16.bölüm

188 35 9
                                    

Kevin bir qəza nəticəsində qurda dönüşür. İçindəki qurdu idarə etməkdə çətinlik çəkərkən məktəbə yeni gələn Elena ilə qarşılaşır. Ondan hər nə qədər uzaq durmağa çalışsa da, bunu bacarmır. İl sonu gecəsində dolunay zamanı adının üç dəfə çəkildiyini eşidir və qurd bədəninə bürünmüş Kevin özündən aslı olmadan insan halını alır. Gözlərini tanımadığı bir yerdə açarkən qarşısındakının Elena olduğunu görür. Elena ona xəyanət edərək onu vampirlərə təslim edir. Daha sonra Elena bütün bu etdiklərindən peşman olur və Kevini nə qədər çox sevdiyini anlayır. Bunun üçün Joshdan kömək istəyir. Onunla birlikdə qurd adamların bölgəsinə gəlib olanları sürünün liderinə - Jessicaya danışır. Jessica və digər qurdların köməyi ilə Kevin vampirlərin əlindən xilas edilir. Qurdların bölgəsində Kevin özü haqqında bəzi həqiqətləti - bir qara qurd olduğunu və bunu hərkəsdən gizlətməli olduğunu öyrənir. Həmçinin Jessicanın köməyi ilə içindəki qurdu idarə etməyi də öyrənir. Qara qurd olduğuna görə digərlərindən fərqli olaraq artıq istədiyi zaman nəhəng ( amma tüksüz) bir qurda dönüşə bilir. Bütün yayı qurdların bölgəsində keçirdir, amma artıq yeni bir il başlayır. Kevinin məktəbdəki son ili...

Artıq yeni dərs ili başlamışdı. Bu il arzularımın gerçəkləşməsi üçün son ilim idi. Məktəb həyatımın son ili. Anama söz verdiyim kimi üniversitet tələbəsi olmalı idim. Bu sözümün üstündə durmalı idim. Heç bir qeyri-adi hadisələr istəmirdim artıq həyatımda. Bu bir il normal keçsin istəyirdim. Nə bir qurd adam, nə bir vampir , nə də bir başqası. Sadəcə mən və ətrafımdakı normal insanlar.

Və  bir aydan çox vaxt keçmişdi, Jessica məktəbdə məni yalnız buraxmamışdı və onunla olmadığımız qədər bir-birimizə yaxınlaşmışdıq. Və Elena, onu isə hələ də unuda bilməmişdim. Sanki, hər an ətrafımdaymış kimi bir hiss bürüyür içimi. Sanki, uzaqdan durub məni seyr edir , ancaq yaxınlaşmağa cəsarət edə bilmir.

İki oktyabr – bu gün doğum günüm idi. Artıq 18 yaşım olacaqdı. Bəlkə bəzi insanların ən xoşbəxt günüdü, amma mənim üçün heç belə olmadı,valideynlərimi itirdiyim gündən bəri, sanki, içimdə böyük bir boşluq olurdu. Hər ad günümdə bir az daha canım yanırdı. Daha çox üzülürdüm, ancaq heç kim görmürdü içimdək bu fırtınanı, heç kim anlamırdı məni. O gündən bəri yalnızca onunla xoşbəxt idim, doğum günlərimi də ancaq onunla xəyal edirdim. Ancaq bu da olmadı, bu istək də, bu arzu da , bu xəyal da sadəcə arzu, xəyal kimi qaldı içimdə, heç gerçəkləşməyən bir xəyal kimi. Buna görə də doğum günlərindən hər zaman nifrət etmişəm, 4 il bundan əvvəlki günlərimi, ailəmlə birlikdə, məni əsl sevənlərlə birlikdə keçirdiyim xoşbəxt günləri – doğum günlərimi özləyirdim hər zaman.

Üzümdəki üzgün ifadə və qolumdakı ailəmdən mənə son doğum günü hədiyəsi olan saat ilə aşağı düşdüm. Saat taxmağı heç sevmirəm, lakin ailəmi yanımda hiss etmək üçün qolumdan heç vaxt çıxartmırdım. Onlar üçün çox darıxmışdım, həm də çox.

" Doğum günün mübarək, Kevin. Amma bir az gül, bu sadəcə ildə bir dəfə olur. Günün dadını çıxart."

" Çox sağ ol, ancaq doğum günlərimdən nifrət etdiyimi bilirsən." – üzümdəki qəmgin ifadə ilə dedim. Xalamın üzündəki bütün sevincin yox olduğunu gördüm. Amma yalan deyə bilmədim. Yalandan sevindiyimi göstərməyə çalışsam da, bunu bacara bilmədim.

Dərsdən sonra evə gəldim və telefonumun zəngi ilə oyandım. Yuxuya getmişdim. Josh dərhal məni məktəbə çağırırdı. Mənim üçün yığıncaq təşkil etmişdi, hər nə qədər bunu istəməsəm də. Bir o qədər də sevinmişdim, tək olmadığımı anlamışdım. Ətrafımda Josh, Jessica kimi mənə dəyər verən dostlarım olduğunu bir daha anlamışdım

Gizli Həyatlar ( BAŞLANĞIC)Donde viven las historias. Descúbrelo ahora