8.Biz əslində heç kim idik.

129 20 1
                                    

Hüsniyyə ilə sinifə getdik. Artıq dərs bitmişdi. Çantalarımızı götürdük. Avtobusa qədər Hüsniyyə ilə getdim. Avtobus gələndə Hüsniyyə işi olduğunu deyib mənimlə gələ bilmədi. Mən avtobusa minib bir kənarda əyləşdim. Maşınlarda hər zaman pəncərənin kənarında əyləşməyi sevirdim. Çünki ordan getdiyim bütün yolları, ağacları, evləri, insanları seyredə bilirdim. Yol boyu bütün fikrim yolu seyreləmək idi. Biraz keçmişdi ki, avtobus dayanacaqda dayandı. Sərnişinlər avtobusa minib yola düşdülər. Yanıma bir oğlanın əyləşdiyini hiss elədim. Çəkindiyim üçün üzünə baxmadan pəncərəyə tərəf qısıldım. Əllərimlə dizlərimi möhkəm sıxaraq yolun bitməsini gözlədim. Külək əsdikcə saçlarım havada uçuşurdu. Birdən hissetdim ki, saçlarım yanımda əyləşən oğlanın üzünə dəyir. Saçlarımı özümə çəkib əllərimlə saxladım. Çəkinərək daha da pəncərəyə tərəf qısıldım. Yanımda əyləşən oğlan gülüb dedi:
-Gerçəktən bir azda pəncərəyə tərəf qısılsan pəncərə sınacaq)))
Bu səs mənə tanış gəlmişdi. Qeyri-iradi olaraq saçlarımı buraxıb yanımda əyləşən oğlana baxmağa çalışdım. Lakin həmin anda külək elə əsdi ki, saçlarım onun üzünü örtdü. Külək dayanan da gülümsədim. Yanımda əyləşən oğlan Kamran idi. Ah, oysa necə çəkinmişdim yanımda əyləşənin yad adam olduğunu düşünərək. Kamran gülümsəyərək "Hara gedirsən?" dedi. "Evə" deyə qısa cavab verdim. Çünki onun üzünü gördüyüm an Hüsniyyə yadıma düşmüşdü. Üzümü pəncəyə çevirib onu görməzdən gəlməyə çalışdım. Onun mənimlə çox danışmamasını istəmişdim. Kamran üzümü çevirdiyimi görüb dedi:
-Mənimlə birlikdə olanda narahat olursan?
-Aah, yox, yəni niyə..Hardan belə fikir ağlına gəldi? Niyə elə düşündün ki?...
-Kəkələmə))) Nə bilim, biraz soyuq davranırsan mənə qarşı. Azadla daha yaxşısan sanki.
-Haha)) Azad da sənin kimi mənim grup yoldaşımdıda.
-Yəqin mənə elə gəlib.
-Ola bilər.
-.......
O susmuşdu. Çünki söhbəti yenə uzatmamağa çalışmışdım. Çünki Hüsniyyə bilsəydi qısqana bilərdi. Etdiklərimin səbəbi ən yaxın rəfiqəmi incitməmək istəyim idi. Hüsniyyə mənim üçün dəyərli idi. Dəyərli idi, çünki mənim yeganə rəfiqəm idi.
Kamran sözə başlayıb dedi:
-Sumqayıtda yaşayırsan?
-Hmm
-Məndə.
-Doğurdan?
-Hə, sənin də burda yaşadığını bilmirdim. Hansı tərəfdə qalırsan?
-Kamran, Hüsniyyə haqqında nə düşünürsən?
-Birdən birə onun haqqında niyə danışırsan?

