15.bölüm

187 34 5
                                    

Artıq bir neçə gün keçmişdi. Josh boynundakı sarğıları açıb ətrafda gəzirdi. Qolu isə hələ də tam sağalmamışdı. Burda , deyəsən, keyfi yerində idi. Özünə yeni dostlar da tapmışdı, ancaq bu məni narahat etmirdi. Çünki onunla olan dostluğumuza heç kim son verə bilməzdi. Mən isə bütün günü dişlərimi və caynaqlarımı dönüşdürməyə cəhd göstərirdim. Lakin hələ də bacarmırdım.

" Hey, Kevin, necəsən?" - Josh mənə doğru gəlirdi.

" Lənətə gəlmişi hələ də idarə edə bilmirəm, artıq neçə gündü təkrar-təkrar edirəm, hələ ki, ortada heç nə yoxdu." - gözümü yumub yenidən cəhd göstərdim.

" Yenə də alınmadı." - birdən gözüm Josha sataşdı, yerindəcə donub qalmışdı və mənə baxırdı.

" Hey, dostum... " - deyərək əlimi işarə ilə göstərdi. Inana bilmirdim, axır ki, bunu bacarmışdım, dişlərim, caynaqlarım, onlar çıxmışdılar.

" Axır ki, axır ki bu məndə alındı." - dedim bərkdən gülərək. Sonra təkrar-təkrar yenidən etdim və hər an da bacara bilirdim. Bunu idarə edə bilirdim.

" Gəl, qayıdaq. Bunu Jessicaya göstərməliyəm." - deyib qabağa düşdüm.

" Yeni sevgilisi üçün darıxıb və bilmir nə bəhanə uydursun, Aman Tanrım." - Josh arxada öz-özünə deyinirdi.

" Hər şeyi eşitdim və səninlə sonra hesablaşacam."

Qarşıma çıxan hər kəsdən Jessicanın yerin soruşurdum ki, qarşıdan gəldiyini gördüm. Salamlaşdıqdan sonra etdiyimi ona da göstərdim, artıq bunları idarə edə bilirdim.

" Çox tez bir zamanda öyrənmisən. Deməli, bunu idarə edə bildiyinə görə sabah yenidən məşqə başlaya bilərik."

" Yenidən?"

" Əlbəttə, sənə bütün bildiklərimi öyrədəcəyimi demişdim."

" Sırada nə var? "

" Səni qorxutmaq istəməzdim, amma növbəti ən çətin andı. Qara qurd adamlar haqqında bir az araşdırdım. İstədiyin zaman bir neçə saniyədə qurda dönüşməyi öyrənəcəksən və əgər bunu öyrənsən, dolunay zamanı dönüşməyə də ehtiyyac qalmayacaq. Bizlərdən fərqlənən ən başlıca xüsusiyyətin." - deyə vurğuladı.

" Bu ki əladı. Nəticələri qulağa xoş gəlir. Dolunay əzabına son."

" Nəticəyə gedən yolda nə qədər çox çalışsan, nəticənin keyfiyəti bir o qədər yaxşı olar." - üzümə gülümsədi, sonra əlavə etdi " bura gələndən bəri heç sənlə doğru-düzgün oturub söhbət etməmişik. Əgər sənin üçün bir problemi yoxdusa, bildiyim gözəl bir yer var, ora gedərdik."

" Əlbəttə, buna çox sevinərəm." Jessica gözəl olduğu qədər də, mehriban və səmimi biri idi. Onunla hər dəfə zaman keçirdikdə özümü daha rahat, daha sakit hiss eliyirdim, sanki, bütün keçmişimi, başıma gələnləri unutdururdu mənə, bircə Elenadan başqa. Onu heç kim və heç nə unutdura bilmirdi mənə.

Bütün günü Jes ilə söhbət edərək keçirdim və başına gələnləri danışdı. Ailəsi onu yetimxanadan götürmüşdü və yetkinlik vaxtına çatdığı zaman ilk dolunayda dönüşərək öz idarəsini itirmişdi. Onu böyüdən, əziyyətini çəkənləri həmin gecə öldürmüşdü. Danışdıqca sanki gözümün qarşısında canlanırdı olanlar. Jessin danışdıqca gözündən axan yaşları görüb söhbəti çətinliklə də olsa dəyişdirdim. Daha sonra ətrafı gəzdik və qaranlıq düşməyə başlayan zaman sağollaşaraq ayrıldıq.

Gizli Həyatlar ( BAŞLANĞIC)Dove le storie prendono vita. Scoprilo ora