19.bölüm

137 28 1
                                    

Elə yenicə telefonu söndürmüşdüm ki, qapının zəngi çaldı. Hər nə qədər surətli olsaq da, Jessicanın belə qısa müddətə gəlmək mümkünsüz idi. Qapıya yaxınlaşıb açdım, xalam idi.

" Mənə hər şeyi danış. Sən kimsən? Mən kiməm?" – onu görən kimi ilk olaraq soruşdum.

" Nə, necə yani? Anlamadım." – ayaqqabılarını çıxardıb içəri keçdi. Stolun üstündəkiləri görüb yerindəcə dondu.

" Hə xala. İndi danış gerçəkləri." – dedim sərt bir şəkildə. İllərdi gizlədilmiş, sadəcə bir nağıldan ibarət olan həyatımın varlığını öyrənmişdım. Nə hiss edəcəyimi bilmirdim. Anam, atam, xalam mənə yalan demişdilər? Həqiqətdə onlar kim idilər? Mən kim idim? Bu saullara tezliklə aydınlıq gətirməli idim.

" Tək danışaq, yalnız ikimiz." – deyib mətbəxə keçdi. Mən də arxasınca.

" Eşidirəm."

" Bağışla, bilirəm, bunları bilməli idin, ancaq valideynlərinə bacardığım qədər gizlədəcəyimə söz vermişdim, həm bu da sənin yaxşılığın üçün idi." – dedi ağlayaraq.

" Nə yaxşılıq? Sən nədən bəhs edirsən?" Bir andaca içimdəki qurdun sərbəst qaldığını hiss etdim və dərhal gözlərimi yumdum.

" Aman Tanrım. Demək, artıq dönüşmüsən." - çox həyəcanlı idi. Ürəyi az qala yerindən çıxacaqmış kimi surətlə döyünürdü.

" Bunu bilirdin? Necə yani artıq?" – çox əsəbiləşmişdim. Iki əlimlə çiyinlərindən tutub silkələdim.

" Anan, o bir qurd qız idi. Atan isə ovçu idi."

" Nə? Bu necə ola bilər? Bəs sən, sən də mi qurdsan?" – soruşdum heyrətlə. " Lənət olsun, Kate. Bunu mənə deməli idin." Qəzəbim məni ələ keçirməyə çalışırdı. Nə edəcəyimi bilməyib stulu götürərək divara çırpdım. 

" Kevin..." - Kate məni sakitləşdirməyə çalışaraq. " Sənə hər şeyi danışmağın vaxtı gəldi." – yanındakı stulda əyləşdi.

Saçlarını arxaya edərək qızarmış gözlərini silib başladı. " Anan bir qurd qız idi və onu övladlıq götürmüşdü mənim ailəm 3 yaşında ikən. Sonradan ananda qeyri-adiliklər, həddindən artıq qəzəb, güc hiss olundu. Nə edəcəyimizi bilmirdik. Hər il daha da qəzəbi artırdı. Heç nə anlamırdıq. Sonra bir gün Olivia qəzəbinə əsir düşüb öz anasını, yəni onu övladlıq götürdüyü mənim anamı öldürdü. O andan sonra ortalıqdan yox oldu. Beş ildən sonra yenidən ortalığa çıxdı. Lakin çox dəyişmişdi."

" Hara getmişdi?" – sözünü kəsdim.

" Bilmirəm, ancaq özükimilərinin yanına getdiyini söylədi. Qayıtdıqdan sonra artıq qəzəbini və dönüşünü idarə edə bilirdi."

" Bəs atam, onunla necə tanış olub?"

" Həmin illərdə bizim bölgədə hər gün parçalanmış insan cəsədləri tapılırdı. Atan isə bir ovçu olaraq bunu edəni ovlamağa gəlmişdi, təbii ki, hamı onun bir polis olduğunu düşünürdü. Və həmin müddətdə ananla tanış olmuşdular."

" Ovçu? Nə ovlayırdı axə, qurd adam?"

" Yalnızca qurd adam deyil, insanlara zərər verən hər bir varlıq. Istər qurd adam, istər vampir, istər də şəkildəyişdirən olsun. Daha sonra sən dünyaya gəldin və bu bütün varlıqlar arasında səs-küy saldı. Qurd adam və insandan birinin dünyaya gəlməsi min ildə bir dəfə olan hadisə idi və səni ələ keçirmək üçün vampirlər, öldürmək üçün isə qurd adamlar əl-ayağa düşdülər. Ancaq atan və anan səni bacardıqları qədər qorudular. Və güclü bir kahin tapdılar, həmin kahin sənin içindəki qurdu gizlətmək üçün cadu etdi. Öldürücü yara alana qədər içindəki qurd ölü sayılardı. Adi bir insan idin və bu da səni vampirlərin nəzərindən yayındırırdı. Zəif görmən, astma xəstəliyin – bunların hamısı cadunun təsirindən idi." Bütün bunlar olanları açıqlayırdı. Mən bir mələz idim. Yarı insan, yarı qurd adam. Öldürücü yara da üst-üstə düşürdü. Məktəb pəncərəsindən yıxıldığım həmin an cadu pozulmuşdu. İçimdəki qurd məni xilas etmək üçün ortaya çıxmışdı.

Gizli Həyatlar ( BAŞLANĞIC)Donde viven las historias. Descúbrelo ahora