14.bölüm

192 32 2
                                    

Gözlərimi güclə açıb ətrafa baxdım. Heç nə tanış gəlmirdi. Divar rəngləri, pərdələr, yerdəki xalça, uzandığım yataq belə tam fərqli idi. Başqa bir yerdəydim, amma harda bilmirdim. Digər çarpayıda Joshun uzandığını gördüm. Boynunda və qolunda sarıqlar var idi, qolu , deyəsən, qırılmışdı. Heç nə xatırlamırdım, olanları yadıma salmağa çalışdım. Yavaş-yavaş xatırlamağa başlamışdım. Qurd adamların vampirlərə qalib gələrək məni ordan çıxartmaqları, o döyüş, ən əsası da Elena. Onun üçün çox darıxmışdım, mənə bunu etməsinə baxmayaraq, onu hələ də sevirdim. Əgər gəlib " bağışla məni" - desəydi, o an bağışlayıb boynuna sarılardım. Düşünərək gözümü tavana zilləmişdim. Və qapının açılması ilə sarışın dalğalı saçlı biri içəri daxil oldu. Qoxusu tanış gəlirdi. Məni xilas edən həmin qurd idi. Adı nə idi, bilmirdim, kim idi, onu da bilmirdim. Tək bildiyim onun da mənim kimi olması idi. İçəri daxil olarkən üzündəki gülümsəmə içimi isitmişdi.

" Haqqında ən çox danışılan qəhramanımız da artıq özünə gəlib, deyəsən."

" Siz... Sizi xatırladım, məni ordan siz xilas etmişdiz. Nə qədər minnətdar olsam, yenə də azdı."

" Birincisi , adım Jessicadı. Ikincisi siz yox, sən - deyə müraciət etsən, sevinərəm. Üçüncüsü də biz bizdən olanları heç vaxt darda qoymarıq."

" Neçə saatdı yatıram? Josh, o necədi? "

" Artıq 1 gündən çoxdu ki, yatırsan. Ancaq Joshun səndəki kimi özünü sağaltmaq bacarığı olmadığına görə bir gündə oyana bilməyəcəyinə əminəm. Qolu qırılıb, boynunda vampir dişləyinin izi var idi və beynindən isə ağır zərbə alıb, lakin həyati təhlükəsi artıq yoxdu. Bir neçə günə özünə gələcək."

" Bura haradı, biz hardayıq? " - deyib ayağa durdum.

" Bura qurd adamların bölgəsidi. Və səni ən azı sağalana qədər burda saxlayacayıq. " Sonra üzündəki o şirin gülümsəmə ilə qolumdan tutaraq yataqdan qaldırdı.

" Yaqin ki, acsan. Menyuda təzə bişirilmiş ceyran əti var." - deyərək yeməkxanaya apardı.

Ortada qarşı-qarşıya düzülmüş iki böyük stol və ətrafında çoxlu stullar var idi. Otaq çox sadə idi. Heç bir dekorativ əşyalara rast gəlmək olmurdu. Üç ədəd kiçik pəncərə ətrafı aydınlatmağa yetərli idi. Içəri girib bir stolda oturduq.

" Görünür buranı düzəldən zaman bu inanılmaz dekorasiya işlərinə çox vaxt xərcləmisiz." - səsimdəki lağ edici gülüş ilə ətrafa baxırdım.

" Qurd adamların dekorasiyadan daha vacib işləri var."

" Heyvan ovuna çıxmaq kimi, məsələn."

" Ova çıxmasan ac qala bilərsən. Ac qalsan güclərini, özünü idarəni itirə bilərsən. Ki bunlar da baş verdiyində ağlına belə gəlməyəcək hallarla üzləşə bilərsən." Otağın sonundakı qapı açılaraq ağ önlüklü bir qadın əlindəki iri boşqablarla masaya yaxınlaşdı.

" Ov etmək ən önəmlisidir." - deyərək Jessicanın sözünə əlavə etdi.

" Bişmiş ət? Ovlamaq dediyin zaman ilk olaraq ağlıma çiy ət gəlmişdi."

" Ovlanmaq qurdun təbiətində var. İçərindəki qurdun istəyini də yerinə yetirməlisən, yoxsa sonları heç də ürəkaçan olmaz. Çiy ətə gəldikdə isə..." - əti bıçaq ilə kəsərək ağzına qoydu. "... hər nə qədər yesən bir o qədər yaxşıdır. Əgər çiy ətə daha çox ehtiyac duysan, zamanla o ehtiyacını yalnızca heyvanlar ödəməyəcək." Ağzına yeni tikə qoydu. " Nə demək istədiyimi yəqin anladın."

Gizli Həyatlar ( BAŞLANĞIC)Donde viven las historias. Descúbrelo ahora