qoruyurdu.O vaxt anama sığınmış,onunla qorxumun üstəsindən gəlməyi bacarmışdım.Lakin,burada elə bir şansım yox idi.Çünki,artıq məni qoruyacaq qadına sahib deyildim.Uşaq evinə ilk yaralı gətirildiyində müdirə xanım əlimdən tutmuş və "Mənə kömək et!" demişdi.Yeganə şansım qorxumu gizlətməyim oldu.O məndən daha çox qorxurdu.Əllərinin əsdiyi anı bu günə qədər xatırlayıram.Müdirə olmasına baxmayaraq yaşı elədə çox deyildi.Lakin,onunda taleyi bizim qədər yaşlı idi.Qardaşı ön cəbhədə əsgər idi.Qardaşı öndə bacısını qoruyur,bacısı arxada qardaşı üçün dua edirdi.İşini gücünü yarımçıq qoyub bura qardaşı üçün gəlmişdi.Çünki,ailəsindən geriyə bircə o qalmışdı.Qardaşına yaxın ola bilmək üçün o,bu rütubətli yerdə yaşamağa hazır idi.Müdirə xanım qorxurdu.İndi əlinin altında qan itirən əsgər ya bir başqasının ümidirsə,o nə edəcəkdi?Onu belə gördükdə,hər an,hər saniyə bu amansız müharibənin bitməyini diləyirdim.Çünki,cəhbədə hamının bir əzizi vardı.Birinin atası,birinin qardaşı,digərinin oğulu.Hamısınında bir dərdi vardı.Ailələri yenidən bütün olsun.Mənimsə,tək dərdim həyatda qalmaq idi.Yaşadıqlarım körpə vücudumu nifrətlə doldurmuşdu.Mən yerdəki daşdan belə sinirimi çıxmağa hazır idim.Buna görə üzümdə həmişə ağır bir ifadə olurdu və üzümü güldürmək mümkün deyildi.Buna heç kim cəhd göstərmirdi,onsuzda.Bir gün yaralı bir əsgər gətirdilər.Bütün bədəni qan içində idi.Lakin,onu digərlərindən fərqləndirən bir cəhəti vardı.Digərləri gözü yaşlı və narahat əsgər yoldaşlarının çiyinlərində,oysa nifrətlə baxan gözlərin qarşısında gətirilmişdi.Həmişə olduğu kimi,çantamı alıb,yaralının üstünə qaçdım.Lakin,bu dəfə müdirə xanım məni dayandırdı.Çox sinirli idi.O indi həyəcanlı deyildi.Nifrət gözlərini qanla doldurmuşdu.
ŞİMDİ OKUDUĞUN
Buz mələyi
AdventureKimki qəlbiylə sevər,zehninin söz haqqı olmaz! Kimki zehniylə sevər,qəlbinin söz haqqı olmaz! Kimki ruhuyla sevər,qəlbi də,ruhu da onunla barışar. Bax,əsil sevgi budur! Əsil sevən,ruhuyla sevəndir.