17.bölüm

172 29 3
                                    

Hər şey qaydasında kimi görünürdü. Əsas Elena yanımda idi və bu mənə kifayət idi. Bir gün dərsdən sonra havanın buludlu olmasından istifadə edərək bir az ətrafda söhbət edərək Elena ilə gəzirdik. Və tam söhbətin ortasında mövzunu dəyişərək " mənə bir xəritə lazımdı, tapşırığımı yerinə yetirmək üçün." – dedi. " Ancaq bir neçə yerə baxsam da , istədiyim kimisini tapa bilmədim."

" Nə xəritəsi?"

" Köhnə və bütün qəsəbələrin, ərazilərin yerləşdiyi bir xəritə."

" Köhnə olması şərtdi? Çünki məndə keçən ay aldığım bir xəritə var. İstəsən onu verə bilərəm."

" Xeyr, mənə köhnə bir xəritə lazımdı. Ən azından beş yüz illik bir xəritə. Çünki keçən əsrin bitki örtüyünün necə yayılması haqqındadır tapşırığım. Bilmirəm hardan və necə tapım." – başını aşağı salladı. Deyəsən, çox lazım idi və buna görə də üzgün görsənirdi. Ancaq onun üzündəki gülüşü geri qaytarmaq üçün tapmalı idim bu xəritədən.

" İki yüzdən çox yaşı olan sənsən. Belə köhnə əşyaları sən daha yaxşı tapa bilərsən. Ancaq yenə də baxaram. Dəqiq bilmirəm, amma olsa, ancaq atamın köhnə əşyaları arasında olacaq. Tapa bilsəm ora baxaram. " - dedim.

" Nə qədər sevinəcəyimi təxmin belə edə bilməzsən, əgər onu tapa bilsən."

Evə çatar-çatmaz xalamın yanına getdim. Valideynlərimin bütün köhnə əşyalarının yerini yalnızca xalam bilirdi. Və onların vəfatından sonra daha çox acı çəkməyim deyə bütün əşyaları yığışdıraraq öz otağında saxlayırdı. Təbii ki, onlara baxmaq icazəm də yox idi. Hətta evdə valideynlərimin şəkilləri belə yox idi. Ancaq söhbət yüz illərin bir xəritəsindən gedirsə, atamın əşyaları arasında olacağına əminəm. Çünki bir zamanlar onda belə bir xəritə gördüyümü xatırlayırdım. Xalamdan soruşsam da, hər zamankı kimi atamın əşyalarının yerini demədi və mən axtarışa başladım.

Evin bütün yerinə baxdım. Xalamın otağı, tavan arası, hətta hamam və mətbəxə belə. ANcaq heçnə tapa bilmədim. Sadəcə zal qalmışdı. Saat gecə yarısını çoxdan keçmişdi. Xalam televizoru söndürüb otağına çıxdı. Yarım saat gözlədikdən sonra qulaq asdım, heç nə eşitmədim, yatmış olmalı idi. Sakitcə aşağı düşüb zalı axtarmağa başladım. Ətraf qaranlıq idi. Telefonum isə otağımda qalmışdı, onu çıxıb götürsəydim pilləkanların səsindən oyana bilərdi. Qaranlıqda da necə axtaracağımı düşünərək qalmışdım. " Axmaqsan axı, deyəsən, sən." – öz-özümə fısıldadım. Gözlərimi dəyişib ətrafı görə bilmək üçün qurd gözlərimi sərbəst buraxdım.  Birdən divanın altında gözümə bir şey sataşdı. Sanki parketlər kəsilib yenidən yapışdırılmışdı. Üzəri də xalça ilə örtüldüyündən əvvlcə bunu heç görməmişdim. Xalçanı qaldırıb divanı azca qırağa çəkdim. Altındakı kəsik parketləri qaldırdım, bir qutu var idi. Köhnə bir qutu idi, üstündə qalın toz qatı var idi. Qutunu çıxardıb açdım. İçində bir neçə qeyd dəftəri, qəribə şəkillər, qatlanmış köhnə kağız və ot var idi. Daha doğrusu ot , sanki, qutunun içərisindəkiləri qorumaq üçün ən üstə düzülmüşdü. Kağızı götürə bilmək üçün qurumuş otu əlimə götürmək istədim. Sadəcə azacıq əlim həmin ota dəymişdi və sanki, qaynar su tökülmüş kimi əlim yandı. Tez çəkdim əlimi, deyəsən, qurd boğan bitkisi idi. Qutunu çevirərək içindəkiləri yerə tökdüm. Qatlanmış kağızı açdım, və xəritə. Bizim qəsəbə də içində olmaqla bir neçə qəsəbədən ibarət böyük bir xəritə idi. Qoxusundan və çəkilmə tərzindən çox köhnə olduğu bilinirdi. Axtardığımı tapmışdım, qalanların nə olduğu, nəyə görə burada gizlədildikləri isə sonrakı məsələ idi. Daha doğrusu, sabah dərsdən sonra ilk işim bu olacaqdı. Köynəyimin ətəyi ilə qutunun içindəkiləri və sonda isə həmin otu əvvəlki qayda ilə yerləşdirib qutunu yerinə qoyaraq xalçanı örtüb divanı çəkdim.

Gizli Həyatlar ( BAŞLANĞIC)Donde viven las historias. Descúbrelo ahora