10. Dostluğumuzun yolları yavaş-yavaş ayrılırdı

110 18 6
                                    

"Ana" dedikdən sonra gözlərimi yumub, "mən yatıram" dedim. Anam otaqdan çıxıb qapını bağladı. O çıxar-çıxmaz gözlərimi açıb dikəldim. Birdən bir şey yadıma düşdü. Ayağa qalxıb köhnə qutularım içində gizlədiyim kiçik qutunu axtarmağa başladım. Biraz uzun çəksə də sonunda tapmışdım. Yatağımın kənarında əyləşib qərarsızlıqla qutuya baxdım. Qutunu yatağın kənarına qoydum və onu atıb-atmamaq arasında qərar verməyə çalışdım.
**** **** ****
(7 il əvvəl)
Ah! Sonunda dərs bitmişdi. Çantamı götürüb sinifdən qaçarmışca tez sinifdən çıxmağa çalışdım. Kamran arxadan səslənib dedi:
-Aynur!

Ahh! Mən ondan uzaq durmağa çalışdıqca o bumeranq kimi hərlənib-fırlanıb mənə doğru gəlirdi. Addımlarımı daha da tezləşdirib onu eşitməmiş kimi edərək qaçmağa çalışdım. Amma o arxamca qaçaraq mənə çatıb dedi:
-Məni görməzdən gəlirsən?
-Hm? Necə?
-Səni çağırdım, niyə dayanmadın?
-Doğurdan? Eşitməmişəm.
-Eybi yox. Uşaqlarla parka gedirik. Sən də gəl.
-Ah, yox siz gedin. Mən gəlməyəcəm.
-Hüsniyyə də gələcək.
-Aa siz gedin.
-Nə olacaq ki?! Bütün qrup gedirikdə sən də gəl.

Ona "Yaxşı. Bütün qrup gedirsə mən də gələrəm" demək istəyərkən telefonuma mesaj gəldi. Mesajı açıb oxumağa başladım "Aynur, Kamran səni də çağırsa yox de, razılaşma. Parka gedəndən sonra evə qayıdanda məni tək evə ötürməsini istəyirəm. Başa düşürsən də niyə...". Telefonu cibimə qoyub Kamrana dedim:
-Kamran, anam evdə təkdi. Xəstədi həm də. Ona görə də evə gedib anama qulluq etməliyəm.
-Mesajı anan göndərmişdi?
-Hmm... Evə gedəndə çörək almağımı istəyir.
-Allah şəfa versin. Onda sən get, sənə mane olmayım.
-Tamam, sizə yaxşı əyləncələr
-Hm, sağ ol.

(Kamranın dilindən)
Onun bizimlə gəlməsini çox istəmişdim. Çünki bu gün ona hisslərimi açıqlamaq istəyirdim. İlk gündən ondan xoşum gəlmişdi. Bilmirəm niyə, amma o mənə hər gün biraz daha maraqlı gəlirdi. Ona görə də ona " Səndən xoşum gəlir" demək istəyirdim. Amma o bu şansı bu gün mənə verməmişdi. Əslində parka getmək bəhanə idi sadəcə. Kim bütün qrupla gəzmək istəyər ki, xoşuna gələn qız yanında olandan sonra. Amma deyəsən Aynurun məndən xoşu gəlmir. Nə vaxt ona yaxınlaşsam məndən qaçır, suallarıma qısa cavablar verir, havadan-sudan başqa heç nə danışmır mənimlə. Deyəsən hələ ki, hisslərimi açıqlamağın vaxtı deyil. Bəlkə başqa zaman...

Bütün qrup uşaqlarla yığılıb parka getdilər. Hamı əylənirdi, Kamrandan başqa. Günün qısa bitməsi ilə uşaqlar sağ ollaşıb evlərinə getdilər. Hüsniyyə Kamrana yaxınlaşıb dedi:
-Məni evə ötürə bilərsən?
-Hm, əlbəttdə.
Kamran və Hüsniyyə avtobus dayanacağına gəldilər. Kamran fikirli görünürdü. Bayaqdan bütün yol boyu danışan Hüsniyyənin heç bir sözünü eşitməmişdi. Yol boyu fikri Aynurda qalmışdı. Kamranın onu dinləmədiyini anlayan Hüsniyyə dedi:
-Kamran!
-Hm?!
-Avtobus gəldi.
-Hm, öndən xanımlar.
-Təşəkkürlər.
Kamran və Hüsniyyə bir yerdə əyləşib evə doğru irəlilədilər. Hüsniyyə Kamranın fikirli olduğunu hiss edib dedi:
-Bu gün bütün gün kefsiz olmusan. Uşaqlarla birlikdəykəndə fikirli görünürdün. Nəsə danışmaq ya da soruşmaq istəyirsən?
-Yox sualım yoxdu.
Öncə sualının olmadığını söyləyən Kamran nədənsə qərarını dəyişib dedi:
-Var! Bir sualım var sənə. Amma söz ver ki, nə olursa olsun düzün deyəcəksən
-Hmm. Söz verirəm.
-Hüsniyyə, Aynurun məndən zəhləsi gedir?

(Hüsniyyənin dilindən)
Nə?!!! Aynur?!!! Mənimlə birlikdəykən də "Aynur" demişdi. Onun haqqında maraqlanmışdı. Bu nə demək idi?! Yəni Kamranın məndən yox, Aynurdan xoşu gəlir? Yəni bu qədər zamandı boşu-boşuna kürək çırpıram?!

-Kamran, söz ver ki, söyləcəklərim aramızda qalacaq.
-Hə, söz verirəm.
-Kamran, Aynurun səndən xoşu gəlmir. Əslində ilk başda səndən xoşu gəlməmişdi, amma sonra səninlə qarşılaşandan sonra daha da çox zəhləsi gedib səndən...
-Bəs onda niyə mənimlə dostluq etməyə razılaşmışdı?
-Şey... Aynurun Azaddan xoşu gəlir əslində. Onunla yaxın olub, dost olmaq üçün səndən istifadə etdi sadəcə. Bunları mənə 5-6 gün bundan əvvəl deyib. Onun bu hərəkətləri gerçəktən məni əsəbləşdirir. Niyə insanların hissləri ilə oynayır anlamıram.

Hmm... Yalan söyləmişdim. Kamranı Aynura qısqandığım üçün Aynuru Kamranın gözündən salmağa çalışmışdım. Ən yaxın dostum belə olsa Aynurun gizlindən-gizlinə Kamranı əlimdən almasına izn verə bilməzdim. Aynur öz məsumiyyətliyindən istifadə edərək mənimlə Kamranın arasına girməyə çalışırdı.

(Kamranın dilindən)
Nə? Aynur mənə nifrət edirdi? Axı mən ona nifrət etdirəcək heç nə etməmişdim....
Niyə, nə səbəbə məni görməzdən gəldiyini indi anlamışdım. Yəqin ki, anası xəstə deyildi, sadəcə yalan demişdi mənimlə gəlməmək üçün.

-Hüsniyyə, Aynurun anası...necədi o?
-Necə yəni?
-Aynur anasının xəstə olduğunu söyləyib gəlmədi. Yaxşıdı halı anasının?
-Xalaya nolub ki? O çox yaxşıdı. Xəstə falan deyil.

Aynur! Aynur! Aynur! Yalanınla qəlbimi daha da qırmışdın. Əgər mənimlə gəlmək istəmirdinsə ''gəlmirəm" də deyə bilərdin. Ən azından elə desəydin qəlbim daha az yanardı, nəyinki yalan deyib məndən qaçmaq əvəzinə...

Tərk edilmiş ürəkNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