9.Fırtınadan əvvəlki səssizlik idi bu

128 18 1
                                    

Dostluqlara hər zaman önəm vermişəm mən. Bəlkə də tək dostumun Hüsniyyə olmağı idi ki, ona çox dəyər verirdim. Bilirsiz, yalnız bir insana ilk kim əlini uzadarsa o yalnız insan ona əlini uzadan insana bağlanar, ona inanar. Çünki bu günə kimi heç kim ona əlini uzatmamışdır və uzadılan o əl onun üçün dəyərli olar. Hüsniyyə ilə dostluq mənim üçün dostluqdan daha irəli idi. Bacı kimi idi o mənə. Evdə tək olmağım yalnız hiss etdirirdi çox vaxt. O zamanlar Hüsniyyə ilə evdə oyun oynayardıq və mən həmişə çalışardım ki, onun istəklərini oyunda yerinə yetirim. Bu mənim ona ilk günlərdən yaranan minnətdarlıq hissim idi ki, onu itirməkdən qorxurdum. Sahib olduğum iki şey vardı-anam və dostum.
**** **** ****
(7 il əvvəl)
- Kamran, Hüsniyyə haqqında nə düşünürsən?
-Birdən-birə onun haqqında niyə danışırsan?
-O da bizim dostumuzdur. Amma onunla elə də yaxın deyilsən elə bir?
-Bilmirəm, amma nədənsə mənə soyuq gəlir o qız.
-Aa niyə?! O çox yaxşı qızdır. Mənim ən pis günlərimdə o mənimlə olub və mənə dəstək olub. Onun kimi dosta hər kəsin ehtiyacı var. Məncə ona qarşı yaxşı olmalı və onu tanımağa çalışmalısan. O da səninlə dost olmaq istəyir. O səni və Azadı çox istəyir. İlk sizinlə dostluq edəndə odur. Məncə...

Sözümü bitirməyimə icazə vermədən dedi:
-Sən niyə bu qədər çox Hüsniyyə haqqında danışırsan?
-Şey... Aradakı soyuqluğu hiss etdiyim üçün..
-Arada soyuqluq filan yoxdu. Mən sadəcə "mənə soyuq gəlir" dedim. Niyə bu qədər şişirtdin ki?
-Yox, şişirtmədim.
-Nəysə onun haqqında nəsə sözün var?
-Ahh, yox. Nə ola bilər ki.

Hüsniyyənin hissləri barədə mənim Kamrana danışmağım düzgün olmazdı. Bu onun hissləri idi və etirafı da o özü etməli idi.

-Aynur, sənə vermək istədiyim bir kitab var.
-Hm? Adı nədir?
-Tərk edilmiş ürək.
-Vau, maraqlı səslənir.

Kamran çantasından kitabı çıxarıb, mənə uzadıb "Mən bu yaxınlarda oxuyub bitirmişəm. Sən də oxusan yaxşı olar məncə" dedi. "Nədən bəhs edir?" deyə soruşaraq maraqlanmağa başladım. Kamran kitabın ilk səhifəsini açıb oxuyaraq dedi:
-Nəhayətində sevgin üçün mübarizə aparmalı və onu sonuna qədər dəstəkləməlisən. Sonda nə olacağını bilməsən belə ona inanmalısan.
-Bunlar orda yazılıb?
-Hm. Kitabı oxuduqdan sonra gəldiyim qənaət budur. Ona görə də bura yazdım. Səndə bitirincə fikirlərini bura yaz. Mütləq oxuyacam.
-Görünür kədərli hekayədi.
-Bəzən kədərli bitdi deyə üzülsək də bilməliyik ki, bəzən ən yaxşısı ayrılmaqdır hər iki tərəf üçün də.
-Yaaa, nə oldu birdən-birə belə ciddi söhbətlərə keçdik. Nə isə mən qabaqda düşəcəm. Artıq çatmışam.
-Mən də qabaqda düşəcəm. Yolum ordan keçir.
-A? Doğurdan?
-Hm, Doğurdan)))

O zamanlar bilmirdim onun mənimlə bir yol getmək üçün dediyi yalan idi bu. Çünki onun yolu hələ daha uzun idi. O mənimlə biraz daha zaman keçirə bilmək üçün yalan demişdi və bu yalana uyğun olaraq bütün il boyu yolunu uzadırdı. O zamanlar necə də saf imişəm. Bu yalanlara nə də tez inanmışdım.

Artıq bir qədər zaman keçmişdi. Kamran və mən hər gün birlikdə eyni avtobusda evə qayıdırdıq. Təsadüfdən də eyni avtobusda qarşılaşırdıq. Bir gün yenə avtobusda idim. Amma bu səfər Hüsniyyə də mənimlə birlikdə idi. Söhbətləşərkən Kamran gəlib önümdə əyləşdi və arxaya dönüb salam verərək dedi:
-Necəsiniz, qızlar?
Hüsniyyə:
-Yaxşı,sən?
Kamran:
- Mən də yaxşıyam. Evə gedirsiz?
Hüsniyyə:
-Hə, evə gedirik. Bəs sən?
Kamran:
-Hə, mən də evə gedirəm. Amma Aynur sənə deməyib, mən də siz tərəflərdə qalıram diyə hər gün sizin məhlədən keçib başqa avtobusa minib yoluma davam edirəm.

