15. Həyat surprizlərlə doludur...

105 17 2
                                    

Nə olduğuna qərar verə bilmədiyim hislər vardı qəlbimdə. Kamranın onu bağışlamasına sevinmişdim... Sevinmişdim, amma içimdə qəribə hiss vardı. Hüsniyyənin mənim sözlərimi oğurlaması mənim xoşuma gəlməmişdi. Ən azından icazə ala bilərdi...

Kamran və Hüsniyyə barışdıqdan sonra üçümüz birlikdə əyləşdik. Hüsniyyə və Kamran birlikdə söhbət edirdilər. Hüsniyyə öz peşmançılığı haqqında danışır, Kamran da onu dinləyirdi. İkisi söhbət edərkən mən yaddan çıxmışdım belə. Bir anda necə oldusa özümü orda artıq imişəm kimi hiss etməyə başladım. Kamran və Hüsniyyə bunun fərqinə varmamış özüm oranı tərk etmək qərarına gəldim, amma nəyi bəhanə edəcəyimi bilmirdim. Tam bir bəhanə uydurmağa çalışarkən, arxadan kimsə səslənib dedi:
-Görünür məni unutmusan...

Bu səs tanış səs idi. Səsin gəlməsi ilə bərabər üçümüzdə arxaya dönüb kim olduğuna baxdıq. Və o idi! Gələn Zaur idi. Kamran və Hüsniyyə təəccüblə ona baxırdılar. Mən də təəccüblənmişdim, amma özümü ələ alıb dedim:

-Haralardaydın? Səni o qədər çox axtarmışdım ki...

Bu sözü deyər-deməz Kamranın mənə baxdığını hiss elədim. Görünür tətil boyu onu deyildə, Zauru axtardığım üçün həm təəccüblənmiş, həm də pis olmuşdu. Onu anlamırdım, o mənim dostum olduğu kimi Zaurda mənim dostum idi. Həm də kimsənin bilmədiyi bir sirr var idi aramızda... Zaurla mənim gizlədiyimiz sirr. Ona görə də mən Zaura qarşı daha incə idim. Zauru çox istəyirdim. Zaurun ürəyim də yeri başqa idi. Çünki... Çünki o... Yox bunu ürəyimdə belə olsa özüm-özümə deyə bilməzdim. Dilim əl vermirdi bunu söyləməyə.

Zaur yanımıza gəlib "Salam" verib," Bağışlayın, amma Aynur mənimlə gəlir" deyib qolumdan tutub ayağa qaldırdı. Kamran ayağa qalxıb " Ondan icazə almadan necə onun qolundan tuta bilirsən? Qonşuları onu belə vəziyyətdə görsələr nə düşünürlər, bunu heç fikirləşmisən?!!". Kamranın bu incə düşüncəsi xoşuma gəlmişdi, amma onun bilmədiyi şeylər var idi... Zaur qolumu daha da bərk tutub " Qonşuların da bildiyi bir şeylər var ki, neçə aydı heç nə düşünmürlər bizim haqqımızda " dedi. Zaurun bu sözü Kamranı hiddətləndirmişdi. Kamran mənim digər qolumdan tutub özünə tərəf dartaraq "Nə olursa olsun! Kimsə sənə icazə vermir ki bir qızın qolundan tutasan! Burax onun qolunu!" dedi. Daha artığına dözə bilməyib dedim:

-Kamran, ona qolumu burax deyirsən, amma özün mənim qolumu buraxmırsan.

Kamran sanki xəyal qırıqlığına uğrayaraq heç nə demədən qolumu buraxıb arxasını dönərək getmək istəyərkən Hüsniyyə onun arxasınca onu səsləyərək getdi. Kamranın arxasınca getmək istədim, amma Zaur qoymadı. "Səninlə dərdləşmək istəyirəm" dedi.
Birlikdə dəniz sahilində oturduq. Zaur dənizi seyr edirdi. Yarım saatdır orda oturmağımıza baxmayaraq Zaur tək kəlimə belə etməmişdi. Halbuki məni bura söhbət etmək istədiyi üçün gətirmişdi. Daha fazla susmasına dözə bilməyib dedim:
-Müalicən davam edir?

