21.Ürəkdən gülümsədiyim son gün idi...

80 14 0
                                    

3 gün sonra...

-Bağışlayın, xəstənin iynəsi vurulmalıdı. Çölə çıxa bilərsiz?

-Hə, əlbəttdə.
~~~ ~~~~~ ~~~
Otaqdan eşitdiyim səs bu idi. 3 gün sonra yenidən xəstəxanaya gəlmişdim. Lakin mən bura öz xoşumla deyil, Zaurun məni çağırması ilə gəlmişdim.
Qapının önündə durmuşdum. Əlimdə kiçik hədiyyə var idi. Zaur bir dəfə mənə çiçəkləri çox sevdiyini demişdi. Bu gün onun üçün bəyaz güllər almışdım.

Otağın qapısı açıldı. Tibb bacısı otaqdan çıxarkən Zaur məni qapının arasından gördü. Başımı aşağı salıb içəri girdim. Zaurun yanında əyləşib bəyaz gülləri ona verib dedim:

-Bax, sənə ən çox sevdiyin güllərdən almışam.

-Təşəkkür edirəm...

-Xoşdu.

-Aynur, bu gün səndən bir ricam var.

-Hm? Nədir o elə?

-Bu gün mənim getmək istədiyim bir yer var.

-Xəstəxanadan kənara çıxa bilərsən ki?

-Hm... Bu gün mənim ad günümdür...

-Təbrik edirəm.

-Ona görə baş həkimdən icazə almışam.

-Hara getmək istəyirsən?

-Luna Parka...

Luna parka demişdi. Zatən onu düşünmədən bir şeyə məcbur etdiyim üçün vicdan əzabı çəkirdim. Bu gün o həmin yerə gedək demişdi.

-Luna Park?

-Hmm... Səninlə birlikdə getməyi çox istəmişdim.

-Yaxşı, gedək.

Luna Parka gəlmişdik. Birlikdə əylənə bilməyəcəyimizə görə bir kənarda əyləşmiş insanları seyr edirdik. İnsanlar necə də xoşbəxt görünürdülər. Ya da bu xoşbəxtlik sadəcə görüntüdən ibarət idi. Bura gələrkən insanlar əylənir problemlərin unudurdular.

Zaur mənə baxıb dedi:

-Aynur...

-Hm?

-Məni sevmədiyini bilirəm.

-Haha! Güldürmə məni, Zaur!

-Aynur, axı sənə demişdim, səni sevdiyim üçün ürəyindəkilərin nə olduğunu da bilirəm.

-Zaur, mən sənin üçün etmişdim

-Bilirəm, bilirəm, Aynur. Özünü heç nə də günahlandırma.

-Məni bağışla...

-Aynur, heyif ki sən məni deyil də, Kamranı sevdin. Amma kədərlənmirəm. Ürəyində mənim üçün də yer ayırdığın üçün təşəkkür edirəm.

-Mən.. Mən Kamranı sevmirəm.

-Aynur, səni səndən daha çox tanıyıram. Onu sevdiyini sən özün hələ qəbullana bilməmisən. Amma bir zaman gələcək ki, bunu anlayacaqsan. Amma tövsüyyəm odur ki, çox gec olmadan sevdiyin adamın yanında ol.

-Zaur...

-Hə, hə, bilirəm :) Çox yaxşı adamam. Mənimlə fəxr edə bilərsən. İndi isə ağlamağa başlamamış mənə bir şey al. Dostun burda acından ölür, sənsə heç maraqlanmırsan... Nc nc nc, mən də deyirəm dostum var.

Üzümə gülümsəmə qondurmuşdu bir andaca. O hər zaman belə idi, məni məndən daha çox tanıyan tək insan idi. Onu kimi dostu itirmək mənə ağır idi...

-Aynur, daha çox düşünəcəksən? Dur, mənə yeməli bir şey al.

-Yaxşı, yaxşı.

Bir şeylər aldıqdan sonra Zaur dedi:

-Mənə aldığın ikinci hədiyyə.

-Axı bu hədiyyə deyil...

-Mən hədiyyə kimi qəbul edirəm...

-Hmm...o zaman sənə ikinci hədiyyəm.

-Amma təəssüf ki zamanım daralır.

-Zaur, belə demə.

-Aynur, qəbul etsək də, etməsək də gerçəklik budur.

-Mənim qəbul etdiyim tək gerçəklik var! O da sənin hər zaman mənim ən yaxşı dostum olaraq ürəyimdə qalacağındır!

Zaur gülümsəyərək göz yaşlarını sildi.

(Zaurun dilindən)

Tanrım... Axı niyə mən?! Sevdiyim qıza əlvida demək məcburiyyətində qoydun məni!!! Niyə məni məhv edirsən? Niyə məhz mən? Tanrım, nə olar mənə son bir dəfə şans ver. Söz verirəm bundan sonrakı həyatımı insanlara yardım etməklə yaşayacağam. Söz verirəm, tanrım, sənin buyurduğun hər şeyi edəcəm. Söz verirəm Aynuru xoşbəxt edəcəm. Nə olar, mənə şans ver!

(Aynurun dilindən)

Zaur ağlayırdı. Onu nə qədər sakitləşdirməyə çalışsam da alınmırdı. Məni möhkəm qucaqlayıb hıçqıraraq, göz yaşlarlarını durdurmağa çalışıb dedi:

-Aynur, özünə yaxşı bax. Bil ki, mən səni gerçəktən çox sevdim. Sevgililik oyunumuz çox qısa çəkdi, amma mənə hiss etdirdiyin xoşbəxtliyin qarşılığını sənə heç bir zaman ödəyə bilməyəcəm. Hər şey üçün çox sağ ol...

Tərk edilmiş ürəkDonde viven las historias. Descúbrelo ahora