Hüsniyyə təəccüblü ifadəsi ilə mənə baxdı. Gözlərindəki qısqanclığı və "Mənə niyə deməmisən?!" sualını oxuya bilirdim. Amma bu mənim heç ağlıma da gəlməmişdi. Çünki bu mənim elə də diqqət etmədiyim və önəmsəmədiyim bir şey olduğu üçün yadımdan çıxmışdı. Amma gəl də bunu Hüsniyyəyə başa sal. Üzündəki qəzəbli ifadəni gizlədib Hüsniyyə dedi:
-Aah, demək hər gün evə birlikdə gedirdiz?
-Ahh, Hüsniyyə, canım. Sən düşündüyün kimi deyil...

Həmişəki Kamran kimi sözümə mane olub dedi:
-Aynur, verdiyim kitabı oxuyub bitirmədin?
Artıq dahasına dözə bilməyib qışqırdım:
-Aish!!! Daha nə qədər danışacaqsan. İmkan ver rəfiqəmlə danışım!!!

Ətrafdakı hər kəsin mənə baxdığını hiss edib səsimi alçaltdım. Kamran üzünü önə çevirib yola baxmağa başladı. Görünür ki, o gülümsəyirdi. Amma o özü də bilmirdi ki, məni necə çətin vəziyyətə qoymuşdu. Heç bir yalnış etmədiyim halda özümü günahkarmışcasına hiss edirdim. Halbuki mənim heç bir günahım yox idi. Kamranla bir neçə dəfə avtobusda getmişdik. Onda da onunla ancaq Hüsniyyə barəsində danışıb ona Hüsniyyəni tərifləmişdim. Həm də Kamranın da axı mənə dostluqdan başqa niyyəti yox idi. İkimizdə günahsızkan niyə bu vəziyyətə düşmüşdüm? Sanki bütün günahlar məndəymiş kimi?!! Of! Bundan sonra mənim çəkəcəklərim vardı...
Hüsniyyə qızarmış gözləri ilə mənə baxaraq dedi:
-Kitabın adı nədi?
-Tərk edilmiş ürək...
-Maraqlıdı?
-Hmm...pis deyil.
-Ah, gərək məndə alıb oxuyub.
-Hüsniyyə, bax burda yalnış anlamalı heç nə yoxdur. Mən yalnızca haqqında danışmışam ona. Səni tərifləmişəm ki, aranız düzəlsin.
-Aaah, əziz dostum, əgər bir günahın yoxdursa niyə bunları mənə açıqlamaq gərəyi duyursan?
-Çünki dilin demesə də, gözlərin məni sorğu-sual edirmiş kimi gəlir.
-Mən sənə adi baxışlarla baxdım bə, dostum! Niyə yozursan ki?!
-Tamam. Sən elə deyirsənsə elədir yəqin ki...

(Hüsniyyənin dilindən)
Demək ikiniz birlikdə gedirdiniz ha? Və sən!!! Mənim əziz dostum- Aynur bunu məndən gizlətmişdim. İnsanlar gizləyəcək bir şeyləri olduqda hər zaman belə deyirlər. Ya "unutdum", ya da "önəmli olmadığını düşündüm" deyirlər. Sən hanısını bəhanə edəcəkdin, dostum? Səncə bu bəhanələrinə inanacaq qədər axmaq birisiyəm? Əgər elə düşünmüsənsə çox yanılmısan deməkdir bə dostum! Çox yanılmısan! Bundan sonraki səhvində səni bağışlamayacam!!!
*** **** ****
(7 il sonra. İndiki dövr)

Ağlımda yalnız Kamran vardı. Anam mağazadan dönənə qədər əl-üzümü yuyub yatağımda uzanmışdım. Düşüncələr savaşırdı beynimdə. Bəzisi mübarizə aparır, "xatırlama" deyirdi. Bəzisi isə qəsdən, bilərəkdən keçmişdəki günləri mənə xatırladırdı. Xoş xatirələr çox olmasa da var idi nəticə olaraq. Kamranın gülüşü gözümün önündən getmirdi. Gözlərimi qapasam belə getmirdi. Gözlərimi möhkəm ovuşduraraq onun gözümün önündən yox olmasıni diləyirdim. Birdən anam əllərimi tutub kənara itələyərək dedi:
-Qızıma zərər verməyə çalışma...
-Hmm?
-Ağlını itirdiyin zamanlarda belə hərəkətlər edib qızıma zərər verməyə çalışma.
-Anaaaa!

"Anaaaa!" deyə bilmişdim sadəcə. O sadəcə ana idi. Təcili yardımına ehtiyacım olduğu zamanlarda dərmanım, dərdli vaxtlarımda dostum, xəstə vaxtlarımda həkimim, yorğun düşdüyüm zamanlarda psixoloqum və ən sonunda sadəcə anam idi. Ona başqa söz deməyə ehtiyac duymamışdım. Ana deyib, ağlayarkən o göz yaşlarımdan anlamışdı məni.

Tərk edilmiş ürəkDonde viven las historias. Descúbrelo ahora