6.bölüm

253 48 4
                                    

Josh maşını yolun qırağında saxladı və qarın üzərində yeni izlər açaraq meşənin dərinliyinə doğru addımladıq. Qarın altında çürümüş yarpaqların, islanmış ağac gövdələrinin qoxusunu ciyərlərimə çəkdim. Yarpaqsız uca ağacların budaqlarında soyuqdan sağ çıxmaq üçün çırpınan qarğaların, ara-sıra təbiətin sükutunu pozan bayquşun, oyulmuş ağac gövdələrində hərəkət edən dovşanların, dələlərin hətta torpağın altındakı qarışqaların belə səsini eşirdim. Təbiəti hər zaman çox sevmişəm, ancaq bu dəfə hər şey tam fərqli idi. Meşə canlanmışdı, sanki. Özümü bura aid biri kimi hiss edirdim, elə bil, mən də bu qoca təbiətin bir parçasıymışam.

        " Eeee????"

       " E-si sənin hislərini necə idarə etməyi öyrənəcəyik."

       " Amma necə?"

       " Mən də bu sualı verəcəyindən qorxurdum. Düzünü desəm, o haqda hələ heç bir fikrim yoxdu."

       " Nə yəni? Heç bir fikrin olmadığı haldamı bizi bura gətirmisən?"

       " Evə getmək istəməyən sən idin, dostum. İndi isə mızmızlanırsan."

       Əslində evə getmək istəmədiyimi deyəndə, bura gəlmək kimi bir fikrim yox idi. Nə bilim, bir bilyarda salonuna gedə bilərdik, misal üçün.

        " Məncə ilk öncə surətini qaydaya salmaqla başlaya bilərik." Ona baxdım. " Necə edəcəyimizi soruşma. Bilmirəm." – deyərək məni qabaqlamışdı. Bilmədiyimiz bir şey ilə necə mübarizə aparacaqdıq, mənə çox maraqlı idi. " Bax... O qayanı görürsən?" Əli ilə qayanı işarə edərək göstərdi. " Təxminən aramızdakı məsafə iki yüz metr olar."-dedi.

        Gözlərimi qısaraq qayaya baxdım. Bilmirdim necə, amma məsafəni baxışlarımla ölçmüşdüm. " Əslində 227 metr." – dedim Josha baxaraq.

         " Offf... Olsun, 227." Cibindən mobil telefonu çıxartdı. " Saniyə ölçəni qoşacam və o qayanın yanına gedib gəlməlisən. Sadəcə bacara bildiyin bir surətlə qaç." Saniyəölçəni qoşaraq " qaç." – deyə qışqırması ilə yerimdən irəli doğru atılmağım bir oldu.

          Yanından keçdikcə çılpaq ağac budaqları irəli-geri doğru hərəkət edirdi. Külək üzümə tökülən qara saçlarımı dalğalandırırdı. Və şaxtalı hava mənimlə yarışırdı, sanki. Surətimi azaltmağa çalışan havanın müqaviməti belə qarşımda aciz idi. Hansı surətlə qaçdığımı bilmirdim, ancaq insan surəti olmadığından adım kimi əmin idim. Gözümün önündə yalnızca həmin qaya var idi. O qayaya çataraq geri dönmək. Nə qədər çalışsam da, başqa heç nə haqqında düşünə bilmirdim. Və bir anda Joshun səsini eşitdim. " Hey... Hey.. Kev..." – deyə qışqırırdı yüksək səslə. Çətinlik çəksəm də, dayana bildim. Arxama döndüyümdə Joshun yanından keçərək uzaqlaşdığımın fərqinə vardım. Mən güclərimi deyil, güclərim məni idarə edirdi. Bir daha güclərimi idarə etməyi nə qədər tez öyrənsəm, mənim üçün bir o qədər yaxşı olacağını anladım.

          Geriyə dönərək Joshun yanına getdim. 00:00:14:07 – yazılmışdı telefonun ekranında. " Dörd yüz metrdəndən çox məsafəni sadəcə 14 saniyəyi qaçdım? Zarafat edirdən?"  Bu inanılmaz idi. Bir insandan daha surətli olduğumu anlamışdım, ancaq bu qədərini xəyal belə etmirdim.

         " Useyn Boltun rekordunun üzərindən böyük bir xətt çəkdin, dostum." Üzümdə kiçik bir gülümsəmə yarandı. Surətimə söz ola bilməzdi, ancaq bu belə davam edə bilməzdi.

         " Nə qədər cəhd göstərsəm də, surətimi azalda bilmədim. Sanki, güclərimin əsiriyəm. Məni istədikləri kimi hərəkət etdirirlər. Nə zaman addımdan böyük bir hərəkət etsəm, sonu belə olur."

Gizli Həyatlar ( BAŞLANĞIC)Donde viven las historias. Descúbrelo ahora