21.bölüm

123 26 3
                                    

Onları elə çarəsiz halda görməmişdim və görməməli idim də. Dünyama qayıtsam da ağlım, fikrim, düşüncələrim hələ də orada idi. Sanki orda imişəm kimi gördüm bütün olanları. Vampirin valideynlərimi öldürməsini, Gabriellanı özləri aparmasını gördüm. Və Elena. Onun çarəsiz və peşman halını da gördüm. Əgər o vampirə dönüşdürməsəydi həmin qızı bütün bunlar olmazdı, günahkar biri var idisə, o da Elena idi. Bunu ağlım belə düşünürdü. Ancaq qəlbim Elenanın heç bir günahı olmadığını deyirdi. Belə olacağını heç vaxt istəməzdi. Ən son istədiyi şey idi, günahsızların canını almaq. Qəlbimlə razı idim, yəni razılaşmaq istəyirdim. Ağlımdakı qaranlıqlar isə buna imkan vermirdi.

Artıq evə çatmışdıq. Xalam mətbəxtə keçib isti kofe gətirdi içməyimiz üçün.

" Elena" – dedi kofeləri stolun üstünə qoyaraq. " Bir neçə gündü gəlib səni soruşurdu, zəng etməyə cəsarətinin olmadığını dedi. Ancaq nə olubsa, qız çox peşman idi. Hər danışdıqda ağlamamaq üçün özünü güclə saxlayırdı."

" Bəs bu gün, bu gün gəlib?" – tez soruşdum.

" Xeyr, bu gün hələ ki gəlməyib." Əlimdəki fincanı stolun üzərinə qoyub qapıya yaxınlaşdım. Elə qapını açıb çıxmaq istəyirdim ki, qarşımda Elenanı gördüm. O sehirli baxışları ilə mənə baxırdı, üzüntünün qoxusunu hiss etməmək mümkün deyildi.

" Mən..." – deyə sözə başlamaq istəyirdi. Sözünü yarımçıq kəsib qucaqladım, başını sinəmə basdım. Saçından öpərək qoxusunu içimə çəkdim. Çox darıxmışdım onun üçün. Ona – o soyuq teninə toxunmaq üçün, qoxusunu almaq üçün, o sehirli gözlərinə baxmaq üçün çox darıxmışdım. Əllərini arxadan belimə dolamışdı. Başını qaldırıb gözlərimə baxdı bir müddət. " Səni sevirəm." – deyib öpdüm məni həyata bağlayan o dodoqlarından. " Bir daha heç vaxt səni tək buraxmayacam, sevgilim." – dedim qulağına fısıldayaraq. " Bir daha səndən heç nə gizlətməyəcəm, sevgilim." – deyə qarşılıq verdi üzümdəki gülümsəməyə səbəb olan səsi ilə. Əlimlə gözlərindəki yaşı sildim. " Bir daha bu gözlərdə yaş görmək istəmirəm"

" Salam." – dedi öskürürmüş kimi səs çıxartdıqdan sonra Josh.

" Hər dəfə olduğu kimi zamanlaman mükəmməl." – dedim. Bu anı pozduğu üçün əsəbiləşmişdim.

" Bilirsən, belə işlərdə peşəkaram." Əlindəki əlyazmanı göstərərək " əlyazmada nə tapdığımı göstərməmiş donmağımı istəmərsiz, yəqin ki." – deyərək qapını açıb yanımızdan keçərək içəri daxil oldu.

" Əslində səni elə buradaca qoyardım, ancaq dua et ki, bizim üçün lazımsan." – qapını açıb içəri girdik. Elenanın əlindən tutmuşdum zala daxil olarkən.

" Deyəsən bir şey tapmışam, ancaq dəqiq nə olduğunu bilmirəm." – deyə vurğuladı ikinci hissəni daha yüksək səs ilə. " Əgər diqqətlə baxsaq" səhifələri başdan vərəqləməyə başladı. " Burada bir kiçik nöqtə işarəsi görürük." – dedi təxminən ilk 10-12 səhifədən sonrakı səhifəninbir qırağında kiçik bir nöqtəni göstərərək. Adi halda hamı bunun lazımsız bir şey olduğunu düşünərdi ki, mənim üçün hələ də lazımsız bir fakt idi.

" Bu təsadüfü qələmin saldığı bir nöqtədir. Başqa nə anlamı ola bilər ki? " – lağ edərək gülümsədim.

" O sənin üçün elə ola bilər, mənim axmaq dostum." – deyib davam etdi. " Bu nöqtə yalnız burada deyil." Bir neçə səhifə qabağa açıb birini, daha sonra isə birini göstərdi. " Əgər diqqətlə baxsaq, görərik ki, bu təsadüfü fakt deyil." Başdan ilk nöqtəyə qədər olan səhifələri saymağa başladı. " Baxın ilk nöqtəyə qədər tam 12 səhifə var." Digər nöqtələrə qədər olan səhifələri də saydı. " İlk nöqtə ilə ikinci nöqtə, ikinci nöqtə ilə isə üçüncü nöqtə arasında da tam 12 səhifə var." – dedi həyəcanla.

Gizli Həyatlar ( BAŞLANĞIC)Tahanan ng mga kuwento. Tumuklas ngayon