7.bölüm

234 50 2
                                    

Həyatım heç düşünmədiyim dərəcədə çox dəyişmişdi. O lənətə gəlmiş qəzadan sonra özümü tanıya bilmirdim. Aclığımı, qəzəbimi idarə edə bilmirdim. Hər an birini parçalayıb o isti və hələ də çırpınan ürəyinin dadına baxmamaq üçün özümü güclə saxlayırdım. Ancaq bunun yaxşı tərəfləri də var idi. Bəzi filmlər də, ya da kitablardakı kimi bir vaxtlar ən zəif, ən gücsüz, ən qorxaq biri olan məndən geriyə heç nə qalmamışdı. Hətta bir zamanlar oyunda iştirak edə bilməsəm də, artıq ən önəmli üzvlərdən biri idim futbol komandasında. Sonuncu məktəblərarası dostluq oyununda qalib gəlməyimizin səbəbi də məhz mən idim. Və İsabella. Sadəcə hər gecə ağ vərəqlərdə şəklini çəkməklə kifayətləndiyim İsabella belə mənə yaxınlıq göstərməyə başlamışdı, əsas da qalib gəldiyimiz futbol oyunundan sonra. Buna görə də Paul ilə münasibətim ikiqat pisləşmişdi, lakin bu məni əvvəlki kimi qorxutmurdu. Çünki mən artıq əvvəlki mən deyildim...

Artıq cənab Peterin tərcümələri gəlmişdi və dərsdən sonra ilk işimiz onu oxumaq oldu. Josh dərhol kompyuteri yandırıb email'ə gələn mesajı oxudu.

     Qurd  adamlar böyük bir sürü halında yaşayarlar. Sürülərdə müəyyən  təbəqələr vardır : alfa, beta , omega.

Ən böyükləri alfadır. Beta isə omeganın alfasıdır. Hər bir alt təbəqə özündən üstün olana hörmət etmək məcburiyətindədir. Sürünün liderləri meydan oxumaq ilə seçilir, qalib gələn lider olur və bu liderlik nəsillikcə ötürülmür. Sürüdə sədaqət ən birinci növbədə gəlir.

Qurd  adam dolunayda müəyyən çevrilməyə məruz qalır. Sümükləri bir-bir qırılıb yenidən şəkil alır, ilk öncə gözləri, ardınca pənçələri dönüşməyə başlayır. Dərisi yırtılaraq qurd  formasını alır. Və bu qurd normaldakılardan ən az iki dəfə böyük olur. Özlərini idarə edə bilməyən qurdadamlar dolunay zamanı nə olduğunu və nələr etdiyini xatırlamaz. Buna görə qurdadamlarda özlərini idarə etmə əsas şərtdir. Qara  qurdadamlar isə istənilən zaman özlərini bir qurda dönüşdürə bilərlər və dolunayın onlar üzərində o qədər də təsiri olmur.

 Qandan çox ətə meyil göstərərlər. Buna görə də əgər özləri idarə edə bilməzlərsə, digər canlıları, hətta insanları belə parçalaya bilər.

Qurd  adamlar qeyri-adi bir gücə sahibdirlər. Insan və digər canlılardan daha surətli, daha qüvvətlidirlər. Eşitmə, qoxu bilmə qabiliyyətləri, reflesksləri daha yaxşı inkişaf etmişdir. Hətta damarda axan qanın səsini belə eşidə bilər. Özlərini sağalda bilirlər, yaralanan zaman hücüyrələri normaldan daha surətlə bölünüb-çoxalır və həmin yara bir neçə saata sağalır. Buna görə ölümsüzdür. Qurdboğan bitkisi onlar üçün zəhər hesab olunur. Hətta öldürə də bilər. Qurd adamları öldürən digər vasitə gümüşdür. Qəlbindən vurulmuş gümüş ox, gümüş qılınc, gümüş güllə onları asanlıqla öldürə bilir.

Əfsanəyə görə dönüşmüş bir qurdadamın adını üç dəfə təkrar etməklə onu öz normal insan halına geri döndərmək olar. Bu geri dönüş qurdun özündən asılı olmadığı üçün dönüşümdən sonra bir müddət cansız bədəndən heç bir fərqləri olmur.

Eşitdiklərimə inana bilmirdim. Dolunay zamanı bir qurda dönüşəcəkdim. Və əgər özümü idarə edə bilməzsəm, ki idarə edə bilmirdim, bir çoxlarının canını ala bilərdim. Yaralarımın tez sağalmasının səbəbi də bu idi. Xəstəxanadan geri gəldiyim ilk gecə dolunay var idi, xatırlayıram. Bu da həmin adamı nəyə görə və necə öldürdüyümü açıqlayırdı. Nəhəng bir qurda dönüşmüşdüm və birini parçalamışdım.

Gizli Həyatlar ( BAŞLANĞIC)Onde histórias criam vida. Descubra agora