24.Ümidlərim son günlərini yaşayan kəpənəklərə bənzəyirdilər

105 18 0
                                    

O məni və ailəsini tək qoyub getdi...
Həyatın daha bir zərbəsini almışdım. Hansı ki, heç zaman unutmayacaqdım. Hələ də hərdən Zaur röyalarıma gəlir. Hər gördüyüm röyalarda o mənim əlimdən tutub gülümsəyir. Demək ki, o, orda xoşbəxtdir. Lakin burda qoyub getdiyi insanlar üçün eynisini deyə bilməyəcəm. Anası yaşadığı şokdan və acıdan danışmaq qabiliyyətini itirdi, lal oldu. Hərdən onu görməyə gedirəm. Hiss edirəm ki, nəyisə demək istəyir, lakin başa sala bilmir.
Artıq Zaurun ölümündən 1 ay keçib. Və mən 1 aydır ki, grup yoldaşlarım və dostlarımdan heç kəslə danışmıram. Zaurun ölümü onlar üçün də şok olmuşdu, amma onlar öz yaşamlarına davam edə bildilər. Kamran və Hüsniyyə baş sağlığı vermişdilər. Kamran mənə dəstək olmağa çalışırdı, amma mən heç kəsi özümə yaxın buraxmırdım. Eynilə atamı itirdiyim vaxtlardakı illərə dönmüşdüm sanki. O illərdəki kimi susmağı və tək qalmağı tərcih etmişdim. Dərsə gedir, dinləyir, zəng vurulan kimi Universitetin həyətində bir kənarda əyləşir göy üzünü seyr eləyirdim. Günlərim belə gecələrim isə ağlamaqla keçirdi. Çox vaxt gecələr yata bilim deyə dərman atırdım. Anam bu halıma çox kədərlənirdi. Mənimlə danışdığı vaxtlarda xəyala dalır, onu dinləmirdim. Zaur haqqında düşünür, hər gün və hər gün onu itirdiyim günə dönürdüm. Yenə həmin stresi keçirib ağlayırdım. Artıq demək olar ki, yeməkdən də imtina etmişdim. İştahım yox idi. Zamanla nəfəs almaq belə mənim üçün çətinləşmişdi. Boş-boş ətrafda gəzir, otlara, ağaclara, daşlara baxırdım. Zamanımın necə keçdiyinin fərqində belə deyildim. Zaurun anası yadıma düşəndə onların evinə gedir, birlikdə ağlayırdıq. Atası mənə Zaurun uşaqlığı haqqında danışır, hərdən danışdığı vaxt kədərini unudur gülümsəyirdi. Mənim də tək gülümsədiyim zaman o zaman idi.

Yeni bir gün başlamışdı. Dərsə getməli idim. Hazırlaşmışdım. Anamın təkidi ilə bir stəkan çay içirdim. Birdən qapı döyülməyə başladı. Anam qapını açdıqdan sonra məni çağırdı və dedi:

-Aynur, grup yoldaşın gəlib. Səni çağırır...

Stəkanı nəlbəkinin içinə qoyub ayağa qalxdım. Düzgün qidalanmadığım üçün halsız idim. Qapıya çatanda təəccüblənmişdim, çünki gələn Kamran idi. Anam evə keçəndən sonra Zaur dedi:

-Səni götürməyə gəlmişəm.

Onun bu sözü deməsi ilə xəstəxanada tibb bacısının mənə "onu götürməyə gələcəklər" deməsini xatırladım. Bir andaca gözlərim doldu.

-Nə oldu? Niyə ağlayırsan?

-Zaur... Zaur yadıma düşdü.

-Çantanı götür çıxaq.

Çantamı götürüb evdən çıxdım. Dayanacağa qədər Kamranla birlikdə yavaş-yavaş addımlarla irəlilədik. Kamran yanımda olduğu üçün sevinirdim, amma Zaur yadımdan çıxmadığı üçün hər zaman kədərli idim.

-Aynur, başa düşürəm, onu sevirdin. Amma anlamalısan ki, hətta o olmasa belə həyat davam edir.

-Həyata nifrət edirəm.

-Bəlkə də Zaur indi sənin bu halını görüb kədərlənir. Onu sevindirmək istəyirsənsə sənin də üzün gülsün.

-Səncə o indi bizi görür?

-Hə! Əlbəttdə! O bizi görür və öz-özünə "Bu qız necə də axmaqdır. Mən ki hər zaman onun yanındayam" deyir.

-Mənim yanımdadırsa o zaman qarşıma çıxsın...

-Aynur, bunun mümkün olmadığını sən də bilirsən.

