27.Bəzən bir addım atmaq üçün çox gec ola bilər...

97 16 4
                                    

Məzuniyyət günümüz idi. Öncə getməməyi düşünsəm də daha sonra "Niyə etmədiyim bir şey üstündə qaçıb gizlənməliyəm ki?" deyə düşündüm. Hazırlaşıb Universitetə gəldim. Ətrafda gülümsəyən, bir-birləri ilə söhbət edən tələbələr var idi. Digər gruplardan bir neçə tələbə yoldaşlarım yaxınlaşıb məni təbrik edib, söhbət edirdilər. Öz grupumuzun uşaqları mənimlə üzbəüz qapının yanında dayanmışdılar. İçlərindən bəziləri mənə baxırdılar. Lakin bunlar adi baxışlar deyildi, onlar baxışları ilə məni təhqir etməyə, əzməyə çalışırdılar. Grup yoldaşım Nüşabə mənə yaxınlaşıb dedi:

-Əzizim, bilirsən məşhur olmusan :D

-Anlamadım, nə məşhuru?

-Youtube'dəki videon izlənmə rekoru qırır.

-O gün Kamrangilin evində olan hadisəni deyirsən? Onu videoya çəkib youtube'da yerləşdiriblər?

-Hə, ən çox bəyənilən səhnən də hovuza düşdüyün və makyajın, saçın dağılmış halda ordan çıxmağındı.

-Aman, tanrım! Bunu kim edib?

-Sənan. Məncə Sənana təşəkkür etməlisən. Səni bir gecədə bu qədər məşhur etdi.

-Nüşabə, mənim heç bir günahım yox idi. Kimsə mənə şər atırdı.

-Mənə maraqlı deyil sən doğru deyirsən ya yox...

Nüşabə ilə danışdığımız vaxt Kamran bütün grupu bir araya yığıb yanımıza gətirdi.

Anlamıram, qəlbimi bu qədər qırdıqdan sonra necə önümdə dimdik dayana bilirdi? Mən orda insanlar önündə alçalarkən o Hüsniyyəyə inanmışdı. Məndən doğruyamsa bunu sübut etməyimi tələb etmişdi. Daha 5 dəqiqə əvvəl "Səni sevirəm" deyən adam indi mənə inanmırdı. Ona olan bütün duyğularımı yerlə bir etmişdi. Qəlbimdəki sevginin yerini nifrət və kinlə doldurmuşdu. Bu Kamranın mənə etdiyi ilk qəlb qırıcı hərəkəti deyildi. Uzun zaman öncə də məni Azadı sevdiyim üçün ondan istifadə etməklə günahlandırmışdı. Kamranın mənə olan bu güvənsizliyi idi hər şeyi yerlə bir edən. Sevən adam sevdiyinə sonuna qədər güvənməlidir. Amma Kamran məni hər dəfəsində məyus edirdi...

Hüsniyyə kinayəli səs tonu ilə gülümsəyib dedi:

-Ahh Kamran! Aynurun performansını yenə görmək istəyirəm.

Kamran gözlərini məndən qaçıraraq dedi:

-Uşaqlar, o gün evimdə olanlar...hamısı yalnış anlaşılma idi.

Uşaqlar təəccüblənərək dedilər:

-Necə yəni?

-İnanmıram ki, yalnış anlaşılan nəsə ola

-Onun tərəfini tutma.

Kamran bir addım önə keçib dedi:

-Əlimdə bunu kimin elədiyini sübut edəcək video yazı var!

Hüsniyyə təlaşlanaraq dedi:

-Hardan tapmısan videonu?

-Videonu tapmaq çox zamanı almadı. Çünki ilk vaxtlarda ağlıma gəlməmişdi. Yadıma düşməmişdi ki, bizim evdə hər yanda kameralar var.

-Video indi yanındadır?

-Hə, telefonumdadır.

Kamran videonu qoşdu. Ona yaxın durmamaq üçün videoyaya baxmadım. Kənardan durub sanki maraqlanmırmış kimi davranırdım. Amma boynuma alım ki, videoyaya baxmaqdan ötrü ürəyim gedirdi.  Hər halda bu video ilə haqlı olduğum sübut olunacaqdı.

5 dəqiqə sonra uşaqlar mənə baxıb susdular. Beləcə videoda nə olduğu barədə maraqlanmağa başladım. Kamranla danışmadığım üçün ona heç nə demədim. Kamran sözə başlayıb dedi:

-Aynur, o boyunbağını sənin çantana qoyan Hüsniyyə idi. Sənə inanmadığımız üçün bizi bağışla...

Hüsniyyə yerində donub qalmışdı. Deyəcək kəlimə tapmırdı. Nəhayət özündə güc toplayıb dedi:

-Uşaqlar, bu hərəkəti etdiyimi belə xatırlamıram. O zaman mən çox içmişdim. Ona görə də nə etdiyimi bilməmişəm. Böyük ehtimal ki, Aynurla öz çantamı səhv salıb boyunbağını onun çantasına qoymuşam. Yəqin ki anladız nə istədiyimi?...

Uşaqlar susmuşdular. Onların Hüsniyyəyə inanıb-inanmamaqları mənə maraqlı deyildi. Mənə maraqlı olan Kamran idi və o da deyəsən Hüsniyyəyə inanmışdı. Əlini Hüsniyyənin çiyninə qoyub dedi:

-Hüsniyyə, etdiyin hərəkət yalnış idi. Sənin yalnış anlamandan ötrü biz Aynuru oğru sandıq və sən özün də onu çox təhqir etdin o gün...

Nə? Kamran yenə onun yalanına inanmışdi? Bu qədər yalandan sonra ona necə inana bilmişdi, anlamıram. Ya Kamran çox saf idi, ya da Hüsniyyə peşəkar yalançı. Hansı ki, yalanı ilə insanları inandırmağı bacarırdı. Qaldı ki, Kamrana onu heç vaxt bağışlamayacam. Məni daha yaxından tanıyan birisi olaraq mənə ilk o inanmalı idi... Belə zamanlarda Zaurun yoxluğu daha çox hiss olunurdu. Çünki Zaur həmişə mənə inanırdı.

Hüsniyyə:

-Kamran, üzr istəyirəm. Başını ağrıtmaq istəməzdim.

Kamran:

-Məndən deyil, Aynurdan üzr istəməlisən. Elə mən də...

Kamran və Hüsniyyə ikisi də mənə yaxınlaşıb dedilər:

-Üzr istəyirik. Sənə inanmadığımız və günahlandırdığımız üçün bizi bağışla...

Başımı dik tutub bütün grup uşaqlarının üzünə baxdım. Onların üzündəki utancı görə bilirdim. Onlar həmin insanlar idilər ki, 2 dəqiqə içində məni təhqir etmişdilər, Hüsniyyə o insan idi ki, məni hovuza itələmişdi, yalan danışmışdı və ən əsası qurduğu xaincə plan idi mənə qarşı. Kamran o insan idi ki...mənə inanmamışdı. Halbuki digər uşaqlardan daha çox tanıyırdı məni... Demək ki, verdiyi qiymət, dəyər bu idi...

Tərk edilmiş ürəkOù les histoires vivent. Découvrez maintenant