16. Bəzən insan nələrdənsə vazkeçəsi olur...

116 17 9
                                    

Necə? Zaur məni sevirmiş? İnana bilmirəm, mən bunun heç vaxt fərqinə varmamışdım. Zaur mənim üçün yalnız dost idi. Onun haqqında belə şeyler düşünməmişdim. Ona heç vaxt elə gözlə baxmamışdım...

Zaur bir addım irəli gəlib əllərimdən tutaraq dedi:

-Aynur, görürsən, mən kimə aşiq oluramsa olum o adam məni qəbul etməyəcək. Çünki mən xəstəyəm, çünki mən bir neçə ay ömrü qalmış, xəstə ürəyə sahib oğlanam... Aynur, görürsən, hətta sən belə məni qəbul edə bilməzsən..

Allahım, iki yol arasında qalmışdım. Ya ona onu sevmədiyimi söyləyib getməli idim, ya da onu sevməməyimə rəğmən qəlbini qırmamaq üçün hislərini qəbul etməli idim. Zaur xəstə idi. Onun ürəyi sevdiyi insan tərəfindən rədd edilməyə hazır deyildi. O özü də bunu bilirdi və elə buna görə də bu günə kimi öz hislərindən mənə bəhs etməmişdi. Allahım, nə edəcəkdim? Onun qəlbini qırmaqla günahmı qazanardım? Ona qarşı hər hansı bir hislərim yox idi, amma o mənim dostum idi və son günlərini yaşayan bir insan idi. Əgər onun qəlbini qırsaydım bir daha özümü bağışlamazdım. Hislərini qəbul etməkdən başqa çarə yox idi.

-Zaur, yanılırsan. Kim olursa olsun sənin hislərini qəbul edərdi. Çünki sən sevilməyəcək bir insan deyilsən və Zaur, sən yanılırsan, çünki mən sənin hislərini qəbul edirəm.

-Nn..nn necə yəni?

-Zaur məni sevdiyini söylədin. Yəni mən də eyni hisləri sənə bəsləyirəm.

Zaur əllərimi daha da möhkəm sıxıb söylədi:

-Hər şey üçün təşəkkür edirəm...

-Necə yəni? Niyə təşəkkür edirsən?

-Məni sevdiyin üçün təşəkkür edirəm.

(Hüsniyyənin dilindən)

Kamran arxasını dönüb gedərkən onun arxasınca onu səsləyərək qaçmağa başladım. Kamran məni duymurmuş kimi dayanmadan sürətlə irəliləyirdi. Onun önünə keçib qollarından tutaraq saxlayıb dedim:

-Kamran!

Üzümə belə baxmadan gözlərini qaçıraraq sağa-sola baxdı.

-Kamran, bunları edərək nəyi sübut etməyə çalışırsan?! Sanki sən belə etdikdən sonra Aynur səni qəbul edəcək? Sanırsan ki, Aynur sənin hislərinin fərqindədi?! Kamran, gerçəkliyi qəbul et, Aynur Zauru sevir!!

-Hüsniyyə, yenə ona şər atmağa utanmırsan?

-Kamran, ona şər atmıram. Bunu sən də görəcəksən. Mənə inanmadığına da peşman olacaqsan. Kamran bunu sənə söyləməyəcəkdim, amma indi ki, sən belə edirsən, olan qalan şansımı itirməmək üçün öncədən deyəcəm. Kamran, səni Universitetin ilk günlərindən bəridir sevirəm. Aynurla elədiyim dava da sənin ona olan hislərin ucbatından oldu. Mən sənə öz sevgimi etiraf etmək istədiyim bir vaxtda sən mənə onu sevdiyini söylədin. Əslində etdiklərim də haqqsız da sayılmazdım. Çünki zaman keçdikcə Aynurun gerçək üzünü görəcəksən. Zamanla Zauru səndən üstün tutacaq. Bunu sən də görəcəksən. Zaur bu məni sözlərimə görə qınama, ya küsmə. Sadəcə zaman ver mənə. Sənə zamanla dediklərimin doğru olduğunu sübut edəcəm.

-Hüsniyyə, Aynur haqqında belə şeyləri necə söyləyə bilirsən? Siz uşaqlıqdan ən yaxın dostsuz, onu necə belə pisliyə bilirsən?

-Kamran, siz bizi yalnız 1 ildir tanıyırsınız. Amma biz bir-birimizi 18 ildir tanıyırıq.  Aynurun uşaqlığı mənim gözlərim önündə keçib. Uşaqlıqdan əli oğurluğa öyrəşmiş birisi olub o. Ona yalvarırdım hər zaman oğurluq etməsin deyə. Sonunda bu xasiyyətini tərgizdirə bildim. Amma insan heç vaxt dəyişmir. Əslində onun haqqında çox danışa bilərəm. Sadəcə buna zamamın yetməz bu gün üçün.

Tərk edilmiş ürəkNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