-Kamran, bu həyatın mümkünsüz olan hər şeyinə nifrət edirəm. Həyat öncə atamı, sonra isə Zauru məndən aldı. Artıq yaşamağım nə mənası var?

-Aynur... Mən varam, anan var. Səni sevən başqa dostların var. Bəlkə də sənə aşiq kimsə var və o sənin bu halını görüb kədərlənir.

-Elə bir adam yoxdur. Məni gerçəktən sevən insan artıq həyatda yoxdur. Tanrı onu məndən aldı.

-Aynur, bu qədər bədbin olma.

-Kamran, mən onun üçün çox darıxıram! O qədər darıxıram ki, ölmək istəyirəm.

-Aynur, sənin bu halını gördükcə mən də ölmək istəyirəm...

Susmuşdum...Kamranın gözlərinə baxırdım. Kamranın üz ifadəsi çox ciddi idi. Qaşlarını çatmış, gözlərini bir an belə olsa məndən çəkmədən gözlərimin içinə baxırdı.

-Aynur,sənə nə qədər dəyər verdiyimi bilmirsən.

Gözlərinin içinə baxmaqdan utanıb başımı aşağı saldım. Dərindən nəfəs alıb, kənara baxıb dedim:

-Mən də Zaura o qədər dəyər verirdim.

Avtobusun səsi eşidildi...

-Avtobus gəldi.

-Gedək.

Yol boyu ikimizdə susmuşduq. Zaurla ilk dəfə avtobusda qarşılaşdığımızı xatırladım. Mən ağlayarkən dəsmal vermişdi. O gündən sonrakı bütün günlərimdə o mənim yanımda olmuşdu. Hər zaman onun arxamda olduğunu hiss edirdim. Amma bu gün artıq o yox idi...

-Nə düşünürsən?

-Zauru...onunla ilk dəfə avtobusda qarşılamışdıq. Mən ağlayırdım. O bunu görüb mənə dəsmal vermişdi. Təşəkkür etməyimin qarşılığında sadəcə gülümsəmişdi. O hər zaman belə idi. Etdiyi yaxşılıqların qarşılığında sadəcə gülümsəyərdi.

-Yaxşı insan idi. Amma onu qısqanırdım... Elə indi də qısqanıram.

-Niyə?

-Onu sonradan tanımışdın. Amma məndən daha çox onunla zaman keçirirdin, ona dəyər verirdin. Hətta o yoxikən belə yenə sən onun barəsində düşünür, onun haqqında danışırsan. Hər yerdə onunla olan xatirələrin var.

-Zaurun ürəyi xəstə idi...

-Necə yəni?

-Siz onun niyə öldüyünü bilmirsiz. O ürəyi xəstə olduğu üçün öldü.

-Bunu niyə mənə deməmişdin?

-Zaur heç kimə demək istəmirdi. O istəmədiyi üçün də heç kimə demədim. Sadəcə sən ən yaxın dostum olduğun üçün sənə deyirəm.

-O zaman o və sən onun öləcəyini bilirdiniz?

-Hmm...

-Aman, tanrım! Son günlərini yaşadığını bilmək onun üçün çətin və ağır olub yəqin ki...

-Amma hər şeyə rəğmən son dəfə yenə gülümsəmişdi...

-Allah rəhmət eləsin...

-Amin...

-İndi daha çox anlayıram niyə bu qədər sənə ağırdır.

-Kamran, Zaur ölmək istəmirdi. Amma mənim yanımda ölümdən qorxmurmuş kimi davranırdı. Soyuq qanlı olmağa çalışırdı...

-....

Kamran susmuşdu. Çünki Zauru tam anlamı ilə tanımırdı. Zauru niyə çox istədiyimi anlamışdı. Çünki Zaur eqoistliyi olmayan, hər zaman gülümsəyən, yaxşılıq edən tanıdığım tək insan idi. Kamranın zəif cəhətləri var idi, tez əsəbləşən, tez başqasının yalanına inanan, qarşısındakı insanın qəlbini qıracağını düşünməyən birisi idi. Amma onun tam əksinə Zaur mülayim birisi idi. İnsana sonuna qədər güvənərdi, dəstək olardı. Hər zaman sadəliyini qoruyub saxlayardı.

••• ••• •••
Sevdiyiniz insanlara hər zaman dəyər verin. Onların yanında olun və hər zaman son gününüz imiş kimi sanıb sevdiyiniz insanalara onları sevdiyinizi söyləyin. Çünki bəzən çox gec ola bilər...

Tərk edilmiş ürəkOnde histórias criam vida. Descubra agora