1. bölüm

1.2K 93 28
                                    

Həyat hər zaman zərbəni haradan vurmağı daha yaxşı bilir. İnsanların ümidlərini, yaşama səbəblərini əlindən almaqda heç də çətinlik çəkmir. Səni içindən çıxa bilməyəcəyin böyük bir boşluğa atması üçün sadəcə bir yol kifayətdir və həyat sonunda səni incitmək olan bütün yolları əzbər bilir. Sənin necə ümidsizliyə qapandığını, sevincinin necə kədərlə əvəz olunacağını yaxşı bilir. Və onun ən çox əl atdığı yol, ən sevdiyi oyun isə sevdiklərinizi, dəyər verdiklərinizi heç düşünmədən əlinizdən alması və sizi heç bir işə yaramayan bu ədalətsiz dünyada tək başına qoymasıdır.

Sevdiyiniz şəxsi itirmək və onun artıq sənin yanında olmadığını, səsini bir daha eşitməyib, üzünü bir daha görməyəcəyini, bir daha ona toxuna bilməyəcəyini qəbul etmək, sadəcə və sadəcə çox ağırdır. Onsuzluğa alışmaq heç də asan olmur. Gözlərin ,sanki, hər yerdə və hər zaman onu görmək ümidi ilə baxır ətrafa. Gəzdiyin hər yer, etdiyin hər şey onu xatırladır sənə. Və bəzən bütün bunların bir yuxu olduğunu düşünürsən. Səhər oyanırsan və güzgüyə baxırsan. Özünü bunun yuxu olduğuna inandırmağa çalışırsan, birdən ətrafına baxırsan. Və xəyal qırıxlığı. Bəzən də bütün bunların sadəcə böyük bir yalan olduğunu düşünürsən. Sevdiklərinizin ölümünün sadəcə bir oyun olaraq planlandığını xəyal edirsən. Və bir gün bu oyunun bitəcəyini, itirdiklərini yenidən görəcəyinə ümid edirsən.

Bu həyat da bir oyun deyil mi? Hər zaman hər kəsə qalib gələn qəddar bir oyun. Bəs bu oyun nə zaman bitəcək? Bütün bu həsrət nə zaman sona yetəcək? Əminəm, bir gün hər kəs öz itirdikləri ilə görüşəcək. Amma nə vaxt və harda? Digər dünyada? O dünya həqiqətən də, gerçəkdirmi? Sevdiklərimiz orda görmək ümidimiz varmı? Yoxsa bu da mı lənətə gəlmiş həyatın bir yalanıdı, qaydaları məlum olmayan bir oyunudu? Kim bilir?!!!!!!

Gecəni necə keçirtdiyimi bilmirdim. Gözlərim inanılmaz dərəcədə şişmişdi. Sevdiyimin ya da ona görə dostum Lucasın ölüm xəbərini eşitdiyim o andan etibarən göz yaşlarım bir an belə dayanmamışdı. Hər zaman yanınızda olan və üzünüzü güldürən birinin ölüm xəbərin eşitdiyiniz an dünya başınıza yıxılır. Və mən də o vəziyyət idim. Dünən səhər onunla danışmışdım, ancaq axşam isə artıq aramızda olmadığı xəbərini almışdım. Dünyadakı yeganə məni başa düşən şəxs idi deyə bilərdim, anamdan sonra. Amma o da məni yalnız qoydu. Anam kimi o da məni tərk edib getdi yalnız başıma nə edəcəyimi düşünmədən. Həyat növbəti acımasız oyununun qalibi oldu. Təbriklər həyat......

Oyanar-oyanmaz ilk işim telefonumu götürüb Lucasa zəng etdim. Bütün olanların bir yuxu olması ümidi ilə ona zəng etdim. Telefon dəstəyini götürən olmadı. Gecədən açıq qalan pəncərədən əsən xəfif yel üzümə vurarkən bunların bir yuxu olmadığını anladım çox təəssüf ki. İçimdə qəribə bir hiss yarandı - qorxu və çarəsizliyin qarışığı bir hiss. Qarnıma kiçik ağrı çökdü. Və hələ də inana bilmirdim, daha doğrusu inanmaq istəmirdim. Bu olanlara inanmaq istəmirdim.Yatağımın içərisində yanağımdan süzülən göz yaşlarım ilə oturdum. Onunla keçirdiyimiz bütün anlar, xatirələr gözümün önündən film kimi gəlib keçdi. Hətta bir an onun qoxusunu hiss etmiş kimi belə oldum. Sanki yanımdaymış kimi bir ürpərti doldu içimə. Sanki yatağımın başında oturub mənə baxırmış kimi.

Onun üzünü bir daha görmək üçün, gülüşünü görmək üçün, ona toxunmaq, qoxusunu hiss etmək üçün nələrimi verməzdim ki. Nə yazıq ki, həyat oyununun şərtləri çox ağırdı. Uduzduğunuz halda, ki hər zaman ,demək olar , uduzuruq , məğlubiyyətiniz qarşılığında nələrdən vaz keçməyə hazır olduğunuzu özünüz seçmirsiz. Həyat istədiyini alır sizdən, sizin razılığınız olmasa belə...

Gizli Həyatlar ( BAŞLANĞIC)Место, где живут истории. Откройте их для себя