12.bölüm

157 33 6
                                    

(Elenanın dilindən)


Heç nə demirdi, sadəcə gözündən yaş axırdı. Və bu qəlbimi daha da acıdırdı. Qışqırsaydı, hətta söysəydi , mənim üçün bu qədər çətin olmazdı. Amma o sadəcə sakitcə mənə baxırdı. Gözlərindəki yaş " niyə? " - sualını verirdi , sanki. Çox məyus olduğu, ürəyinin sındığı açıqca görünürdü. Və buna mənim lənətə gəlmiş qisas hissim nail olmuşdu. Ancaq onu çox sevirdim və həmişə də sevəcəkdim. Artıq orda daha çox durub Kevinin o halını izləyə bilmirdim.

" Robert, artıq mənim işim bitdi. Yenidən qurdadamlara rast gəlinsə məmnuniyyətlə sənə gətirməyə hazıram."

" Bilirəm, Elena. 100 ildən çoxdur ki, mənim üzümü heç bir işdə qara çıxartmamısan. Bu gün də olduğu kimi." - dedikdən sonra sağollaşıb ordan çıxdım.


Artıq qəsəbədən uzaqlaşmaq qərarına gəldim. Çünki burdakı işimi bitirmişdim. Burada son bir neçə ayda demək olar ki, hər kəs məni tanımışdı. Əsas da Josh. Kevini son dəfə mənimlə görmüşdü və onun yoxluğunu anladığı an ilk şübhəli olacaqdım. Digər tərəfdən də məni bura bağlayan başqa heç nə yox idi. Günün çıxmağına 2 saatdan az vaxt qalmışdı. Bu müddət ərzində öz ərazimizə çatmalı idim - vampirlərin məskən saldığı ərazi. Tam surətlə qaçsam, sadəcə 20 dəqiqəyə orda ola bilərdim. Ancaq ağlım, düşüncələrim tamamilə alt-üst olmuşdu. Fikrimi bir yerə cəmləşdirə bilmirdim. Təbii ki, bu da mənim surətimi azaldırdı, artıq 40 dəqiqə keçmişdi və nəhayət ki, öz ərazimizin sərhədlərini görə bilirdim. Gün çıxmadan ora çatmağı bacarmışdım.

Evə gedərək qapını açıb içəri daxil oldum.

Ağlımda ondan başqa heç nə yox idi, yalnızca o. Onun son halı, o nifrət dolu baxışları gözümün önündən getmirdi. Bütün olanları, əsas da onu unutmalı idim və bunu içkidən başqa heç nə edə bilməzdi qısa müddətli olsa da. Soyuducunu aaçaraq üç şüşə içki çıxartdım. İlk şüşəni başıma çəkdim. Və bir müddətdə olsa yadımdan çıxmışdılar, içdiyim şüşələrin sayını belə unutmuşdum.

Bir gün, üç gün, beş gün yoxsa daha da çox... Bilmirdim, zaman anlayışımı itirmişdim artıq. Ancaq , deyəsən, bir aya yaxın idi. Evdən çölə belə çıxmırdım. Yalnızca acdığım hallarda, heç bəzən elə olurdu ki, onda belə çıxmırdım evdən. Etdiyimi düşündükcə özümə heç haqq qazandırmırdım. Bu günə qədər onlarla qurd adamı tuta bilmək üçün özümə aşiq etmişdim. Heç vaxt hər hansısa birinə qarşı cüzi bir şey hiss etməmişdim. Qisasım hər zaman üstün idi. Ondan önəmli heç nə yox idi həyatımda. Ilk dəfə idi ki, bir qurd adamdan sonra belə vəziyyətə düşmüşdüm. Ona həqiqətən, aşiq olmuşdum, həm də dəlilərcəsinə. Qisas hissimin bunu - bu olanları unutduracağına inanırdım. Lakin yanılmışam. Onu yaddan çıxartmaq üçün hər nə qədər içsəm də, sadəcə qısa müddətliyinə az da olsa unuda bilirdim. Qoxusu , bədəninin hərarəti, o sevgi dolu yaşıl gözləri bir an belə yadımdan çıxmırdı. Keçirdiyimiz hər an, hər dəqiqə gözümün önündə bir film kimi canlanırdı. Və ona etdiklərimi özümə heç cür bağışlamırdım.

" Yox, belə olmaz. Bəsdi uşaq kimi ağladın , Elena. Onun sənin yardımına ehtiyacı var. Ayağa dur." - deyə içimdəki mən ilə danışırdım və haqlı idi də. Ona yardım etməli idim, nə baş verdiyini, Kevinin harda olduğunu məndən başqa bilən yox idi. Ancaq tək başıma da ona kömək edə bilməzdim.

" Əlbəttə, Josh." - içimdəki mən yenə kömək etmişdi mənə. Telefonu əlimə alıb Josha zəng elədim.

" Salam, Josh."

Gizli Həyatlar ( BAŞLANĞIC)Donde viven las historias. Descúbrelo ahora