18.Tükənmək üzrə olan şam kimidir həyatımız

108 15 10
                                    

Zaman ələk kimidir. İllər ötdükcə ətrafımızdakı hər kəsi ələyir və geriyə gerçək dostluqlar, gerçək sevgilər qalır. Bütün bunlar mənim üçün də keçərli idi, çünki zamanla ətrafımda olan bütün insanlar ələnmişdi və bütün dəyər verdiklərimi geridə buraxmaq məcburiyətində qalmışdım.
İnsan nə zamanki yalnız qalır o zaman anlayır dostunu və sevdiyini itirmək nə qədər ağırdır. Sevincini, kədərini paylaşmağa dostun olmayınca anlayırsan yalnızlıq nədir...
⚫⚫⚫⚫⚫⚫

(7 il əvvəl)

Dərs başlamışdı. Hər kəs əyləşmiş dərsi dinləyirdi. Yeni dəyişikliklər olmuşdu... Mən artıq Zaurla, Hüsniyyə isə Kamranla yan-yana otururdu. Zaur mənimlə oturmaq istəmişdi. Hər nə qədər də onunla birlikdə parta yoldaşı olmaq istəməsəm də qəbul etmişdim. Çünki aramızda saxta da olsa nə isə var idi. Ona yox desəydim hər şeyin saxta olduğunu anlayardı. Qaldı ki, Hüsniyyənin Kamranla parta yoldaşı olmasına... Qısqanmışdım biraz. Bilmirəm niyə, amma qısqanmışdım. Kamranla Hüsniyyəni yan-yana görüncə içimdə qəribə bir narahatlıq hiss etmişdim.
Kamran arada arxasına dönüb mənə baxırdı. Mən də gözlərimi ondan qaçıra bilmirdim. Bunun nə olduğunu anlamırdım, amma onu bilirəm ki, sanki hansısa bir qüvvə məni onun gözlərinə baxmağa məcbur edirdi. Susurduq ikimizdə bəs niyə mənə elə gəlirdi ki, sanki biz danışırıq? Niyə o mənə baxarkən utanırdım? Bu da nəydi belə? Heç vaxt belə olmamışdı. Daha öncə belə qəribəliklər olmamışdı. Kamrana baxdığımı görən Zaur dedi:

-Canım, kimə baxırsan elə?

-Heç...heç kimə baxmıram.

-Mənə elə gəlir ki, Kamrana baxırdın. Çünki o da bu tərəfə baxırdı.

-Yox, onu bilmirəm, mən Hüsniyyəyə baxırdım. Məni niyə yalnız qoydu anlamıram.

-Sən yalnız deyilsən ki... Yanında mən əyləşmişəm.

-Hmm düz deyirsən.

İkimizdə susub dərsi dinlədik. Gerçəktən də dərsi dinlədik mi bilmirəm. Mən istəməsəm də fikrim Kamranla Hüsniyyənin yanında idi. Onlar öz aralarında nə isə danışırdılar. Söhbətləri yaman güclü idi. Görəsən nə danışırdılar?

(Hüsniyyə və Kamranın aralarındaki söhbət)

-Kamran, sənin üçün çətin olduğunu bilirəm, amma sən də bilirsən ki Aynuru unutmalısan.

-Hüsniyyə, mən onu unutmaq üçün sevmədim.

-Kamran, niyə inad edirsən? Sanırsan ki, o nə zamansa sənin fərqinə varacaq? Zaurla zatən ən başından sevmişdilər bir-birlərini. Sadəcə etiraf edə bilmirdilər.

-Kim kimi sevir mənə maraqlı deyil. Mən onu sevirəm bu mənə bəsdi.

-Kamran, gerçəkləri qəbul et.

-Mən Aynuru sevirəm. Bildiyim tək gerçək budur.

-Kamran, sənə inana bilmirəm. Məni görməzdən gəlirsən, gerçəkləri görməzdən gəlirsən, Aynurun Zauru sevdiyini görməzdən gəlirsən! Kamran, əmin ol ki, Aynur da səni görməzdən gəlir!

-Bunun mənim üçün fərqi yoxdu. Mən ümid etmirəm, dua edirəm. İnşallah zaman gerçək sevgini göstərəcək.

(Aynurun dilindən)

Nə danışırdılar görəsən?... Kamran heç vaxt Hüsniyyə ilə çox söhbət etməzdi, bəs indi aralarındakı bu səmimiyət nə idi belə. Ahh mən nə düşünürəm?! Yoxsa Kamranı qısqanırammı?! Haha! Heç vaxt! Onu niyə qısqanım ki?! Hah! çox gülməlidir. Niyə qısqanmaq olsun ki? Kamran mənim ən yaxın dostumdur, əlbəttdəki onun haqqında maraqlanacam. Hıh! Ağlımdan keçən düşüncələrə bax...

Tərk edilmiş ürəkOù les histoires vivent. Découvrez maintenant