22.bölüm

115 25 4
                                    

Bütün ətraf az da olsa qarla əhatə olunmuş, xəfif , ancaq şaxtalı yel ağacların budaqlarını yavaşca hərəkət etdirirdi. Ayın işığı ətrafı adi gözlə görəcək dərəcədə işıqlandırırdı. Mağaranın yaxınlığında – çəmbərin daxilində isə nə qar var idi, nə dəki yel əsirdi. Heç bir ağacın bir yarpağı belə hərəkət etmirdi. Sanki, içəridə zaman durmuşdu. Sanki, bütün təbiət mağaranın yanında aciz qalmışdı.

" Hey, Jess..." – dedi Kevin yüksək səslə. " İndi nə edəcəyik?"

" Tutun..." – deyə qışqırdı Jessica. Əlində bir neçə bıçaq var idi. Kevinə doğru yaxınlaşdı. " Bunlardan istifadə etməyi , ümid edirəm ki, hamınız bilirsiniz." Üzünü çevirib bir-bir hamıya baxdı.

" Əlbəttə..."

Kevin bıçağı əlinə alıb diqqətlə nəzərdən keçirdi, çox qərarsız idi. Çörək kəsmək üçün, meyvə doğramaq üçün istifadə etdiyi bıçağı ilk dəfə idi ki, birilərini öldürmək üçün istifadə edəcəkdi. Ancaq bundan necə istifadə edəcəyini bilməsə də, məcbur idi. Çünki istifadə edə bilməsəydi, 100 illik vampirlərə qarşı onun yumruqları elə də təsiredici olmayacaqdı. Və əgər buradan sağ çıxmaq istəyirdisə, buna hazır olmalı idi.

" Öyrənərəm." – dedi. Elenaya gözucu baxaraq bıçağın dəstəyindən sərtcə tutdu.

Artıq vaxt idi, vampirlərə mağaraya daxil olmağa imkan verməməli idilər. Əgər mağaraya daxil ola bilməsələr, 1000 il ərzində yenidən mağara öz işini yerinə yetirəcəkdi, ona edilən əmanəti yenidən qoruyacaqdı.

Arthur, Kevin, Elena, Jessica və digər Jessin sürüsəndən olan qurd adamlar əlində bıçaqlarla, Josh isə əlində taxta güllələrlə doldurulmuş tüfənglərlə mağaranın girişində öz yerlərini almışdılar. Josh  tüfəngi hazır şəkildə ən öndə idi. Vampirlər də ən az onlar kimi heç bir güclərinin olmadığını görəndə nə edəcəklərini bilmirdilər və ən əsası silahsız idilər. Bu da vampirlərin əlehinə idi saylarının daha çox olmasına baxmayaraq.

Josh tüfənglərlə onlara doğru gələn vampirləri nişan aldı. Gücləri olmadığına görə nə güllələrdən qaça bilirdilər, nə də ki yaralarını sağalda bilirdilər. Josh o qədər yaxşı nişançı olmasa da vampirlərin öhdəsindən asanlıqla gəlirdi. 

Vampirlər birbaşa onların üzərinə getməklə heç bir şey əldə edə bilməyəcəklərini anlamışdılar. Mağaranın üzərindən, sağdan və soldan onlara hücum etdilər. Josh  nə qədər çalışsalar da, hər tərəfdən hücum edən vampirləri öldürə bilmirdilər.

" Gəlin ölümünüzün yanına." – deyib bıçağını bərk tutaraq onları əhatə edən vampirlərin üzərinə hücum çəkdi Kevin.

Bunu görən kimi Elena, Jess ve Arthur dərhal hücuma keçdilər. Atış səsləri dayanmaq bilmirdi. Vampirlərin daha çox yaşadığını və bəzilərinin hətta dəfələrlə müharibələrdə iştirak etdiyini nəzərə alsaq, onların - əsas da bıçaqla davranmağı hələ bilməyən Kevinin vəziyyəti heç də yaxşı deyildi. Buna baxmayaraq çox cəsurca döyüşürdü.

Kevin onun üzərinə hücum çəkən vampirin üstünə atıldı, bıçağı cəld bir şəkildə ürəyinə keçirtdi. Bu onun bıçaqla öldürdüyü ilk vampir idi. Elə də çətin olmadığını görüb dərhal digərlərinin üzərinə hücum etdi. Vampirin biri onun üzərinə gələrək yetərincə güclü bir təpik vurdu Kevinin qarın boşluğundan. Kevin yerə çöməlib əli ilə qarnını sıxdı. Bıçaq əlindən bir az aralıya düşmüşdü. Kevinin yerə oturduğunu görən vampir heç dayanmadan dizi ilə çənəsinin altından daha bir zərbə vurdu. Ağzından qan ətrafa sıçradı. Başı arxaya getdi, özünü saxlaya bilməyib arxasıüstə yerə yıxıldı. Vampir dərhal üzərinə atılıb ağzını boğazına yaxınlaşdırdı. Qanını içməyə artıq hazır idi. Ancaq güclərinin olmadığını unutmuşdu, buna görə də azı dişlərindən istifadə edə bilmirdi. Kevin gülərək " bağışla, amma güclərin işə yaramır. Gəbər, qaniçən." – deyib belindən digər bıçağı çıxardaraq boğazını kəsdi. Vampirin qanı Kevinin üzünə töküldü. Ayağa durub üz-gözünün qanını qolu ilə silib digərlərinin üzərinə hücum etdi.

Gizli Həyatlar ( BAŞLANĞIC)Where stories live. Discover now