24.bölüm

125 25 4
                                    

Artıq Yeni İl gecəsi idi və bu gecə məktəbin idman zalında hər ilki kimi böyük bir yığıncaq təşkil olunmuşdu. Gecənin başlamasına bir neçə saat qalmışdı. Duş qəbul edib otağıma keçdim. Xalam kastyumu hazır şəkildə yatağımın üstünə qoymuşdu. Vaxt itirmədən geyinməyə başladım. Kalstuku boynuma salıb güzgünün qabağına keçdim. Hazır güzgünün qabağında durmuşkən saçıma da bir əl gəzdirdim. Pencəyimi götürüb geyindim və aşağı düşdüm. Xalam qapının yanında dayanıb məni gözləyirdi. Aşağı düşən kimi mənə yaxınlaşıb kalstukumu və pencəyimin boynunu düzəltdi və maşının açarlarını ovcuma qoydu. Evdən çıxarkən son kəz qapının yanındakı güzgüyə baxdım, ayaqlarımı geyinib maşına yaxınlaşdım. Josh ilə birlikdə Elenanın evinə gedib onu götürməli idim. Əyninə tam oturmuş qara smokin geyinmişdi. Hər zamankı saç düzümü və özündən razı ifadəsi ilə gecənin ən çox danışılan oğlanı olacağını göstərirdi.

" Dostum, bütün qızların sənə baxdığını görsəm sonra qaydaları dəyişməli olacağıq." – deyib ön güzgüdə saçını düzəltdi.

" Qızlar sənindi. Narahat olma." Mənə başqa biri lazım deyildi, yanımda sevgilim olduqdan sonra.

Elenanın evinin qabağında saxlayıb siqnal verməyimlə Elenanın qapının açaraq çölə çıxması bir oldu. Maşından düşüb qapıya söykənərək ona baxırdım. Balıq formalı uzun mavi rəngli paltarı bədəninin bütün gözəlliyini ortaya çıxartmışdı. Üzərində olan pulcuğa bənzər bəzəklər ay işığında tam fərqli görünürdü. Saçını bir az qıvrım edərək sağ tərəfdən önə doğru atmışdı. Zərif makyaj onun ten rəngini daha da füsunkar etmişdi və paltarı ilə tam bir vəhdət halında idi. Boynundakı tək mirvaridən ibarət olan zərif boyunbağı ona başqa bir hava qatmışdı. Uzaqdan parlaq bir kürə kimi görünən ayın zəif işığı altında əlindəki kiçik qara rəngli çanta ilə paltarının yerə dəyən uzun ətəyini qaldıraraq maşına doğru gəlirdi. Və mən isə hələ də bu gözəlliyin qarşısında şok olmuş vəziyyətdə hərəkətsiz qalmışdı.

" Dostumla birlikdə olmasaydın, gecəmi səninlə keçirməkdən zövq alardım." – deyərək Josh Elenanın yanına getdi. " Fikrini dəyişmək üçün hələ də gec deyil."

Elenanın əlindən tutaraq maşının ön qapısına doğru gətirdi. Mən isə heç nə demədən Elenanı izləyirdim. Gözlərimə sahib çıxa bilmirdim. Bütün ağlım, düşüncələrim donub qalmışdı. O anda adi cansız fiqurdan fərqsiz deyildim.

" Bu heykəlin nəyini seçmisən hələ də anlamaqda çətinlik çəkirəm." – Josh əli ilə məni işarə elədi. Beynimdə yalnızca danışıqlar gəlib gedirdi. Görüntü olaraq isə Ondan başqası yox idi. Çənəmi maşının üstünə dayayaraq digər ön qapıda duran Elenaya baxırdım, Josh isə artıq arxa oturacaqda əyləşmişdi.

" Hey, yaxşısan?" Elena fikrimi toplamaq üçün əlini açıq halda havadı yellədirdi.

" Şeyyy..." çənəmi maşından ayıraraq özümü ələ almaq üçün gözlərimi bir neçə dəfə açıb yumdum. " Nə?" – deyə kəkələdim.

" Gecə hələ başlamayıb və əgər siz ikiniz bütün günü burda durub bir-birinizə ətə baxan pişik kimi baxacaqsızsa, mən düşüb piyada gedə bilərəm. Sizin üzünüzdən qızlarla dolu bir gecəni qaçırtmaq niyyətində deyiləm."

Ancaq Joshu vecimizə belə almırdıq.

" Hey, kimə deyirəm? Aman Tanrım......" – səsi əvvəlkindən daha bərk çıxmışdı.

" Otura bilərik?" – deyib gülümsədi Elena.

" Şey, əlbəttə."

" Axır ki, içinizdən bir ağıllı çıxdı." – deyə arxa fondan bir səs eşidildi. Heç şübhəsiz ki, Joshun səsi idi.

Gizli Həyatlar ( BAŞLANĞIC)Tempat cerita menjadi hidup. Temukan sekarang