*** *** ***
(7 il sonra. İndiki dövr)
Telefonum zəng çaldı. Çantamı axtardıqdan sonra telefonu əlimə alıb nömrəyə baxdım. Tanımadığım nömrə idi. Zəngi açıb dedim:
-Alo?
Zəng edəndən cavab gəlmədiyi üçün tam söndürəcəyim zaman dedi:
-Mənəm... Kamran
Nə? Kamran? O mənim nömrəmi hardan tapmışdı?
-Aynur, mənəm Kamran.
-Nə istəyirsən?
-Səncə bu qədər yaşananlardan sonra səndən nəysə istəyə bilərəm?
-.......(susdum)
-Aynur, eşitdiklərindən sonra mənə verəcək sualın yoxdu?
-Sənə sual verməyə haqqım var?
-Bəlkə də ən çox bu haqqa sən sahibsən.
-Kamran, mən bu haqqa heç vaxt sahib olmadım.
-Aynur, sən...ola bilməzki sənin sualın...
-Kamran, yetər artıq. Bu qədər illər keçəndən sonra, aramızdakı hər şey bitəndən sonra bunları bilib-bilməməyimin nə əhəmiyyəti var?
-Bəlkə var? Bəlkə biləndən sonra fikirlərin dəyişəcək?
-Kamran, mənim sənin haqqında heç bir fikrim yoxdur.
-Ola bilməz. Bilirəm ki, hələ də məni sevirsən.
-Nə? Səni sevmək?!!! Sən içkili deyilsən ki ya da yuxulu?! Özün uydurduğun xəyallara inanmağa başlamısan deyəsən. Mən səni sevməyəli artıq 2 ildir. Universitetin son günündən bu yana 2 il keçib. Biz 2 il əvvəl Universitetin son günündə ayrılmışıq. Əslində biz heç sevgili də olmamışıq axı... Necə ola bilər ki ayrılaq?!! Biz səninlə heç nə olmamışıq.
-Düzdü, biz səninlə sevgili ola bilmədik, amma gözlərimiz göz-gözə gələndə o sevgini ikimizdə hiss edirdik. "Səni sevirəm" sözünü deyə bilməsək də "Sənin dostunam" demişdik. Axı bu sözün altında ikimiz üçündə eyni amma qəlbimizdə gizli olan sözlər, mənalar yatırdı. Məgər bunu bilmirsən?
-Kamran, sən mənə inanmadın. Sən məni həqiqətən sevsəydin yalanlara inanıb məni Universitetin həyətində tərk edib getməzdin!
-Aynur, sənin heç səhvin olmayıb bu günə qədər? Sən heç səhv buraxmamısan?
-Səhvim var. Bilirsən, bu həyatda tək səhvim var. O da səni sevməyim idi!

Sözümü bitirən kimi telefonu söndürüb pilləkanın kənarına qoydum. Başımı əllərim arasına alıb ağlamağa başladım. Axı başqa nə edə bilərdim?! O evlənmişdi, uşağı da vardı. Yoldaşı vəfat etsə belə onun bir həyat yoldaşı vardı. Mən onların həyatına bir daha girə bilməzdim. Kamranı daha çox görməyim mənim üçün çətin olardı. Çünki hələ də bacara bilmədiyim hisslərim vardı. Ürəyimdə yığılmış illərin ağırlığı birdən daha da ağırlaşaraq çiyinlərimə çökmüşdü sanki.

-Yalan danışaraq daha nə qədər irəli gedə biləcəksən?
Arxaya döndüm qeyri-iradi. Anam pilləkanların üzərində ayaq üstə dayanmış məni izləyirdi.
-Sən nə vaxtdandı burdasan? Yəni nə vaxt gəldin?
-Zəng gələndən burdayam.
-Burda nə işin var?
-Çörək almağa gedirdim. Amma səninlə qarşılaşdım.
-Pulu ver mən gedib alaram.
-Yox, sən evə çıx əl-üzünü yuyub, paltarlarını dəyişib uzan dincəl.
-Yaxşı.
Anam pilləkanlarla düşüb getdi. Mənsə yavaşca ayağa qalxıb yerdən telefonumu götürdüm. Yavaş-yavaş addımlarla pilləkanlardan çıxıb evə girdim. Ağlımda yalnız Kamran vardı. Kamranın ağlından nələr keçdiyini bilmirdim. Onunla qarşılaşmaq, danışmaq istəmirdim. Mən onun haqqında olan heç nəyi istəmirdim. Hətta Aynuru belə...
Yerimə uzanıb pəncərədən göyə baxdım. Səma o qədər təmiz idi ki, bir anlıq ona paxıllıq etdim. Məndə o qədər təmiz olmaq istərdim. Həyatımda Kamran olmadan yaşanan təmiz həyat.

Tərk edilmiş ürəkOnde histórias criam vida. Descubra agora