"Bu nə idi belə?" "Mən bura necə gəlmişdim?" suyun dərinliklərinə endikcə özümə bu sualları verirdim. Getdikcə huşumu itirirdim. Bildiyim tək şey , ölüm çox qəddar idi. Bütün arzularımı ümidlərimi heçə sayaraq məni özünə doğru çəkirdi. Huşumu itirdikcə bədən hərarətimin də sürətlə aşağı endiyini hiss edirdim. Anamın səsini eşidirdim. "Gəl " Deyirdi " Gəl qızım ..........."