-Hmm... Həmişəki kimi boş-boş müayinələr, dərmanlar, iynələr, xəstəxana qoxuları, palatalardan gələn ağlaşma səsləri. Hər gün bir xəstəxana yoldaşını son mənzilə yola salanın sən olması və bir gün sıranın sənə gələcəyini bilmək...

-Allah elemesin! Belə sözlər danışma! Mən inanıram ki, sən sağalacaqsan.

-Aynur, özünü boş ümidlərlə bir yalana inandırma. Gerçəklərlə üzləşdiyin zaman qəlbin qırıla bilər.

-Zaur, mənimkisi boş ümidlər deyil! Mən hər gün sənin üçün dua edirəm, ürəyinin sağalacağı günü ümidlə gözləyirəm. Bu yay tətili boyunca da yalnız bu barədə düşünmüşəm...

-Hmm :) deməli bu neçə aylardır yalnız məni düşünmüsən? :D

-Zaur! Zarafat eləmə...

-Aynur, zarafat eləməkdən başqa bir çarəm varmı? Varsa söylə...

-Başını başqa şeylərlə qat. Xəstəliyini unut, kiməsə aşiq ol, onu sev, birlikdə deyin, gülün.

-Aynur, dünən son müayinə apardılar. Xəstəliyim çox inkişaf edib, artıq geri dönüşü yoxdur...

-Bu nə deməkdir indi?

-Bu o deməkdir ki, mən öləcəm, Aynur..

-Sus! Belə şeyi dilinə belə gətirmə! Sən sağalacaqsan.

-Mənə "kiməsə aşiq ol" deyirsən. Aynur, səncə kimsə bu xəstə, zəif qəlbi qəbul edərmi? Səncə kimsə öləcəyini bildiyi adamla sevgili olarmı, ona bağlanarmı?

-Xəstə olmaq aşiq olmayacaqsan demək deyil! Sən istədiyin qıza aşiq ola bilərsən! O qız kimliyindən asılı olmayaraq səni sevəcəkdir əmin ol!

-Aynur... Mənə boş ümidlər vermə. Sonunda qəlbimin qırılacağını bilirəm.

-Qəlbin qırılmayacaq, sənə söz verirəm. Sən sadəcə aşiq ol...

-Yaxşı, amma, Aynur bilmədiyin bir şey daha var.

-Nədir o elə?

-Mən zatən birinə aşiqəm.

-Doğurdan? Kimdi o elə? Mən onu tanıyıram? Bizim universitetdəndi? Yoxsa bizim məhlədəndi? Yaxşı qızdı? Gözəldi? Ona etiraf eləmisən hislərini?

Kamran gülümsünüb dedi:

-Dayan! Dayan! :) Bu qədər sualı əzbərləməyim mümkün deyil... Hm! Doğurdan bir qıza aşiq olmuşam. Uzun müddətdir onu sevirəm. Bəli, sən onu tanıyırsan, bizim universitetdəndir, bizim məhlədəndir, yaxşı qızdı, mehriban qızdı, tərbiyəlidi və bəli, olduqca gözəldi. Ona hələ etiraf eləməmişəm, amma indi etiraf edəcəm.

-Necə yəni? Elə bu dəqiqə qızı hardan tapacağıq? Həm adı nədi o qızın?

-Aynur

-Buyur?

-Yox, deyirəm yəni qızın adı Aynurdu.

-Aa mənimlə eyni adlı qız?

-Eyni adlı deyil, çünki o qız sənsən.

Tərk edilmiş ürəkTahanan ng mga kuwento. Tumuklas ngayon