13.bölüm

197 31 2
                                    

( Oxuduqdan sonra pis-yaxşı fikirlərinizi bildirin mümkünsə.)


Elenanın dilindən

" Sən, sən, sən və sən. Burda qalın nə olar-olmaz." – deyə Jessica əli ilə 4 nəfəri göstərdi.

      Artıq dolunay zamanı idi. Xəfif isti külək ağacların budaqlarını yellədərək təbiətin qoxusunu ətrafa yayırdı.

       " Vaxtdır." – dedi Jessica. " Bu günə qədər heç zaman bizdən birilərinə arxa çevirməmişik. Bu gün də belə olacaq."

        Josh ilə bir qıraqda dayanmışdıq. Qurd adamlar paltarlarını çıxardaraq dönüşümə hazırlaşırdılar. Əllərini yerə qoyaraq qurd duruşunu aldılar. Dolunay səmada görünməyə başlayan kimi hər biri başlarını aya qaldıraraq uladılar. Gözümüzün qarşısında dönüşməyə başladılar.

        " Vay canına." – dedi Josh.

        Pənçələri dönüşərək bədənləri sıx tük qatı ilə örtüldü. Qurd dişləri uzandı, qulaqları, burunları qurda dönüşdü. Və çox keçmədiki, artıq ətraf nəhəng qurdlarla dolu idi.

        " Dönüşən zaman ağrı hiss etmirlər? Amma Kevində belə tez və asanlıqla baş vermirdi."

        " Kevin daha yeni qurd adam olub." – deyə Joshun heyret dolu gözlərinə baxdım. " Zaman keçdikcə daha asan və daha tez baş verir."

        " Həm Kevin belə görsənmirdi. Onu yalnızca bir dəfə görmüşdüm. Qapını qıraraq üstümə cumduğu zaman. Qorxumdan ona diqqətlə baxa bilməsəm də, belə deyildi. Bədənin bir dənə də olsun digərləri kimi tük örtüyü yox idi." – dedi ətrafındakıları nəzərdən keçirdərək.

      " Bu söhbəti sonraya saxlasaq?" – xahiş etdim.

 Nəhəng bir boz qurd qarşımda dayanaraq başı ilə meşəni işarə etdi. Yolu göstərməyimi istəyirdi. İllər boyu tək hədəfim qurd adamlar olduğu üçün artıq onlar haqqında ən kiçik şeyləri belə bilirdim – işarələrini, bir hərəkətlə nə demək, nə etmək istədiklərini.

        " Bəs Josh?" Danışa bilməsələr də, nə deyildiyini anlayırdılar.

        Boz qurd ayaqlarını bükərək əyildi. " Josh, çıx və bacardığından artıq bərk tut." – dedim.

         Josh bir müddət gözlərini qurd və mənim aramda gəzdirdikdən sonra qurdun belinə çıxaraq boynundan bərk yapışdı. Oturduğunu görən kimi qabağa düşərək meşənin içərisinə doğru surətlə qaçdım. Arxama baxmasam da, qoxularından arxamca gəldiklərini anlayırdım.            

         Çox keçmədi ki, həmin köhnə binaya çatmışdıq. Hər tərəfdə vampirlər var idi. Boz qurd – onun Jessica olduğundan adım kimi əmin idim - başı ilə işarə edərək binanı mühasirəyə almağı dedi. Elə həmin dəqiqə bina mühasirəyə alındı. Vampirlə artıq qoxumuzu almışdılar, tədirgin halda ətrafa nəzarət edirdilər.

       " Josh, sən burda qal. Belə heç bir köməklik edə bilməzsən. Bir neçə saniyəyə qanı qurudarlar." – deyib hücuma keçdim. Bütün vampirlər tökülmüşdülər, sayları düşündüyümdən də çox idi. O an oxlarımı yanımda götürmədiyimə olduqca peşiman olmuşdum. Ancaq bunu düşünməyə bir saniyə belə yox idi. Vampirlər artıq dayanmadan hücuma başlamışdılar. Ən öndə duran qurdun işarəsi ilə digərləri irəli atıldılar.

        Qurd adamlar vampirlərin üstünə cumub başlarını bədənlərindən ayırırdılar. Jessica isə dayanmadan pənçələri və dişləri ilə ölümcül zərbələr endirirdi. Qarşına çıxan hər vampiri bir neçə hərəkət ilə yerə yıxırdı. Hədəfi binanın giriş qapısı idi.

Gizli Həyatlar ( BAŞLANĞIC)Tempat cerita menjadi hidup. Temukan sekarang