23.bölüm

141 27 2
                                    

Çıxan günəş təbiəti öz əsirinə çevirən qarı az da olsa əritməyə başlamışdı. Evin damından yerə düşən ərimiş qar suyunun səsini eşidə bilirdim. Ancaq havada hələ də şaxta var idi. Bunu buz bağlayan pəncərələrdən asanlıqla müşaidə etmək olurdu. Dünənki o böyük günün ağırlığını hələ də hiss edirdim. Gözlərimi yorğunluqdan aça bilmirdim. On səkkiz illik həyatımda ilk dəfə idi ki, elə bir gecə keçirdirdim və hələ də o gecədən sağ çıxdığıma inana bilmirdim. Bu tam qələbə sayılmasa da, artıq kapsula bizdə idi və o bizdə olduğu müddətcə kəhanət həyata keçə bilməyəcəkdi. Bizim isə etməli olduğumuz yalnızca bir şey var idi – Dolunay gecəsinə qədər kapsulanı qorumağımız idi. Bunu necə edəcəyimizi hələ dəqiq bilməsək də, etməli idik. Hamının həyatı buna bağlı idi. Lakin indi düşündüyüm yeganə şey o vaxta qədər normal bir gənc kimi yaşamağım idi. Artıq həyatımda qeyri-adi heç nə istəmirdim, sadəcə öncəki məktəb həyatıma geri dönmək istəyirdim və bir də ki Ona....

Yorğanımı üstümdən çəkib ayağa durdum. Gecə paltarının içində gözlərimi ovuşdurdum. Buz bağlamış pəncərəyə yaxınlaşıb açdım. Şaxtalı havanı ciyərlərimə çəkdim, ətraf çox sakit idi. Yalnızca yolda məktəbə və işə gedən insanlar var idi – normal insanlar. Pəncərəni bağlayıb hamama getdim. Duş qəbul etdikdən sonra paltarımı geyinib aşağı düşdüm. Xalam artıq süfrəni hazırlayıb məni gözləyirdi. Məni görən kimi tez yerindən durub mənə yaxınlaşdı.

" Əzizim, gecə də səni yormamaq üçün heç nə soruşmadım. Necəsən?" - dedi üzümdən öpərək. İki əli ilə də üzümü tumarlayaraq gözlərimin içinə baxdı balasını meşədəki yırtıcılardan qorumağa çalışan ana maral kimi.

" Xala, narahat olmalı heç nə yoxdu." – üzümdəki əllərini əllərimlə tutub öpdüm. " Gördüyün kimi tək parça halında qarşındayam." – bütün bədənimi göstərirmiş kimi qollarımı yellədim.

" Yəqin ki, acsan. Gəl." Əlimdən tutaraq məni stolun başına apardı. Əlimi buraxsaydı, sanki, bir daha məni görməyəcəkmiş kimi bərk-bərk tutmuşdu.

" Əgər əlim sənə lazım deyilsə, onu borc ala bilərəm." – dedim üzümdəki sabah təbəssümü ilə.

" Bağışla, əzizim. Sənin üçün elə narahat idim ki." Səsi kövrəlmişdi. Məni öz oğlu kimi çox sevirdi, buna haqqı da var idi. Ayağa durub ona yaxınlaşdım. Islanmış gözlərini silib qucaqladım.

" Sənin yaxanı buraxmağa heç niyyətli deyiləm." – dedim. Zarafat edərək onun az da olsa narahatlığını azalda bilmişdim.

Elə bu an qapının zəngi çalındı. Xalam göz yaşlarnı silib qapıya getdi. Kimin olduğunu onun qoxusundan hiss etmişdim, qoxusundan hiss etməsəm belə, hər zaman lazımsız vaxtlarda gələn dostum Josh idi.

" Salam, Josh. Keç içəri." –deyə xalam onu dəvət etdi. Əslində heç dəvət etməsinə ehtiyac da yox idi, çünki artıq ailənin bir fərdi sayılardı.

Josh içəri girib mətbəxə gəldi. Salam vermədən stolu çəkib əyləşdi. Ortalıqdakı boşqabdan sandviçi götürüb yedi – mənim sandviçimi.

" Sənə də salam Josh. Buyur yeyə bilərsən." – dedim istehza ilə.

" Gördüyün kimi artıq yeyirəm." – dişlədiyi sandviçi göstərdi. təkrar yeməyə davam etdi. Xalam bir stəkan çay süzdü və mənə yeni bir sandviç hazırladı. Bitirdikdən sonra evdən çıxıb məktəbə getdik.

" Elena haradadı?" – deyə soruşdu Josh çiynimdəki məktəb sumkası ilə gedərkən.

" Elena birbaş məktəbə gələcək." – dedim.

Gizli Həyatlar ( BAŞLANĞIC)Onde histórias criam vida. Descubra agora