14. Hiləli yolların döngəsində idim özümdə bilmədən...

103 17 1
                                    

Bilmirəm niyə, amma mən hər zaman hər kəsə dost gözündə baxırdım. Oğlanlar mənim üçün həmişə yalnız dost idi. Ona görə də məni sevəcək kimsə yox idi...
                     ****   *****
Yatağıma uzanıb yuxuya daldım. Bir saat sonra gördüyüm kabusdan sonra yataqdan dik atılıb ayağa qalxdım. Hmm... Arada eyni kabusu görürdüm. Nə olduğunu anlamasam da qorxulu olduğu üçün unuda da bilmirdim. Yuxuda hər zaman qaranlıq otaq içində tək qalırdım. Otaqdan qəribə səslər gəldiyi vaxtda otağın qapısı açılırdı və kimsə içəri girirdi. Qapı açılanda hər dəfə ardından bəyaz işıq bürüyürdü hər yeri. İşıq çox olduğundan hər dəfə onun üzünü görə bilmirdim, amma qəribə olan idi ki, hər dəfə eyni yuxu təkrarlanarkən otaqdan içəri girən adam 1 nəfər idi, lakin bu səfər qapıdan içəri 2 nəfər girmişdi. Biri qapının yanında qalmışdı, digəri isə mənim yanıma qədər gəlmişdi. Tam qolumdan tutacaqkən yuxudan ayılmışdım.
Yataqdan qalxıb mətbəxə keçdim. Su içib yerimə qayıtmaq istəyərkən anam gəldi.
-Yatmamısan?
-Hm. Su içirdim.
-Yenə qorxulu yuxu görmüsən?
-Hm
-İstəyirsən gəl mənim otağıma birlikdə ana-bala yataq.
-Ana, mən uşaq deyiləm.
-Aah... Necə uşaq deyilsən ki, hələ də kuklalarla danışırsan.
-Gözlə balışımı götürüm gəlirəm.
Balışımı götürüb anamın otağına gəldim. Anamın yanında uzanıb dedim:
-Ana..
-Hm?
-Səncə atam indi sağ olsaydı hər şey necə olardı? Həyatımız bundan daha yaxşı olardı?
-Qızım, bunu nə sən, nə də mən bilə-bilərik. Həyatın bizə nələr verə biləcəyini kimsə bilənməz. Biz yalnız bizə verilənlərlə razılaşıb, tanrıya minnətdar oluruq, "Şükür bu günümüzə deyirik".
-Ana, bu həyatda tək arzum var idi... O da atamın bir dəfə də olsa başımı sığallamağı idi.
Anam əli ilə başımı sığallayıb dedi:
-Bəzən arzularımız elə arzu olaraq qalır... Bağışla, qızım, arzunu gerçəkləşdirə bilmədiyim üçün məni bağışla...
-Ana, həyat mənə öyrətdi ki, mənim bu dünyada səndən başqa dostum yoxdur
Anam gülümsəyib dedi:
-Çox yorulmusan yat dincəl...
Gözlərimi yumub yuxuya daldım. Üzərimdə illərin yorğunluğu vardı. Gözlərimi yumub bir daha açmaq istəmirdim. Düşüncələrimdə Kamranın olması məni narahat edirdi. Qəbullanmaq istəmədiyim bir sevgi vardı qəlbimdə. Hansı ki, o sevgi idi məni dildən-dilə salan. Bu sevgi idi ki, qəlbimi min parçalara ayırmış, bir daha geridönülməz bir yola salmışdı məni...

(7 il əvvəl)
Artıq tətil idi. Uşaqlarla əlaqəmiz olmasa da arada Hüsniyyə ilə görüşür, söhbətləşirdik. Artıq Hüsniyyə əvvəl ki, kimi bizə gəlib-getmirdi. Arada Ulduzə xala məni evlərinə çağırır, söhbət edirdi. Qızı haqqında məndən soruşur maraqlanırdı.
-Aynur, qızım, son vaxtlarda Hüsniyyə heç də yaxşı deyil. Gecələr ağlayır, gündüzlər tək kəlimə etmədən ətrafda dolaşır. Dərdinin nə olduğunu anlamıram. Soruşsam da cavab vermid. Nə deyəcəyimi, nə edəcəyimi özüm də bilmirəm.
-Siz narahat olmayın,xala. Mən özüm Hüsniyyə ilə maraqlanaram.
Ayağa qalxıb Hüsniyyənin otağına getdim. Qapını açıb otağa girdim. Hüsniyyə yatağında uzanmışdı. Gəldiyimi görüb dedi:
-Ah...sənsən?
-Hə, mənəm. Səni görməyə gəlmişəm. Necəsən?
-Kamran üçün darıxmış haldayam.
-Hm... Nömrəsi varda səndə. Zəng elə danış onunla..
-Mən zəng edə bilmərəm.
-Niyə?
-Biz hələ də küsülüyük.
-Sizin niyə küsüdüyünüzü mən hələ də bilmirəm.
-Bu barədə danışmaq istəmirəm.
-Canım, mən sənin ən yaxın dostunam. Bu barədə mənə danışmayacaqsanda kimə danışacaqsan?
-Aynur, xahiş edirəm get.
-Hüsniyyə...
-Get dedim sənə!!!!
Hüsniyyə qışqırmışdı üstümə. Niyə belə davrandığını anlamırdım. Ona qarşı nə yalnış etmişdim ki? Dostluqdan başqa nəyimiz vardı ki? Niyə Hüsniyyə dostluğumuza belə davranırdı?

Tərk edilmiş ürəkNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