☑1-ci Bölüm.
Telefonu açmaq və açmamaq arasında qalmışdım. Düşüncələrimin gəl-getli zamanı ərzində telefonun səsi yatmış anamı oyatmışdı. Otaqdan "Telefonu açassan ya yox?!" deyə qışqırmışdı. Mən də bu sualı verirdim özümə. Zəng edən keçmiş uşaqlıq rəfiqəm və eyni zamanda universitetdən tələbə yoldaşım Hüsniyyə idi. Telefonu açmaq istəmirdim, axı niyə o mənə zəng vururdu?! Məgər aramızda yaşananlardan 7 il sonra mənə zəng etməyə üzü vardı?! Əlim titrəyərək telefona tərəf getdi. Telefonu qulağıma tutsam belə tək kəlimə belə demədən açdım və susmağa davam etdim. Mənim ve onun səssizliyimiz sanki hər şeyi deyirdi. Hüsniyyə səssizliyi pozaraq dedi:
-Necəsən?
Səsindəki xırıltı çəkinərək danışdığını hiss elətdirdi mənə. Susmaq çarə deyildi. Üzümdə qətiyyətli bir ifadə ilə və səsimdəki əminliklə "Yaxşıyam" dedim. Onun danışmasına icaze vermədən "Nə əcəb zəng vurmusan?!" dedim. Səsimdəki kinayəni duysa da mənə pis nəsə deyəcək tək bir haqqı belə yox idi. Həmin əminsiz bir səslə "Universitet uşaqlarıyla 7 ildən sonra yenidən yığışırıq. Hamı gələcək. Təşkil eliyən mən olduğum üçün sənə də mənim zəng eləməyim borcum idi". Susmuş onu dinləyirdim. Beynimdə qərar verməyə çalışırdım " Hüsniyyə ilə bir daha 7 ildən sonra üz-üzə gəlməyə hazır idim mi?". Hüsniyyə sözünə davam edib "Gələcəksənmi?" dedi. "Bilmirəm. Qərar verəndən sonra sənə xəbər edərəm. Amma nə vaxtdı görüş?" dedim. "iki gün sonra saat 13:00'da universitetin önündə görüşüb bir kafeyə gedəcəyik" dedi. Səsindəki umid işığını hissedə bilirdim. Sanki sevinmişdi, amma mən hələ qərar verməmişdim.
Gerçəktən getməli idimmi? Getmək istəmirdim, amma sanki birdən məni silkələdilər. Hüsniyyə "hamı gələcək" demişdi. O, hamının içində o da var idi. Adını çəkməyə dilim gəlmədiyi halda adını çəkdim "Kamran". O da gələcəkdi. Onun haqqında düşününcə yenidən qəlbim o illərdə ki, kimi atmağa başladı. "Kamran mənim üçün kim idi?" bu sualın cavabını hələ də tapa bilməmişdim. O hələ də bir kimsə idi mənim üçün. İnsanların paxıllıq etdikləri "biz" bir-birimiz üçün "heç kimsə" idik artıq. Onun gələcəyini anladığım an sabah Hüsniyyə zəng etməyi düşündüm.
Səhər açılmışdı. Günəşin şüaları ətrafı öz nuru ilə işıqlandırırdı. Saat 7 idi. Ayağa qalxıb pəncərənin önünə gəldim. Uzaqdan dənizi seyr elədim. Dəniz öz sahili ilə necə də gözəl görünürdü. Sahilə qovuşmağa can atan dəniz öz sevgisini heç zaman sahilə söyləyə bilməmişdi. Hər gün biraz daha şövqlə çırpınırdı sahilə doğru. Lakin nə yazıq ki, ona qovuşa bilmirdi. Bu sevda dənizi də, sahili də pərişan etmişdi. Sahilin gözləri yollarda qalmışdı. Bəlkə bir gün gələr deyə əzab çəkirdi sahil.
Səhər tezdən dənizi seyr edib bu qəmgin əhvalatı düşünən mən özümü daha çox kədərləndirmədən mətbəxə keçdim. Çayı qızdırıb masaya əyləşdim. Anam da yuxudan oyanmışdı. Yanıma gəlib masaya əyləşdi. Üzümə diqqətlə baxıb dedi:
-Gedecəksənmi?
Gözlərimi masaya dikmiş, anama baxmadan "Bilmirəm" dedim. Anam əslində ürəyimin nə söylədiyini bilirdi. Masadan qalxıb iki çay töküb yenidən masaya əyləşdi. "Ürəyimdəkiləri söyləyəcəm" deyərmişcəsinə qərarlı baxışlarla mənə baxib dedi:
-Onu tərk etdiyinə hələ də peşmansan.
-Yox, əlbəttdəki yox. O məni itirdiyinə peşman olsun. Mən niyə peşman oluram ki?!
-Axı sən onu o səni sevdiyindən daha çox sevirdin. Buna görə də sən bu 7 il ərzində daha çox əzab çəkdin.
-Yox, mən onu sevmirdim. Sadəcə sevginin nə olduğunu bilmədiyim üçün duyğularıma nə ad verəcəyimi bilməmişdim və "sevirəm" sanmışdım.
-Yaxşı, dediyin kimi olsun. Amma məndən soruşacaq olsan, "get" deyərdim.
Anamın sanki "get" sözü məni ürəkləndirmişdi. Daha çox etiraz etmədən "Yaxşı" demişdim.
Artıq günorta idi. Gözüm telefonda idi. Son dəfə yenidən qərarımı dəyərləndirirdim. Çox düşünmədən telefonu əlimə alıb, Hüsniyyəyə zəng vurdum. Söhbəti çox uzatmadan "gələcəm" dedim.
1 gün sonra artıq saatlar yaxınlaşırdı. O qədər həyəcanlanırdım ki, ürəyim partlayacaq sandım. Taksidən düşüb olduğum yerdə quruyub qaldım. Universitet uzaqdan görünürdü. Özümdə irəli gedəcək cəsarəti tapa bilmirdim. İçimdən "Yox getməyəcəm. Necə istəyirlər elə də düşünsünlər. Mən getmək istəmirəm!" dedim. Ayaqlarımı addım-addım dala atdım. Arxaya dönüb getmək istəyərkən olduğum yerə mismarlanıb qaldım. Gözlərimi bir daha ovuşdurub qarşımda duran Kamrana baxdim. Qarşımdakının dəqiq o olub-olmamasını əminliklə bilmirdim. Amma Kamrana oxşayırdı. Yənə o uzun boyu, bəyaz yaraşıqlı üzü ilə qarşımda dayanmışdı. Bu ondan başqası ola bilməzdi. O mənə yaxınlaşıb dedi:
-Burdasan.
Söyləyəcək sözüm yox idi. Onun üzünə baxıb keçmişi xatırlamağa başladım.....
ВЫ ЧИТАЕТЕ
Tərk edilmiş ürək
Любовные романыYa ummadığın zamanda ummadığın birinə aşiq olsan?... Kim demiş ki sevgi hər zaman xoşbəxtlik vəd edir. Bəzən özün də bilmədən yalnış insana aşiq olarsan və bununla da bütün həyatın dəyişər. Nəfəs aldığın müddət ərzində yaşayırsan. Yaşadığın müddət ə...